Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-374/2023 04.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1400 AZN əsas, 189,54 AZN faiz, 14,53 AZNcərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1604,07 AZN borcun vədövlət rüsumu olaraq ödənilmiş 36,30 AZN məbləğində vəsaitin tutulması barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan X3nə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 1400 manat məbləğində kredit xətti açılmışdır. Ümumi OfertaMüqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış X3nə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə 5 iyun 2023, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 1400AZN əsas, 189,54 AZN faiz, 14,53 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1604,07 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə cavabdehə rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" KB ASC-ə ərizə verərək - "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli X3 ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu; - bütün öhdəliklərini vaxtlı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyini bildirmiş; - ərizənin eləcə də hesabın açılması üçün müraciətini əhatə etdiyini nəzərə alaraq Azərbaycan manatında cari və depozit hesabının açılmasının təmin edilməsini xahiş etmişdir. X1 5-ci bölməsi olan və bankla cavabdeh arasında da kreditin növü olaraq qeyd edilən Kredit Xətti üzrə adlı bölməsində aşağıdakılar üzrə razılığa gəlinmişdir. Müqavilənin: - 5.1-ci yarımbəndinə əsasən “Bank” “Borcalan”a mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 (otuz) faiz dərəcəsinədək bir neçə dəfə 10 000 (on min) manatadək (on min manat daxil olmaqla) və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu oferta Borcalan tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə bankla Borcalan arasındakı münasibətləri əhatə edir. Tərəflər bu müddət ərzində bu ofertadan (bundan sonra - Müqavilə) imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavə vasitəsilə analoq imza ilə razılaşdırılmış qaydada tətbiq olunur və müqaviləyə xitam verilmiş hesab edilir. Ödəniş kartı həm kredit həm də debet kartı kimi istifadə oluna bilər. Debet kartına rəsmi internet səhifəsində yerləşdirilmiş tariflərə əsasən xidmət göstərilir. Kredit şərtləri isə saytda və mobil əlavədə yerləşdirilmiş tariflərlə tənzimlənir və müştəriyə mobil əlavə üzərindən təqdim edilir. - 5.2-ci yarımbəndinə əsasən bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi maksimum 34.02% faiz təşkil edir. - 5.3-cü yarımbəndinə əsasən kreditin məqsədli təyinatı: İstehlak. - 5.4-cü yarımbəndinə əsasən xidmət haqqı: tariflərlə müəyyən olunur. - 5.7.2-ci yarımbəndinə əsasən kredit xəttindən istifadə edildiyi gündən sonrakı gün faizlərin hesablanması başlayır. Faizlər, gündəlik olaraq ötən günün ən çox ssuda borcuna hesablanır. Bu faizlər kredit xəttinin hesabına faktiki xərclənmiş vəsaitlər üçün kredit limitindən istifadə edildiyi hər təqvim günü üçün ildə 360 təqvim günü əsas götürülərək Tariflərdə göstərilən faiz dərəcələri ilə hesablanır. Kreditin faiz dərəcəsi Bank tərəfindən Mobil əlavədə qeyd edilir. Kredit xəttindən tam və ya qismən istifadə olunduğu andan etibarən Borcalan, ödəmə müddəti ərzində, yəni borcun yarandığı ay istisna olmaqla hər növbəti ayın son gününə (son gün daxil olmaqla) qədər tariflərlə müəyyən olunan minimal ödənişi icra etməlidir. Borcun ödənmə müddətində və ya borcun yarandığı ayda tam qaytarılması halında faiz tutulmur və cari dövr güzəşt dövrü hesab olunur. Borcun yarandığı ay üzrə borc məbləği güzəşt dövrü ərzində tam ödənilməyibsə, növbəti ayın ilk günü, Kredit limitindən istifadə olunma tarixindən hesablanan faizlər də ödənilir. Müştəri hesablanan faizləri tam həcmdə ödəmədikdə ödəniləcək faiz məbləği kredit limiti hesabına ödənilir. - 5.7.4-cü yarımbəndinə əsasən əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180%-lə cərimə tətbiq edilir. Əgər borcalan istifadə edilmiş vəsaiti ödəmə müddətinin sonunadək tam həcmdə ödəmədikdə, güzəşt müddəti tətbiq edilmir və bank akseptsiz qaydada güzəşt müddəti ərzində illik faiz dərəcəsinə uyğun hesablanmış faiz məbləğini tam miqdarda onun bütün bank hesablarından (qalıq kredit xəttindən də qismən istifadədə) və ya digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silə bilər. Faizlər hər təqvim günü üçün borcun tam ödənildiyi tarixə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür. Bu müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə, “Borcalan” tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin, eləcə də pul köçürmələrinin aparılması başa düşülür. - 5.7.8-ci yarımbəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. - 5.7.11-ci yarımbəndinə əsasən «Bank» «Borcalan»ın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnən və ya nəticələnə bilən bank qarşısında digər öhdəliklərinin gecikdirildiyi tarixdən ən geci 5 (beş) təqvim günü ərzində bu müqavilə üzrə öhdəliyini tam icra etmədikdəhallarda borclunun bütün bank hesablarından və ya digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada borcun silinməsini həyata keçirə bilər, bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə, kartı bloklaşdıra bilər və (və ya) kreditin qalıq məbləğini bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını «Borcalan»dan tələb edə bilər. - 5.7.13-cü yarımbəndinə əsasən «Borcalan» minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, “Bank” aşağıdakı qaydada cərimə faizlərindən əlavə olaraq birdəfəlik cərimə (dəbbə pulu) də tətbiq edir: • birinci təqvim ayı - 5 (beş) manat; • ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadək hər ay üçün - 10 (on) manat. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə borcalana kredit xətti və bank hesabı açmaqdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "X2" ASC tərəfindən kredit limitinin məbləği 1400.00 manat olmaqla xx.xx.2021-ci il tarixdə 35 ay müddətinə 27.6% dərəcəsi ilə Cavabdeh ARGİD********** nömrəli kredit xəttinin açıldığı məlum olur. Həmçinin borcalanın kredit hesabından çıxarışdan kredit limitinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunur. Cavabdeh isə iddiaya qarşı etirazını bildirməmiş, müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 5.7.13-cü yarımbəndinə əsasən «Borcalan» minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, “Bank” birinci təqvim ayı - 5 (beş) manat, ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadək hər ay üçün - 10 (on) manat miqdarında cərimə faizlərindən əlavə olaraq birdəfəlik cərimə (dəbbə pulu) də tətbiq edir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcu barədə Maliyyə Arayışından cavabdehin iddiaçı təşkilata 1400 (bir min dörd yüz manat) manat əsas, 189.54 manat (bir yüz səksən doqquz manat əlli dörd qəpik) faiz və 14.53 manat (on dörd manat əlli üç qəpik) cərimə, komisyon haqqı 0 (sıfır) manat olmaqla, cəmi 1604.07 manat (bir min altı yüz dörd manat yeddi qəpik) borcunun olduğu aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 1400 (bir min dörd yüz manat) manat əsas, 189.54 manat (bir yüz səksən doqquz manat əlli dörd qəpik) faiz və 14.53 manat (on dörd manat əlli üç qəpik) cərimə, komisyon haqqı 0 (sıfır) manat olmaqla, cəmi 1604.07 manat (bir min altı yüz dörd manat yeddi qəpik) məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 35.90 manat (otuz beş manat doxsan qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 1400 (bir min dörd yüz manat) manat əsas, 189.54 manat (bir yüz səksən doqquz manat əlli dörd qəpik) faiz və 14.53 manat (on dörd manat əlli üç qəpik) cərimə borcu olmaqla, cəmi 1604.07 manat (bir min altı yüz dörd manat yeddi qəpik) məbləğində borc Cavabdeh tutularaq İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 35.90 manat (otuz beş manat doxsan qəpik) miqdarında dövlət rüsumu alınaraq «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-374/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-374/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver