Məhkəmə qərarları › İş №e-2(079)-452/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-452/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-452/2022 24.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 10670.76 (on min altı yüz yetmiş manat yetmiş altı qəpik) manat əsas, 855.37 (səkkiz yüz əlli beş manat otuz yeddi qəpik) manat faiz, cəmi 11526.13 (on bir min beş yüz iyirmi altı manat on üç qəpik) manat borcun, həmçinin ödənilmiş 124.98 ( yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 12300 (on iki min üç yüz manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2021-ci il tarixli 1040114/22580 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zamin, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas borcu 10670.76 (on min altı yüz yetmiş manat yetmiş altı qəpik) manat, faiz borcu 855.37 (səkkiz yüz əlli beş manat otuz yeddi qəpik) manat, cəmi 11526.13 ( on bir min beş yüz iyirmi altı manat on qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin, Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 11526.13 ( on bir min beş yüz iyirmi altı manat on üç qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında 05 may 2021-ci il tarixdə şəxsi istehlak məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 12300 manat məbləğində kredit götürdüyünü, bu zaman oğlu Cavabdeh2 ona zamin durduğunu, krediti evin təmiri üçün xərclədiyini, krediti götürən zaman Göynük kənd tam orta məktəbində müəllim işlədiyini və əmək haqqının 750 manat olduğunu, daha sonra dərs saatlarının vaxtı azaldıldığından əmək haqqının da azaldığını, krediti 8 ay ödədiyini, lakin daha sona gəlirləri azaldığı üçün krediti ödəyə bilmədiyini, Kapital Bankdan da kredit götürdüyünü və ora da aylıq 120 manat kredit ödədiyini, artıq 6 aydır ki, ödənişləri dayandırdığını, borcu etiraf etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında əsas borclunun atası olduğunu, kredit götürən zaman ona zamin durduğunu, özünün də müəllim kimi fəaliyyət göstərdiyini, krediti götürdükdən sonra məhkəmə qaydasında aliment müəyyən olunduğundan və özünün də əlavə olaraq krediti olduğundan öhdəliklərini icra edə bilmədiyini, iddiaya qarşı etirazının olmadığını və tam etiraf etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakları olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh1 05 may 2021-ci il tarixli, ******* nömrəli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi" haqqında müqaviləni bağlaması, həmin müqaviləyə əsasən 12300 (on iki min üç yüz) manat kreditin verilməsi barədə razılaşma əldə olunduğu, qeyd edilən məbləğdə kreditin "Borcalan"a ödənildiyi, öhdəliyin icrasının kreditor və digər Cavabdeh2 arasında bağlanmış eyni tarixli, 1040114/22580 nömrəli zaminlik müqaviləsi ilə rəsmiləşdirilən zaminlik üsulu ilə təmin olunduğu, lakin "Borcalan" Cavabdeh1 "Kreditor" qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi və bunun nəticəsində Cavabdeh1 və "Zamin" Cavabdeh2 "xxxx" ASC-ə borcunun yarandığı aydın olur. Yuxarıda qeyd olunanlar mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş 05 may 2021-ci il tarixli, ******* nömrəli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi" barədə olan müqavilənin təsdiq olunmuş surətindən müqavilənin bağlandığı; -iddia ərizəsinə əlavə olunmuş 05 may 2021-ci il tarixli X3 təsdiq olunmuş surətindən Cavabdeh1 hesabına 12,054.00 (on iki min əlli dörd) manat pul vəsaitinin ödənildiyi; -iddia ərizəsinə əlavə olunmuş 05 may 2021-ci il tarixli, 1040114/22580 nömrəli Zaminlik müqaviləsinin təsdiq olunmuş surətindən "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsinin bağlandığı; -iddia ərizəsinə əlavə olunmuş Cavabdeh1 xx.xx.2021-ci il tarixli ******* saylı "Kredit" müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixinə olan borcu barədə Maliyyə Arayışından və hesabdan çıxarışdan borcalanın 10670.76 (on min altı yüz yetmiş manat yetmiş altı qəpik) manat əsas, 855.37 (səkkiz yüz əlli beş manat otuz yeddi qəpik) manat faiz, cəmi 11526.13 (on bir min beş yüz iyirmi altı manat on üç qəpik) manat borcunun olduğu; -iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubundan (xəbərdarlıq) Borcalan və Zaminin gecikmiş borcu ödəmək barədə xəbərdar edildikləri, öhdəliyin icrası üçün onlara 5 (beş) iş günü müddət təyin edildiyi, lakin pretenziyanın nəticəsiz qaldığı, öhdəliyin tam şəkildə icra olunmadığı; -iddia ərizəsinə əlavə edilmiş qaimələrin surətindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlığın onlara təqdim olunduğu aydın olur. İş materiallarına əlavə olunmuş 05 may 2021-ci il tarixli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi haqqında müqavilədən belə məlum olur ki, tərəflər borc və zaminlik müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: -müqavilənin 1-ci maddəsinə əsasən, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2% xidmət üzrə birdəfəlik bank komissiyası tutulmaqla, əsas borc və faiz borcu annuitet hesablanmaqla 48 (qırx səkkiz) ay müddətinə, illik 20% (FİFD-21.16%) dərəcəsi ilə, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5% dəbbə pulu hesablanmaqla, 12300 (on iki min üç yüz) manat məbləğində kreditin Cavabdeh1 verilməsi barədə razılaşma əldə olunmuşdur; - müqavilənin 2.1.1-ci maddəsinə əsasən, kredit üzrə təminat kreditor və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi kimi rəsmiləşdirilən zaminlikdir. - müqavilənin 3.2-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər bu xidmət müqaviləsi və bu xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə xidmət müqavilələrinin standart şərtləri” ilə tənzimlənir. İddia ərizəsinə əlavə olunmuş “Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtləri”nin - 1.1-ci bəndinə əsasən kreditor “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsi”nə və onun ayrılmaz tərkib hissəsi kimi bu fəsildə qeyd edilmiş “Standart Şərtlər”ə uyğun olaraq, Borcalana (gələcəkdə Müştəri adlandırılacaq) şəxsi istehlak məqsədli, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlı və ya təminatsız müəyyən edilmiş məbləğdə kart və ya kartsız kredit verə və ya kredit xətti aça (ayıra) bilər. Kredit verildiyi halda, Müştəri aldığı krediti və kredit üzrə hesablanacaq faizləri, komissiya haqları və digər ödənişləri “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsi”ndə müəyyən edilmiş şərtlərlə və qaydada istifadə etməyi və Banka qaytarmağı öhdəsinə götürür. - 1.2-ci bəndinə görə kreditin növü, məbləği, valyutası, kreditin müddəti, təminat şərtləri (əgər olarsa), kreditdən istifadəyə görə illik faiz dərəcəsi, komissyon haqqı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsi”ndə qeyd olunur. - 2.3-cü bəndinə görə Bank tərəfindən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmazsa, kreditin verilməsi və geri qaytarılması Müştərinin Bankda açılmış bank hesabı vasitəsilə həyata keçirilir. Kredit məbləğinin Müştərinin hesabına mədaxil olunması tarixi kredit tranşının verilməsi günü hesab edilir. Kredit vəsaitindən istifadə müddətinin axımı Müştərinin hesabına pul vəsaitinin köçürüldüyü təqvim tarixindən başlayır. - 2.5-ci bəndinə görə müştəri bu müqavilənin ayrılmaz hissəsi olan, tərəflər arasında yazılı qaydada tərtib və təsdiq olunmuş ödəniş qrafiki əsasında ödənişləri həyata keçirir. - 2.9-ci bəndinə görə kredit üzrə faizlər Kreditin verildiyin gündən Kreditin tam qaytarılan günədək hesablanır. - 2.10-ci bəndinə görə kreditlər üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır; - 2.11-ci bəndinə görə ödənişlər kreditin verildiyi valyuta növündə və ya ödəniş anında Bankın məzənnəsinə uyğun olaraq Azərbaycan manatı vasitəsilə həyata keçirilir. - 2.12-ci bəndinə görə ödəniş sənədlərində göstərilən ödənişin təyinatından və məbləğindən asılı olmayaraq Müştərinin kredit üzrə borcunun ödənişi aşağıda göstərilən növbəliliklə həyata keçirilir:  2.12.1. Bankın hazırki Müqavilənin icrası ilə bağlı xərcləri;  2.12.2. Kreditin və ona və hesablanmış faizlərin ödənişinin vaxtında həyata keçirilməməsinə görə hesablanmış cərimə;  2.12.3. Kreditin istifadəsi üzrə gecikdirilmiş faizlər;  2.12.4. Kredit üzrə gecikdirilmiş əsas borc;  2.12.5. Kreditin istifadəsi üzrə hesablanmış faizlər;  2.12.6. Kredit üzrə əsas borc - 2.17-ci bəndinə görə müştəri bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda Bank bu Standart Şərtlərə və / və ya bu fəslin 1.1-ci bəndində qeyd edilən müvafiq Müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını Müştəridən vaxtından əvvəl tələb edə bilər:  2.17.1. Müştəri kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəli (qrafiki)” üzrə ödənişləri yerinə yetirmədikdə;  2.17.2. Müştəri tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə və s. - 2.18-ci bəndinə görə faktiki illik faiz dərəcəsinin hesablanması zamanı həcmi və ödəniş müddəti Müqavilənin bağlanma anına bəlli olan aşağıdakı ödənişlər nəzərə alınır:  2.18.1. Kreditin əsas məbləği üzrə ödənişlər;  2.18.2. Kredit üzrə faizlər;  2.18.3. Müqavilənin rəsmiləşdirilməsi üçün komisyon xərclər;  2.18.4. Kredit hesabının açılması və aparılması (xidmət olunması) ilə bağlı xərclər, o cümlədən kreditin nağdlaşdırılma xərcləri;  2.18.5. Təminatın (girovun) saxlanılması ilə bağlı xərclər (tətbiq olunduqda);  2.18.6. Müqavilədə əks olunmuş sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda və belə xidmətlər Bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə);  2.18.7. Hər bir fərdi kredit üzrə Bankın tətbiq etdiyi digər inzibati xərclər. - 3.2 və 3.2.1-ci bəndlərinə əsasən müştərinin vəzifələrinə tərəflər arasında yazılı formada tərtib olunmuş və bu Standart Şərtlərin və bu fəslin 1.1-ci bəndində qeyd edilən müvafiq Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş qaydada kredit üzrə ödənişləri Banka ödəməkdir. - 3.1-ci bəndinə görə bu «Xidmət Müqaviləsi» üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. - 4.1-ci bəndinə görə tərəflər bu «Xidmət Müqaviləsi»dən və bu «Xidmət Müqaviləsi» ilə əlaqədar yarana bilən mübahisələri danışıqlar yolu ilə həll edirlər. 4.2. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həllini tapmadıqda və ya tapılması mümkün olmadıqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə həll ediləcəkdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 1040114/22580 nömrəli Zaminlik müqaviləsinin isə mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1.1-ci maddəsindən "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixində bağlanmış kredit müqaviləsi əsasında "Borcalana" veriləcək 12300 (on iki min üç yüz) AZN məbləğində kreditlə əlaqədar olaraq "Borcalan" Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək "Zamin" "Borcalan" ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürür; - müqavilənin 2.3-cü maddəsindən aydın olur ki, müqavilə ilə təmin olunmuş öhdəliyin icrası müddətinin "Borcalanın" bank qarşısında xx.xx.2021-ci il tarixində bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirənədək davam edir; - müqavilənin 3.1-ci maddəsinə əsasən "Zamin" bank qarşısında "Borcalan"ın, xx.xx.2021-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır; - müqavilənin 5.1-ci maddəsindən isə "Borcalan" zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə "Zamin"in bank qarşısında bu müqavilənin 3-cü bəndində göstərilmiş məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öhdəsinə götürdüyü aydın olur. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 05 may 2021-ci il tarixdə bağlanılmış fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə, iddiaçı ilə digər Cavabdeh2 arasında isə 05 may 2021-ci il tarixli Zaminlik müqaviləsi ilə cavabdehlərlə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunub, etibarlı müqavilə münasibətləri qurulmuşdur. Cavabdehlər iddianın etirafı barədə yazılı ərizə verərək iddianı tam etiraf etmişlər. Məhkəmə cavabdehin iddianın etirafı barədə ərizəsinin mövcudluğunu nəzərə alaraq aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. MPM-in: - 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. - 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdədəifadəoluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdehlər tərəfindən iddianın etiraf edilməsinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən olunmadığından cavabdehin etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1- 52.3-cü maddələri). Həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı müqavilə tələbinə əməl olunaraq öhdəliyin icra olunması tələbi və icra olunmayacağı təqdirdə müqaviləyə vaxtından əvvəl xitam verilməklə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq bildirişi cavabdehə rəsmi qaydada verilmiş, mübahisənin məhkəmədən kənar qaydada qarşılıqlı anlaşma yolu ilə həllinə nail olunmamışdır. Standart şərtlərin müvafiq bəndinə görə müştəri kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini), bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəli (qrafiki)” üzrə ödənişləri yerinə yetirmədikdə Bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu öhdəliyini icra etməməklə bankın öhdəliyin vaxtından əvvəl icrasını tələb etməsi üçün hüquqi zəmin yaratmışdır. Göründüyü kimi bankın bu hüququ tərəflərin qarşılıqlı müəyyən etdiyi öhdəliyin şərtlərindən irəli gəlir. İddiaçının ərizəsini, ona əlavə edilmiş sənədləri və cavabdehlərin etirafını maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10670.76 (on min altı yüz yetmiş manat yetmiş altı qəpik) manat əsas, 855.37 (səkkiz yüz əlli beş manat otuz yeddi qəpik) manat faiz olmaqla, cəmi 11526.13 (on bir min beş yüz iyirmi altı manat on üç qəpik) manat borc müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 124.98 manat (yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 10670.76 manat (on min altı yüz yetmiş manat yetmiş altı qəpik) əsas, 855.37 manat (səkkiz yüz əlli beş manat otuz yeddi qəpik) faiz borcu olmaqla, cəmi 11526.13 manat (on bir min beş yüz iyirmi altı manat on üç qəpik) borc müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 124.98 manat ( yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar