Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-393/2025 21.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20 may 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********35 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 15015.19 manat, faiz borcu üzrə 1164.76 manat borcu olmaqla cəmi 16179.95 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 138.54 manat dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********35 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə 20 faizlə 17000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən xx.xx.2023-cü il tarixli, BPM**********35 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 15015.19 manat, faiz borcu üzrə 1164.76 manat borcu olmaqla cəmi 16179.95 manat borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 138.54 manat dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 13 iyun 2023-cü ildə bankdan kredit götürdüyünü, həmin ilin avqust ayında ödəniş etsə də, sentyabr ayında əmək haqqısının azalması səbəbilə ödəniş edə bilmədiyini, kredit götürdüyü vaxt 1028 manat əmək haqqı aldığını, bundan bir neçə ay sonra əmək haqqısının 535 manata endiyini, bundan sonra 15 ay ərzində aylıq 200-300 manat ödəniş etdiyini, aylıq ödənişin aşağı salınması üçün banka müraciət etsə də ona kömək göstərilmədiyini, iddia tələbini qəbul etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılması üçün məhkəmənin icraatında olduğunu, həmin mülki iş üzrə məhkəmə baxışı iclasının xx.xx.2025-ci il tarixinə təyin edildiyini, qeyd edilən məhkəmə baxış iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirlilmiş məhkəmə hazırlıq iclasında verdiyi ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı 16179.95 manat kredit borcunun tutulmasına dair iddia iddia tələbini qəbul etdiyini etiraf etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli BPM**********35 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 48 ay müddətinə 17000 (on yeddi min) manat məbləğində illik 20% faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması aydın olur. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: 1-8-ci bəndlərinə əsasən bank müştəriyə 48 ay müddətinə, illik 20% (FİFD – 20.58%) dərəcəsi ilə, komisyon haqqı kredit məbləğinin 1% həcmində (minimal 20 manat) olmaqla 17000 manat kredit verir; 10.1-ci bəndinə əsasən borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və ABB-nin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin ABB-yə təqdim edilməsindən 10 (on) iş günü ərzində Borc alanın ABB-də açılmış ******************** №-li hesabına köçürülməklə verilir. Kreditin təyinatı üzrə istifadə edilməsini təmin etmək məqsədilə ABB, krediti bütünlüklə və ya tranşlarla verə, habelə bu bənddə qeyd edilən hesaba köçürülmüş pul vəsaitlərini borc alanın sərəncamı olmadan sonuncunun digər hesabına mədaxil edə və həmin hesabdan akseptsiz qaydada silə bilər; 10.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq ABB tərəfindən Borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində cərimə hesablana bilər. Cavabdeh iddianın etirafı barədə 17 iyun 2025-ci il tarixli ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 16179.95 manat kredit borcunun olduğunu etiraf etmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdədəifadəoluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 15015.19 (on beş min on beş manat, on doqquz qəpik) manat əsas, 1164.76 (bir min bir yüz altmış dörd manat, yetmiş altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 16179.95 (on altı min bir yüz yetmiş doqquz manat, doxsan beş qəpik) manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılan zaman ödənilmiş 138.54 (bir yüz otuz səkkiz manat, əlli dörd qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə əlaqədar ödənilmiş 0,4 manat bank xidmət haqqının tutulması barədə tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsində isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsi müəyyən edilmişdi ki, bunlara aşağıdakılar daxildir: - şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; - tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; - tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; - nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; - cavabdehin axtarılması ilə əlaqədar xərclər; - qətnamənin icrası ilə əlaqədar xərclər; - məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. İddiaçının 0,40 (qırx) manat bank xidmət haqqı ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından məhkəmə bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərclərə aid olduğunu hesab edir və cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. xx.xx.2023-cü il tarixli BPM**********35 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 15015.19 (on beş min on beş manat, on doqquz qəpik) manat əsas, 1164.76 (bir min bir yüz altmış dörd manat, yetmiş altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 16179.95 (on altı min bir yüz yetmiş doqquz manat, doxsan beş qəpik) manat borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılan zaman ödənilmiş 138.54 (bir yüz otuz səkkiz manat, əlli dörd qəpik) manat miqdarında dövlət rüsumu və 0.40 manat (qırx qəpik) xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-393/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-393/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver