Məhkəmə qərarları › İş №e-2(079)-416/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-416/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-416/2025 04.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin X4 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 30 may 2025-ci ildə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7449.6 manat məbləğində kredit borcu, 161.72 manat məbləğində faiz borcu və 12.72 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7624 (yeddi min altı yüz iyirmi dörd) manat 04 (dörd) qəpik məbləğində borcun və ödənilmiş 96.25 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022ci il tarixdə bağladığı 997A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri", Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.5833% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 5550.4 manat ödəniş etmiş və onun iddiaçıya 7449.6 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizepe razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 43 gün üçün hesablanmış faiz borcu 161.72 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 43 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 12.72 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında 13000 manat krediti götürüb başqa banka olan krediti bağladığını, zaminin isə həyat yoldaşı olduğunu, 2024-cü ilin sonlarında işlədiyi Gərməçataq kənd orta məktəbinin direktoru vəzifəsindən azad olunduğunu, bununla bağlı olaraq 2025-ci ilin fevralından ödənişi dayandırdığını, buna görə də iddia tələbini qəbul etdiyini və hissə-hissə olmaqla borcun ödənilməsinə razı olduğunu bildirmişdir. İddiaçı və cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ünvanlandığı ərizədə mülki işi üzrə iddia tələbini müdafiə etdiklərini, iş üzrə zəruri sübutların iddia ərizəsinə əlavə olunduğunu, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iş üzrə iddia tələbini təmin edən qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsi və cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmış olması işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, “Tariflər və Valyuta məzənnəsi” ilə tanış olduğunu və onları qəbul etdiyini, hazırki ərizəni imzalamaqla bankdan kreditin verilməsini xahiş etmişdir. Maksimum 28%, maksimum FİFD isə 35.30% olmaqla, 40000 manat məbləğində istehlak krediti limitinin 48 ay müddətinə açılması barədə razılaşmışlar. İlk kredit sifarişi isə 13000 manat məbləğində 48 ay müddətinə 19% dərəcəsi, 19 FİFD % dərəcəsi ilə, ödəniş tarixi xx.xx.2023-cü il tarixinə olmaqla edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin” müvafiq maddələrinə əsasən:  Ayrı-ayrı bank xidmətlərini almaq üçün müştəri müvafiq ərizəni banka təqdim etməlidir;  Müştərinin bank xidmətlərindən istifadə hüququ ərizənin akseptini aldığı andan, yəni müqaviləni bağladığı andan yaranır;  Müştəri ərizəni kağız daşıyıcıda Bankda şəxsən imzalamaqla Banka təqdim edə bilər.  Ərizənin bankın səlahiyyətli nümayəndəsinin imzası, Bankın möhürü ilə təsdiqlənməsi və müştəriyə təqdim edilməsi Bankın aksepti hesab edilir.  Müqavilə bağlandığı andan Ümumi Şərtlər və Tariflər, o cümlədən ona əlavə və dəyişikliklər müqavilənin tərkib hissəsinə çevrilir.  Kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur.  Müştəri nağd kredit barədə müqavilə üzrə ərizəni Banka təqdim etməklə ilk kredit sifarişini verir.  Ümumi şərtlərin 7.4 və 7.5-ci bəndləri nəzərə alınmaqla kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur.  Müştəri nağd kredit barədə müqavilə üzrə ərizəni banka təqdim etməklə ilk kredit sifarişini verir.  Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix Nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır.  Müştəri krediti ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürür.  Müştəri krediti və kredit faizini kredit verildikdən sonra hər 30 təqvim günündə bir dəfə olmaqla ərizədə razılaşdırılmış cari hesab vasitəsilə banka qaytarmağı öhdəsinə götürür.  Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır.  Müştəridən daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, kredit faizi və nəhayət kreditin qalıq məbləği silinir.  Müştəri kredit və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəyir.  Müştəri kredit və faizini bu şərtlərə və müvafiq ərizəyə uyğun olaraq qaytara bilmədikdə bank müqaviləni vaxtından əvvəl ləğv edə və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb edə bilər.  Müqavilədən irəli gələn mübahisələr qanunvericilik əsasında məhkəmə qaydasında həll edilir.  Müqavilənin ləğv edilməsi tərəfləri həmin müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə şərtlərinin pozulmasına və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyətdən azad etmir. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 13000 manat (on üç min) pulun xx.xx.2022-ci il tarixdə Cavabdeh2 AZ30ACAB******************** nömrəli hesabına köçürüldüyü məlum olur. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 392 manat, sonuncu ay isə 378.92 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana və zaminə kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və borcun qaytarılması ilə bağlı hüquqmühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 997G**********01 nömrəli zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin - 1.1-ci bəndinə əsasən Borclunun Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır; - 3.1 bəndlərində qeyd edilir ki, Borclu kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, Zamin, kreditdən istifadə üçün faiz və Bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədər hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla Borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri Bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Zamin aşağıdakı öhdəlikləri icra etməlidir: 3.1.1 Kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Borclunun bütün öhəliklərini icra etmək; 3.1.2 Kredit müqaviləsi üzrə ödənməli olan məbləğ gecikdirilərkən Zamin hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəyir. 3.1.3 Borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə Bankın çəkdiyi məhkəmə xərclərini ödəmək.; - 4.1-ci bəndi ilə müəyyən edilir ki, Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. - 4.6-cı bəndinə əsasən isə Kredit müqaviləsi üzrə Borclunun öhdəlikləri başqa şəxsə keçirildikdə Zamin yeni borclu üçün də hazırkı müqavilə ilə müəyyən olunmuş həcmdə cavabdeh olacaqdır. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, X4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci və 500.2-ci maddələri ilə müəyyən edilir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və həmin müqavilədə X4 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin zaminə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini, yəni borclunun təqsiri prezumpsiyasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş kredit müqaviləsi və zaminlik müqaviləsinindən aydın olur ki, iş üzrə cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 7449.6 (yeddi min dörd yüz qırx doqquz manat, altmış qəpik) manat əsas, 161.72 (bir yüz altmış bir manat, yetmiş iki qəpik) manat faiz borcu və 12.72 ( on iki manat, yetmiş iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7624.04 ( yeddi min altı yüz iyirmi dörd manat, dörd qəpik) manat məbləğində borcu vardır. İddiaçının məhkəməyə təqdim etdiyi sübutları iddia tələbi ilə əlaqələndirdikdə əsas və faiz borcla tələb edilən məbləğin eynilik təşkil etməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsas və faiz borca münasibətdə əsaslı sayılmalıdır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehlərə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Cavabdehlərin hər birindən tutulmalı olan borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinin tələbinə görə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını iddiaçının tələbi ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlərdən kredit müqaviləsi üzrə yarınmış borcun müştərək qaydada ödənilməsini tələb edir. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxılması üçün qanuni əsas olmadığından, iddiaçının tələb etdiyi borc onlardan müştərək qaydada tutulmalıdır. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh2 və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7449.6 (yeddi min dörd yüz qırx doqquz manat, altmış qəpik) manat kredit borcu, 161.72 (bir yüz altmış bir manat, yetmiş iki qəpik) manat məbləğində faiz borcu və 12.72 ( on iki manat, yetmiş iki qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7624.04 ( yeddi min altı yüz iyirmi dörd manat, dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 96.25 manat (doxsan altı manat, iyirmi beş qəpik) dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh2 və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7449.6 (yeddi min dörd yüz qırx doqquz manat, altmış qəpik) manat əsas 161.72 (bir yüz altmış bir manat, yetmiş iki qəpik) manat məbləğində faiz borcu və 12.72 ( on iki manat, yetmiş iki qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7624.04 (yeddi min altı yüz iyirmi dörd manat, dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 və X1 müştərək qaydada 96.25 manat (doxsan altı manat, iyirmi beş qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar