Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-411/2024 04.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin verdiyi vəsatətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti 31 may 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək X3 vərəsəsi Cavabdeh onun xeyrinə 122.26 (bir yüz iyirmi iki manat, iyirmi altı qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 122.27 (bir yüz iyirmi iki manat, iyirmi yeddi qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında 28 fevral 2019-cu il tarixli BPM **********71 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 29 faizlə, 12 ay müddətinə 1020 (bir min iyirmi) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 748575 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 20 iyul 2019-cu il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş, 19 fevral 2020-ci il tarixində cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X3 15 may 2024-cü ilədək banka ödənilməmiş 122.26 (bir yüz iyirmi iki manat, iyirmi altı qəpik) manat əsas, 0.01 (bir qəpik) manat faiz borcu olmaqla, cəmi 122.27 (bir yüz iyirmi iki manat, iyirmi yeddi qəpik) manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 15 aprel 2024-cü il tarixdə 6-2-22/2-12475/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq o, öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Mülki iş məhkəmənin 31 may 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş və iş üzrə məhkəmə hazırıq iclası təyin edilmişdi. İddiaçının nümayəndəsi Nümayəndə1 12 iyun 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əsllərinin geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə iddiaçının nümayəndəsinin vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırkı vəziyyətdə isə işin məhkəmədə baxılmasına hazırlıq ərəfəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizənin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipinin mahiyyətinə görə tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.3-cü maddələri ilə müəyyən olunur ki, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Buna görə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia qaldırarkən Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət ödəniş portalı vasitəsi ilə 15 may 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. İddiaçının nümayəndəsi ərizəsində iddia qaldırarkən dövlət rüsumu ödənilməsi zamanı ödədiyi 0,4 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının geri qaytarılmasını da qeyd etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsində isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsi müəyyən edilmişdi ki, bunlara aşağıdakılar daxildir: - şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; - tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; - tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; - nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; - cavabdehin axtarılması ilə əlaqədar xərclər; - qətnamənin icrası ilə əlaqədar xərclər; - məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Bundan başqa Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən prosessual normaların tələbindən göründüyü kimi iddia ərizəsi geri qaytarılarkən ödənilmiş dövlət rüsumu geri qaytarılır. İşə baxılması ilə bağlı yaranmış xərclər isə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə mülki işə mahiyyəti üzrə baxılmadığından iddiaçının ödədiyi 0,4 (qırx qəpik) manat məbləğində xərcə məhkəmə xərci kimi yanaşmaq olmaz və iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından həmin sənədlərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmasına zərurət yaranmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 vəsatəti təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət ödəniş portalı vasitəsi ilə 15 may 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-411/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-411/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver