Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-430/2022 29.09.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-cı il tarixli Kredit müqaviləsinə əsasən 4714,39 AZN əsas, 1068,21 AZN faiz borcu olmaqla cəmi 5782,60 AZN pul vəsaitinin və 77.82 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cı il tarixli Kart Krediti müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 5000 AZN məbləğində kredit xətti ayrılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2020-cı il tarixli Kart Krediti müqaviləsinə əsasən 4714,39 AZN əsas; 1068,21 AZN faiz; cəmi 5782,60 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və balansdankənar məxaric orderidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia tələbinin tam qanuni və əsaslı olduğunu, qeyd olunanlar və iddia ərizəsinin məzmunu nəzərə alınmaqla, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-cu il tarixli kredit kartı müqaviləsinə əsasən Kapital Bank ona illik 25 faiz dərəcəsi ilə 5000 AZN kredit xətti ayırmışdır. Həmçinin kredit kartı müqaviləsi bağlandıqdan sonra 5000 manat limitlə “Bir kart” adlanan plastik kartı müqavilə bağlandığı gün aldığını, kredit limitindən əsas borc həddində istifadə etdiyini, əvvəllər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin işçisi olduğunu, oradan çıxarılması ilə bağlı olaraq maddi vəziyyətinin əhəmiyyətli dərəcədə dəyişdiyini, həmin vaxtdan etibarən bank qarşısında öhdəliklərini üzrlü səbəbdən icra edə bilmədiyini, sonuncu dəfə 2021-ci ilin may ayında az məbləğdə ödəniş etdiyini, bankın xəbərdarlıqlarını aldığını, iddia tələbinə qarşı heç bir etirazının olmadığını bildirmiş və iddia tələbini tam etiraf etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh ərizə verərək bildirmişdir ki, Babək Rayon Məhkəməsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti mənə qarşı borcun tutulması tələbinə dair iddia qaldırmışdır, hal-hazırda iddiaçıya 5782,60 manat (beş min yeddi yüz səksən iki manat altmış qəpik) borcum olduğunu etiraf edirəm. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə kredit kartına dair müqavilənin bağlanması, bankın müştəriyə “Birkart” verərək şəxsi istehlak məqsədilə bərpa olunan kredit ayırdığı, xx.xx.2020-ci il tarixdə bir ədəd Plastik kartın cavabdehə təhvil verildiyi, Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etmədiyi və iddiaçıya borcunun qaldığı, cavabdehə öhdəliyin icrası tələbilə bildiriş göndərilərək xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, BBLK1779405A130 nömrəli tərəflərin imzaladığı kredit kartına dair müqavilədən tərəflər arasında kredit kartına dair müqavilənin bağlanması və bankın müştəriyə müqavilə əsasında “Birkart” verərək ilkin olaraq müştəri tərəfindən istifadə ediləcək məbləğ 5000 AZN və son istifadə tarixi xx.xx.2023-cü il müəyyən olunmaqla şəxsi istehlak məqsədilə bərpaolunan kredit ayırdığı; - xx.xx.2020-ci il tarixli balansdankənar məxaric orderindən plastik kartın Cavabdeh tərəfindən təhvil alındığı; - Müqavilə üzrə çıxarışdan isə Cavabdeh iddiaçı təşkilata xx.xx.2020-ci il tarixli kredit kartı müqaviləsi üzrə 4714,39 AZN əsas, 1068,21 AZN faiz borcunun qaldığı; - 19 yanvar 2022-ci il tarixli bildirişdən və siyahıdan İddiaçı ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İş materiallarına əlavə olunmuş kredit kartı müqaviləsindən belə məlum olur ki, tərəflər kredit kartı müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - 1-ci bəndinə əsasən bank müştəriyə ”Birkart” ödəniş kartı verir, həmin karta bağlı bu müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır və xəttin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. - 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə ediləcək məbləğ bank tərəfindən 5000 manat müəyyən olunur. - 4.3-cü bəndinə əsasən son istifadə tarixi xx.xx.2023-cü ildir. - 4.6-cı bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - 9.1 və 9.1.1-ci bəndinə görə müştəri tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda və s hallarda bank kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. - 7.2.2-ci bəndinə görə bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə borcalan krediti, kredit üzrə hesablanmış faizləri və digər borcları 5 iş günü müddətində qaytarmalıdır. Məhkəmə cavabdehin iddianın etirafı barədə ərizəsinin mövcudluğunu nəzərə alaraq aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. MPM-in: - 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. - 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən olunmadığından cavabdehin etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1- 52.3-cü maddələri). MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 4714,39 manat (dörd min yeddi yüz on dörd manat otuz doqquz qəpik) əsas, 1068,21 manat (bir min altmış səkkiz manat iyirmi bir qəpik) faiz borcu olmaqla, cəmi 5782,60 (beş min yeddi yüz səksən iki manat altmış qəpik) borc tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman iddiaçı tərəfindən ödənilmiş 77.82 (yetmiş yeddi manat səksən iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 4714,39 manat (dörd min yeddi yüz on dörd manat otuz doqquz qəpik) əsas, 1068,21 manat (bir min altmış səkkiz manat iyirmi bir qəpik) faiz borcu olmaqla, cəmi 5782,60 (beş min yeddi yüz səksən iki manat altmış qəpik) borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 77.82 (yetmiş yeddi manat səksən iki qəpik) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-430/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-430/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver