Məhkəmə qərarları › İş №e-2(079)-402/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-402/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-402/2024 11.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 560 manat əsas borc, 70 manat dəbbə pulu, nəticə etibarilə ümumilikdə 630 (altı yüz otuz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram (VÖEN: **********). Fəaliyyət sahəm mobil telefonların və onların aksesuarlarımn alqı-satqısıdır. Bildirirəm ki, mən hazırki iddia üzrə Cavabdeh ilə 27 fevral 2023-cü il tarixində 40 nömrəli "Mal satınalması müqaviləsi” bağlamışıq. Həmin müqaviləyə əsasən Cavabdeh "Poco M5” markalı telefonu 6 aylıq kreditlə 560 manat dəyərində almışdır. 560 manat borc hazırkı vaxtadək onun tərəfindən heç bir ödəniş ödənilməmiş, borclu olduğu 560 manat pulu ödəməkdən imtina edir. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 27 fevral 2023-cü il tarixində 40 nömrəli mal satınalması müqaviləsindən yaranan 560 manat əsas borcu vardır. Bundan əlavə müqaviləyə qoşma əlavə 1-ə, müqavilənin ödəniş şərtlərİ 3.3-cü bəndinə və xx.xx.2023-cü il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2 % , yəni ümumilikdə cərimə olaraq ödəməli olduğu 70 manat dəbbə pulu, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Sözügedən müddət ərzində cavabdehin etirazı daxil olmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli müqavilənin bağlanması, bu müqavilə üzrə "Poco M5” markalı mobil telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunması, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlməsi işin mübahisəsiz hallarıdır. Qeyd edilən halların işin mübahisəsiz halı olması aşağıdakılarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş: - 27 fevral 2023-cü il tarixli, 40 nömrəli satınalma müqaviləsindən tərəflər arasında "Poco M5” markalı mobil telefonun nisyə alqı-satqısı haqqında müqavilə bağlanması; - “Satıcı”nın “Alıcı”ya 660 (altı yüz altmış) manat dəyərində "Poco M5” (İMEİ 1:**********89564, İMEİ 2:**********89572) mobil telefonu satdığı, alıcının isə müqavilədə razılaşdırılmış qaydada mobil telefonun dəyərini satıcıya ödəyəcəyi barədə öhdəlik götürmələri; - telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının malın dəyərinin 100 (bir yüz) manat hissəsini müqavilə bağlandığı tarixdə ilkin ödəniş kimi, qalan 560 (beş yüz altmış) manat ödənilməmiş hissəsini isə müqavilənin hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi; - müqaviləyə əlavə - 1 cədvəlindən isə Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq 6 ay ərzində hər ay 100 manat olmaqla malın qiymətini hissə-hissə ödəməli olması aydın olur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixli mal satınalması müqaviləsi üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə tələb olunan formada razılığa gəlmişlər. Müqavilə ilə tərəflərin: - satıcının alıcıya 660 manat dəyərində "Poco M5” markalı mobil telefonu satdığı, alıcının isə müqavilə ilə razılaşdırılmış şərtlərlə malın dəyərini ödəyəcəyi; - satıcının müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququnun mövcudluğu; - satıcının alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək hüququnun mövcudluğu; - Satıcının sifariş olunmuş məhsulu razılaşdırılmış vaxtda və ünvanda zədə almadan alıcıya çatdırılmasını təmin etmək, alıcının isə telefonu qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini müqavilənin 3-cü bəndinə uyğun olaraq vaxtında və tam şəkildə ödəmək vəzifəsinin mövcudluğu; - Alıcının müqavilə ilə razılaşdırılmış son günədək aylıq ödənişi həyata keçirmədikdə gecikdirilən hər günə görə hesablanan dəbbə pulunu ödəmək vəzifəsinin mövcudluğu; - telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının malın dəyərinin 100 (bir yüz) manat hissəsini müqavilə bağlandığı tarixdə ilkin ödəniş kimi, qalan 560 (beş yüz altmış) manat ödənilməmiş hissəsini isə müqavilənin hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəmək vəzifəsinin mövcudluğu; - kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün Müqavilə üzrə ödənişin 2 %-i miqdarında dəbbə pulu ödəməli olması; - müqavilənin tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədə olması barədə razılaşmaları müəyyən olunur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə mövcuddur. Belə ki, MM-in 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. MM-in 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Tərəflərin arasında bağlanmış müqavilə və cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək razılaşdırılmış mobil telefonu cavabdehə vermişdir. Belə ki, cavabdehə iddiaçı tərəfindən rəsmi qaydada təqdim olunmuş xəbərdarlıqda borcun mövcudluğu və ödənilməyəcəyi barədə məhkəməyə müraciət ediləcəyi barədə razılaşma əldə olunmuşdur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək cavabdehin diqqətinə çatdırır ki, mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Əsas borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə arayışdan aydın olur ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 560 (beş yüz altmış) manat məbləğində ödənilməmiş əsas borcu mövcuddur. Bunun əksini təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən razılığa gəlmişlər ki, kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün Müqavilə üzrə ödənişin 2 %-i miqdarında dəbbə pulu ödəyəcəkdir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 560 manat əsas borcuna münasibətdə iddiaçı 70 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 28 (iyirmi səkkiz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 560 (beş yüz altmış) manat məbləğində əsas borc, 28 (iyirmi səkkiz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 588 (beş yüz səksən səkkiz) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 28 (iyirmi səkkiz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 560 (beş yüz altmış) manat məbləğində əsas borc, 28 (iyirmi səkkiz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 588 (beş yüz səksən səkkiz) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 28 (iyirmi səkkiz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar