Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-391/2022 01.09.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı 28 iyul 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində vurulmuş zərərin və 45 (qırx beş) manat miqdarında ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, İddiaçı ilə Cavabdeh arasında 01 iyun 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh Cəmiyyətində sürücü vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə əlavə olaraq elə həmin tarixdə Tam maddi məsuliyyət barədə müqavilə imzalanmışdır. 02 iyun 2022-ci ildə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurmuş və bu ziyan Aİddiaçı tərəfindən qarşılanmışdır. Cavabdeh bunu yazılı etiraf edərək 1 (bir) ay müddətinə ödəyəcəyinə söz vermişdir. Lakin borclu öz ərizəsinə əsasən 16 iyun 2022-ci il tarixdə azad edilmiş və bu günə kimi müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdi. Belə ki, ona göndərilmiş məhkəmə sənədləri cavabdehin həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında əvvəllər əmək hüquq münasibətləri mövcud olmuş və iddiaçının tələbi elə bu hüquq münasibətindən yaranmışdı. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 01 iyun 2022-ci il tarixli əmək müqaviləsindən, həmçinin əmək müqaviləsinin bağlanmasına dair bildirişdən İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanması və cavabdehin həmin cəmiyyətdə sürücü vəzifəsinə işə qəbul edilməsi müəyyən edilir. İddiaçı isə cavabdehin məhz onunla əmək münasibətlərdə olduğu müddətdə onun əmlakına ziyan vurduğunu iddia edərək, ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. İddiaçının tələbi ilə bağlı məhkəmə bildirir ki, işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin Vİİİ bölməsi (191-206-cı maddələr) ilə tənzimlənir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin mahiyyətinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Bunun sübut etmək vəzifəsi ilə həmin Məcəllənin 192-ci maddəsi ilə müəyyən edilir ki, qeyd edilən normanının tələbinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Qeyd edilən maddi hüquq normasının tələbindən görünür ki, ilkin olaraq işəgötürən maddi ziyanın vurulmasını və onun məbləğini sübut etməli, əgər bu sübut olunarsa və bundan sonra işçi təqsirli olmadığı iddia edərsə həmin vaxt onun təqsiri olmadığını sübuta etmə vəzifəsi yaranır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsində qeyd edilən üç şərtin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İşəgötürənə ziyan vurulmanın aşkar olunmasının mövcudluğu ilə bağlı məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1-ci bəndindən İddiaçı tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması üçün maddi məsul şəxs olması aydın olur. Həmçinin həmin müqavilədən iddiaçının özünə məxsus olan Toyota Prius markalı avtomobili cavabdehin istifadəsinə verməsi müəyyən edilir. İddia ərizəsinə əlavə edilən və tərəflərin imzaladığı dəymiş maddi ziyanın etirafı adlı sənəddə isə Cavabdeh ona etibar edilmiş ** OV *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobillə 02 iyun tarixdə qəza törətməsi və həmin əmlaka ziyan dəyməsi qeyd edilir. Bunlar ilə özlüyündə cavabdehin məsul olduğu və İddiaçınə məxsus olan əmlak üzrə iddiaçıya ziyan dəyməsini təsdiq edir. Cavabdehin hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olması şərtin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 7.1-ci bəndindən görünür ki, işçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin qorunması cavabdehdir. Bu isə o deməkdir ki, Cavabdeh bilavasitə ona verilən və İddiaçınə məxsus olan əmlakın qorunub saxlanılması onun əmək müqaviləsindən irəli gələn öhdəliyidir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 5.1-ci bəndinə görə tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən isə onu deməyə əsas verir ki, cavabdeh əmək müqaviləsindən irəli gələn vəzifələrini icra etməməklə iddiaçıya ziyan vurması onun maddi məsuliyyət daşımasına səbəb olur. Təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olması şərtinin mövcud olub-olmamasına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş dəymiş ziyanın etirafına dair razılaşmadan cavabdehin hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəyməsi aydın olur. Bu isə iddiaçıya məxsus olan və cavabdehə həvalə edilmiş əmlaka ziyan vurulması ilə onun təqsirli olması arasında səbəbli əlaqənin olmasını təsdiq edir. Bu üç şərtin birlikdə mövcudluğu isə cavabdehin iddiaçı qarşısında maddi məsuliyyət daşımalı olması müəyyən edir. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı olan vurulmuş ziyanın ödənilməsinə dair tələbi əsaslıdır. Məsuliyyətin həcminə gəldikdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən həmin Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin 199-cu maddəsinin “a” bəndinin tələbinə görə işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmçinin həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Məhkəməyə təqdim edilmiş sənədlərdən isə tərəflər arasında 01 iyun 2022-ci ildə “Tam maddi məsuliyyət haqqında” müqavilənin bağlanması aydın olur. Bu isə o deməkdir ki, cavabdeh iddiaçıya vurduğu ziyana görə tam məsuliyyət daşıyır. Vurulmuş ziyanın məbləğinin müəyyən edilməsinə gəldikdə isə məhkəmə bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinin birinci və ikinci hissələrini həmçinin, tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında”müqavilənin 3.2-ci maddəsini onların nəzərinə çatdırmağı zəruri hesab edir. Əmək Məcəlləsinin 202-ci maddəsinin 1 və 2-ci bəndlərinə və görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İddia ərizəsinə əlavə edilən və cavabdehin də imzaladığı Dəymiş maddi zərərin etirafına dair sənəddə Cavabdeh İddiaçınə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmasını etiraf etməsi və bunun 1 (bir) ay müddətinə ödəməyi öhdəsinə götürməsi qeyd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı vəziyyətdə isə məhkəmədə araşdırılmış sübutlardan müəyyən edilir ki, Cavabdeh İddiaçı qarşısında öhdəliyinin yaranmasının hüquqi əsasını zərər vurma təşkil edir. Mülki Məcəllənin 14.2 və 14.2.6-ci maddələrinin mahiyyətinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21-ci maddəsi ilə müəyyən edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Cavabdehin iddiaçıya zərər vurması, nəticədə bununla bağlı onun qarşısında öhdəliyi yaranması və bu öhdəliyini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli; -həmçinin 45 (qırx beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Həmçinin 45 (qırx beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə verilsin. Qətnamədən o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-391/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-391/2022
01.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver