Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-427/2023 27.09.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, «X5» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2777nkNFT/19 saylı kredit müqaviləsi üzrə 2904.50 manat əsas və 163.80 manat faiz olmaqla, cəmi 3068.30 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 51.09 AZN məbləğində vəsaitin vərəsəsi-Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyəti iddiasını əsaslandıraraq bildirmişdir ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2777nkNFT/19 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 26% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Abşeron rayon 1 saylı Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən“ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2.-ci maddəsinə əsasən“qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən“mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən“vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə «X5» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilmiş, mülki iş üzrə məhkəmə iclası təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi 19 sentyabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərək özünün və nümayəndəsi olduğu Cavabdeh 27 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirakları olmadan keçirilməsini xahiş etmiş, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 2777nkNFT/19 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən X4 ilə bank arasında 36 (otuz altı) ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 26 (iyirmi altı) faiz ödəmək şərtilə 5000.00 (beş min manat) AZN məbləğində kreditin istehlak məqsədilə verilməsi, kreditin və kreditdən istifadəyə görə faizlərin hesablanması borcalan tərəfindən banka qaytarılmasının dövriliyinin tərəflər arasında yazılı razılaşdırılmış ödəniş cədvəli ilə müəyyən olunması, borcalanın krediti və kreditdən istifadəyə görə faizləri ödəniş müddətində ödəməli olması müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunmuş cavabdehin kredit hesabından çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "X5" ASC tərəfindən 8150.00 manat məbləğin X1 hesabına köçürüldüyü məlum olur. 2777nkNFT/19 saylı kredit müqaviləsinə 1 saylı əlavə - ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" KB ASC qarşısında əsas öhdəliyi 36 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 202.00 manat, sonuncu ay isə 180.60 manat məbləğində ödənişi həyata keçirməkdir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş X1 2777nkNFT/19 saylı Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcu barədə Maliyyə Arayışından cavabdehin iddiaçı təşkilata 2904.5 (iki min doqquz yüz dörd manat əlli qəpik) manat əsas, 163.8 (bir yüz altmış üç manat səksən qəpik) manat faiz olmaqla, cəmi 3068.30 manat (üç min altmış səkkiz manat otuz qəpik) borcunun olduğu aydın olur. İddia ərizəsinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-084677 nömrəli ölüm haqqında şəhadətnamə ilə X1 07 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi müəyyən edilir. 22 may 2021-ci il tarixli Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasən X1 vərəsəsi olaraq Babək rayon, Nehrəm qəsəbəsində qeydiyyatda olan anası Cavabdeh miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X2 verilmiş **********59-05304-093005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv/m olan mənzildən ibarətdir. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış bildirişə əsasən 2777nkNFT/19 saylı kredit müqaviləsinə əsasən 3068.30 AZN ödənilməmiş borcun olması və mərhum X1 vərəsəsi müəyyən olunduğundan kredit alanın hüquqi varisi kimi kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödəniş cədvəli üzrə dövri olaraq ödənilməli olan kreditin öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi, borcun 5 iş günü ərzində tam ödənilməli olması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdehin nümayəndəsi 14 sentyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddianı etiraf etdiyini bildirmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Cavabdeh tərəfindən nümayəndəyə verilmiş etibarnamədə onun iddianı etiraf etmək hüququnun mövcudluğu xüsusilə göstərilmişdir. Belə ki, MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli 2777nkNFT/19 saylı müqavilə üzrə 2904.5 (iki min doqquz yüz dörd manat əlli qəpik) manat əsas, 163.8 (bir yüz altmış üç manat səksən qəpik) manat faiz olmaqla, cəmi 3068.30 manat (üç min altmış səkkiz manat otuz qəpik) borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İdiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50.69 manat (əlli manat altmış doqquz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: «X5» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair iddiası təmin edilsin. 2904.5 (iki min doqquz yüz dörd manat əlli qəpik) manat əsas, 163.8 (bir yüz altmış üç manat səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 3068.30 manat (üç min altmış səkkiz manat otuz qəpik) borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50.69 manat (əlli manat altmış doqquz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-427/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-427/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver