Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-426/2023 14.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə məhkəmə iclasından kənar tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 349002-CNS-36826 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 2.185,41 (iki min yüz səksən beş manat qırx bir qəpik) AZN məbləğində əsas borc, 176.24 (bir yüz yetmiş altı manat iyirmi dörd qəpik) AZN məbləğində faiz borcu, 225.95 (iki yüz iyirmi beş manat doxsan beş qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.587,60 (iki min beş yüz səksən yeddi manat altmış qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 45,88 (qırx beş manat səksən səkkiz qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2022-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 349002- CNS-36826 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 29% (iyirmi doqquz faiz) faiz hesablanması şərti ilə 18 (on səkkiz) ay müddətinə 3.000 (üç min manat) AZN məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2023cü il tarixə 2.185,41 (iki min yüz səksən beş manat qırx bir qəpik) AZN məbləğində əsas borc, 176.24 (bir yüz yetmiş altı manat iyirmi dörd qəpik) AZN məbləğində faiz borcu, 225.95 (iki yüz iyirmi beş manat doxsan beş qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.587,60 (iki min beş yüz səksən yeddi manat altmış qəpik) AZN məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın tələblərinin əsası kimi istinad etdiyimiz faktlar, hallar və onları təsdiq edən sübutların siyahısı aşağıdakılardan ibarətdir: 1) xx.xx.2022-ci il tarixli, 349002-CNS-36826 №-li “Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”; 2) xx.xx.2023 tarixli, 692 P saylı pretenziya məktubu; 3) xx.xx.2023-cü il tarixli maliyyə arayışı; 4) xx.xx.2023-cü il tarixli hesabdan çıxarış; 5) xx.xx.2023-cü il tarixli maps arayışı. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 349002-CNS-36826 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən müəyyən edilir ki, “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, Nağd pul kreditləri üzrə, hər gecikdirilən gün üçün Ərizə- Razılaşmada göstərilən cərimə tətbiq edilir. xx.xx.2022-ci il tarixli, 349002-CNS- 36826 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditor ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdehə hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehə ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Sözügedən halları nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 349002-CNS-36826 №-li “Nağd pul kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən bank tərəfindən kart hesabının açılması və ona dair xidmətlərin göstərilməsinə icazə verilmişdir. Müştəri isə aksepti aldığını və karta dair xidmətlərin göstərilməsi haqqında müqaviləni bağladığını öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 349002-CNS- 36826 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: Müqaviləyə əsasən müştərinin kredit üzrə vəzifələri aşağıdakılardan ibarətdir: - müqavilənin 10.3.8-ci bəndinə əsasən kreditin verilməsi üçün qanuvericiliklə müəyyən olunan və “Bank” tərəfindən tələb edilən minimum kredit sənədlərini “Bank”a təqdim etməyi və verilmiş krediti qəbul etməyi; - müqavilənin 10.3.9-cu bəndinə əsasən bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti “Bank”a qaytarmağı və faizləri ödəməyi; - müqavilənin 10.3.10-cu bəndinə görə aşağıdakı məlumatları müvafiq təsdiqedici sənədlər qoşulmaqla, əgər xüsusi müddət göstərilməmişdirsə, dərhal yazılı qaydada Banka təqdim etməyi və həmin sənədlərdəki məlumatların etibarsızlığına görə məsuliyyət daşımağı: - müqavilənin 10.3.10.1-ci bəndinə görə bu müqavilənin qüvvədə olduğu müddətdə hüquqi rekvizitlərində baş verən dəyişikliklər barədə məlumatarı – müvafiq qaydada qeydiyyata alındığı andan 3 (üç) gün müddətində; - müqavilənin 10.3.10.2-ci bəndinə görə tərəf kimi iştirak etdiyi məhkəmə mübahisələri və icra icraatı ilə bağlı, habelə müqavilənin müvafiq bəndləri ilə müəyyən edilən hallar barədə məlumatlar – fakt üzrə; - müqavilənin 10.3.10.3-cü bəndinə görə kredit alanın ödəniş qabiliyyəti ilə bağlı hər hansı məlumatı – bankın tələbi üzrə; - müqavilənin 10.3.10.4-cü bəndinə görə siğorta müqaviləsi ilə nəzərdə tutulmuş siğorta hadisəsinin baş verməsi barədə məlumatı; - müqavilənin 10.3.11-ci bəndinə görə kreditdən yalnız bu müqavilə ilə müəyyən olunan məqsədləri üçün istifadə etməyi; - müqavilənin 10.3.12-ci bəndinə görə kreditdən istifadə edilməsinə nəzarətin həyata keçirilməsi üçün “Bank”ın nümayəndəsinə lazımi şəraiti yaratmağı və müvafiq sənədləri dərhal “Bank”ın nümayəndəsinə təqdim etməyi; - müqavilənin 10.3.13-cü bəndinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn dəbbə pulunu və zərərin əvəzini bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə “Bank”a ödəməyi. - müqavilənin 10.3.14-cü bəndinə görə bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi. Müqaviləyə əsasən müştərinin kredit üzrə hüquqları aşağıdakılardan ibarətdir: - müqavilənin 10.4.6-cı bəndinə görə kreditin qaytarılması üzrə öhdəliyini bu müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə tam və ya qismən vaxtından əvvəl icra edir; - müqavilənin 10.4.7-ci bəndinə görə öz kredit borcları haqqında məlumatların alınması və onun haqqında toplanan məlumatlarda qeyri-dəqiqliyin aradan qaldırırlması üçün yazılı formada Azərbaycan Kredit Bürosu MMC-yə müraciət edir; - müqavilənin 10.4.8-ci bəndinə görə “Bank” tərəfindən müqavilə üzrə faiz dərəcəsinin birtərəfli qaydada dəyişdirilməsinə razılıq vermədikdə, krediti vaxtından əvvəl tam ödəyir; - müqavilənin 10.4.9-cu bəndinə görə bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi “Bank”dan tələb edir. - müqavilənin 11.1.3-cü bəndinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bu müqavilə üzrə bank kredit alandan öhdəliklərin icrasını tələb etmək hüququna malikdir. - müqavilənin 13.1-ci bəndinə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq “müştəri”nin qeydiyyatda olduğu və ya “bank”ın hüquqi ünvanı üzrə Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə həll ediləcəkdir. - müqavilənin 13.3-cü bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Qanunvericiliyə və Müqaviləyə əsasən məsuliyyət daşıyırlar və digər tərəfə dəymiş ziyanı tam qarşılamalıdırlar. - müqavilənin 15.4-cü bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəfləri həmin müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə şərtlərinin pozulmasına və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyətdən azad etmir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, kredit müqaviləsi üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" (Azərbaycan) ASC qarşısında əsas öhdəliyi 18 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 207.73 manat məbləğində, sonuncu ay isə 204.66 manat ödənişi həyata keçirməkdir. Həmçinin cavabdehin xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kredit hesabından çıxarışdan kredit müqaviləsi üzrə razılaşdırılmış 3000 manat kredit məbləğinin müqavilənin bağlandığı tarixdə borcalanın hesabına köçürüldüyü müəyyən olunur. Beləliklə iddiaçının sözügedən kredit müqaviləsi üzrə də cavabdeh qarşısında əsas öhdəliyini lazımınca icra etməsi təsdiqini tapır. Cavabdeh isə müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının hər iki müqavilə üzrə cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin hər iki “Nağd pul krediti müqaviləsi” üzrə cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin müvafiq bəndlərinə görə müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN hissəsi üçün 0.05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. Müqavilə ilə müəyyən olunan cərimə, habelə zərərin əvəzi müqavilə ilə müəyyən edilən qaydada ödənilməldir. Bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və bankın digər tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Belə ki, iddiaçı müqavilədən irəli gələn həm əsas və faiz borcuna, həm də cərimə borcuna münasibətdə mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı öhdəliyini yerinə yetirmiş, lakin bunun nəticəsi olmamışdır. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə tələb olunan cərimə məbləği əsas borca mütənasibdir və azaldılması üçün əsaslar mövcud deyildir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqavilə”si üzrə xx.xx.2023-cü il tarixə olan borcu barədə Maliyyə Arayışından cavabdehin iddiaçı təşkilata 2185.41 (iki min bir yüz səksən beş manat qırx bir qəpik) manat məbləğində əsas borc, 176.24 (bir yüz yetmiş altı manat iyirmi dörd qəpik) AZN manat məbləğində faiz borcu, 225.95 (iki yüz iyirmi beş manat doxsan beş qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 2587.60 manat (iki min beş yüz səksən yeddi manat altmış qəpik) məbləğində borcunun qaldığı aydın olur. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışlar və onlara müvafiq maliyyə arayışlarını mötəbər sübut olaraq nəzərə alan məhkəmə sözügedən sübutları borcun miqdarına münasibətdə iddia tələbinin əsaslılığı nəticəsinə gəlmək üçün kifayət hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, 349002-CNS-36826 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 2.185,41 (iki min yüz səksən beş manat qırx bir qəpik) AZN məbləğində əsas borc, 176.24 (bir yüz yetmiş altı manat iyirmi dörd qəpik) AZN məbləğində faiz borcu, 225.95 (iki yüz iyirmi beş manat doxsan beş qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.587,60 (iki min beş yüz səksən yeddi manat altmış qəpik) AZN pul məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun təmin edilmiş iddia məbləğinə mütənasib olan hissəsi 45,88 (qırx beş manat səksən səkkiz qəpik) AZN məbləğində dövlət rüsumu və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZN məbləğində xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 349002-CNS-36826 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 2.185,41 (iki min yüz səksən beş manat qırx bir qəpik) AZN məbləğində əsas borc, 176.24 (bir yüz yetmiş altı manat iyirmi dörd qəpik) AZN məbləğində faiz borcu, 225.95 (iki yüz iyirmi beş manat doxsan beş qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.587,60 (iki min beş yüz səksən yeddi manat altmış qəpik) AZN pul məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh dövlət rüsumunun təmin edilmiş iddia məbləğinə mütənasib olan hissəsi 45,88 (qırx beş manat səksən səkkiz qəpik) AZN məbləğində dövlət rüsumu və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZN məbləğində xidmət haqqı alınaraq "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-426/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-426/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver