Məhkəmə qərarları › İş №e-2(079)-45/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-45/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-45/2024 31.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçının iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 748.74 manat məbləğin, 30 manat dövlət rüsumunun və 0.40 manat bank xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan, ** MO *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** LY *** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP-4513884 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir Sığortalı ** LY *** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** LY *** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ümumilikdə 1605,74 manat (bir min altı yüz beş manat, 74 qəpik) manat məbləğində ziyan müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022 tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş 1605,74 manat (bir min altı yüz beş manat, 74 qəpik) məbləğində sığorta ödənişi (1360,80 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 244,94 manat ƏDV olmaqla) zərər məbləği avtomobilin təmiri üçün "X8" MMC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən 05 aprel 2022 tarixində 100 manat azadolma məbləği çıxılmaqla 1505,74 (bir min beş yüz beş manat,yetmiş dörd qəpik) manat məbləğində sığorta ödənişinin subroqasiya hüququ əsasında geri qaytarılması barədə məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləğin bir hissəsini ödəmiş 748,74 manatını isə ödəməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə məhkəmə iclaslarında məsafənin uzaq olması səbəbindən iştirak edə bilmədiklərini, məhkəmə iclaslarını iştirakları olmadan keçirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin ərizəsini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdehin həmin ünvandan yaşamaması səbəbindən sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehə ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, Abdul- X1 128137 nömrəli müraciəti əsasında ona məxsus olan ** LY *** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobil İ-MİC-6074/20 nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsi ilə sığorta dəyəri 31300 manat, sığorta məbləği 28902 manat (100%) məbləğli (faizli), azadolma məbləği 100 manat olmaqla 1 il müddətinə sığortalanmışdır. Sığorta şəhadətnaməsi və predmeti üzrə 2-ci hadisə olan, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş xx.xx.2021-ci il tarixli sığorta hadisəsi nəticəsində 100,00 manat (bir yüz manat) azadolma məbləği çıxılmaqla 1505.74 manat sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtomobilin təmiri üçün "X8" MMC-nin hesabına köçürülərək ödənilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 05 aprel 2022-ci il tarixli 1476/L nömrəli bildirişdə ** MO *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsi ilə “PAŞA Sığorta" ASC tərəfindən "Avtonəqliyyat vasitələrinin tam sığortası" növü üzrə sığortalanmış ** LY *** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulduğu, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 1 505,74 (bir min beş yüz beş manat yetmiş dörd qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirildiyi, AR Mülki Məcəlləsinin 936cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə ödənişi həyata keçirdikdən sonra həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edə biləcəyi, subroqasiya hüququna əsasən 1 505.74 (bir min bes vtiz bes manat yetmiş dörd qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş edərək bildirmişdir. İXP seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarix inzibati xəta haqqında protokolla HYUNDAİ ACCENT minik markalı, 99MO483 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1998-ci ildə Babək şəhərində anadan olan Azərbaycan Respublikası vətəndaşı, hazırda Naxçıvan şəhəri, Qoşadizə kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Cavabdeh maddi ziyanı ödəyəcəyini bildirmiş və öz imzası ilə təsdiq etmişdir. TP seriyalı, ******* nömrəli xx.xx.2021-ci il tarixli xx.xx.1998-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Naxçıvan şəhəri, Qoşadizə kəndində qeydiyyatda olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokol və inzibati xəta haqqında işin materiallarına baxılaraq Cavabdeh xx.xx.2021-ci il tarixində, saat 19:00 radələrində HYUNDAİ ACCENT minik markalı 99MO483 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə və ara məsafəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən Kia Rio markalı, 2020-ci il buraxılış ili olan avtomobilin arxa buferin alt qarası 1 ədəd 660 qiyməti, 528 AZN məbləğ, arxa buferin xrom spoyleri 1 ədəd 150 qiyməti, 120 AZN məbləğ, emblem 1 ədəd 23 qiyməti, 18.4 AZN məbləğ, knopka 10 ədəd 1.3 qiyməti, 10.4 AZN məbləğində ehtiyat hissələrinin cəmi məbləğ 676.80 Azn, dəmirçi 1 ədəd 250 Azn qiyməti, 225 Azn məbləğ, rəngsaz 1 ədəd 380 Azn qiyməyi, 342.6 Azn məbləğ, plastmas işi 1 ədəd 50 Azn qiymət, 45.8 Azn məbləğ, armatur işi 1 ədəd 80 Azn, 684.8 Azn məbləğində olmaqla yekun 1600 Azn, güzəştli məbləğ 1360.8 Azn müəyyən edilmişdir Təhvil-təslim aktına əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş siğorta hadisəsi nəticəsində zərərə məruz qalmış 99LY980 dövlət qeydiyyat nişanlı X9 markalı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1605.74 Azn zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. xx.xx.2021-ci il tarixli, 191542 nömrəli “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş elektron qaimədən də cəmi məbləğin 1605.74 manat məbləğində olması müəyyən olunur. İddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx.xx.2021-ci ildə saat 19 radələrində Azərbaycan vətəndaşı Cavabdeh idarə etdiyi «HYUNDAİ ACCENT» yük markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xanlar küçəsində X2 tərəfindən idarə olunan Kia Rio markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəyməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Bakı Şəhər DYP tərəfindən Cavabdeh barəsində İXM-nin 327.1-ci, 332.1-ci maddələri inzibati protokol tərtib edilmiş, xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh görülməsi üçün qərarın surəti Cavabdeh təqdim edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ** LY *** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilə dəymiş ziyana görə 1505.74 (bir min beş yüz beş manat yetmiş dörd qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan sübutlarla Cavabdeh törətdiyi əməldə təqsirli olması və hadisə nəticəsində ** LY *** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilə zərər vurulması təsdiq edilir. Şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Beləliklə müəyyən olunur ki, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması və icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 748.74 (yeddi yüz qırx səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 748.74 (yeddi yüz qırx səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar