Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-467/2022 13.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc 125.81 AZN (yüz iyirmi beş manat səksən bir qəpik), hesablanmış və ödənilməmiş faiz borcu üzrə 15.16 AZN (on beş manat on altı qəpik), cərimə borcu üzrə 7.84 AZN (yeddi manat səksən dörd qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5.00 AZN (beş manat ) olmaqla cəmi borc üzrə 155.81 AZN (yüz əlli beş manat səksən bir qəpik) məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx/xx/2012-ci ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə оlan bоrcu əsas borcu 125.81 AZN (yüz iyirmi beş manat səksən bir qəpik) hesablanmış və ödənilməmiş faiz borcu 15.16 AZN (on beş manat on altı qəpik), cərimə borcu 7.84 AZN (yeddi manat səksən dörd qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu 2.00 AZN (iki manat) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5.00 AZN ( beş manat) olmaqla cəmi borc 155.81 AZN (yüz əlli beş manat səksən bir qəpik) təşkil edir. xx/xx/2012-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh bankımıza sonuncu kredit ödənişləri xx.xx.2021-tarixində 20 manat və xx.xx.2021tarixində 34 manat məbləğlərində olmuşdur bu barədə kredit hesab çıxarışı iddia ərizəsinə qoşma olaraq əlavə edilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik" haqqında qarışıq müqavilə bağlaması, cavabdehin Bankın xidmətlərindən istifadə etməsi, üzərinə müqavilə üzrə öhdəliklər götürməsi aydın olur. Yuxarıda qeyd olunanlar mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik" haqqında qarışıq müqavilənin surətindən iş üzrə tərəflər arasında sözügedən müqavilənin bağlandığı və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklər götürməsi; -iddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışından Cavabdeh "X1" Azərbaycan QSC-yə əsas məbləğ üzrə 125.81 AZN, hesablanmış və ödənilməmiş faiz borcu 15.16 AZN, cərimə borcu 7.84 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5.00 AZN olmaqla cəmi 155.81 (bir yüz əlli beş səksən bir qəpik) AZN borcunun olması; -iddia ərizəsinə əlavə olunmuş bildiriş (pretenziya) məktubundan isə cavabdehə öhdəliyinin icrası tələbi irəli sürüldüyü aydın olur. Məhkəmə iş materiallarını, iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddiası əsaslıdır. Yuxarıda qeyd olunan sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh göndərilən məhkəmə sənədlərində iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olaraq qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik" haqqında qarışıq müqavilədən belə məlum olur ki, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: -müqavilənin 1.1-ci maddəsinə əsasən, bu müqavilənin predmetinə və s. dair şərtlər bank hesabı, debet kartı, kredit kartı və zaminliyə aid müqavilənin müvafiq hissələrindəki maddələr/müddəalarla tənzimlənir; -müqavilənin Bank hesabı üzrə müddəalar hissəsində qeyd olunmuş 2.1-ci bəndinə görə bu müqaviləyə əsasən Bank müştəriyə cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, Müştəri isə Bank tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(ları) ödəməyi öhdəsinə götürür. -müqavilənin 2.7.2.1-ci bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada pul vəsaitini bu müqavilənin şərtlərinə əsasən hesaba salmaq və hesabdan köçürmək (vermək) bankın vəzifəsidir. -müqavilənin 2.8.3-cü bəndinə görə Müştəri Bank qarşısında müəyyən edilmiş hər hansı bir öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın hesabındakı pul vəsaitini ona qarşı olan tələb miqdarında (məbləğində) sərəncamı olmadan borcu (öhdəlikləri) əvəzinə mübahisəsiz qaydada hesabından silmək hüququna malik olmasını qəbul, bəyan və təsdiq edir. -müqavilənin kredit kartı üzrə müddəalar hissəsində qeyd olunmuş 4.1-ci maddəsinə əsasən tərəflərin bu müqaviləni imzalaması Bank olduqda kredit kartını vermək vədini ifadə etmir və kart hesabı açmaq öhdəliyini yaratmır. Ancaq Bank bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kart sahibinin müraciət ərizəsində təqdim edilən və/və ya özünün aparacağı təhlili (qiymətləndirilməsi) nəticəsində əldə etdiyi məlumatlar əsasında kredit kartı verməyi (kredit xətti limiti açmağı) uyğun gördüyü təqdirdə, Kart sahibinə kart hesabı açaraq, kartı Kart sahibinə təhvil verir. -müqavilənin 4.2-ci maddəsinə əsasən istifadə limiti- Bankın kart hesabına, kart sahibi olduqda tanıdığı kart və gizli şifrələrindən (Pin kod) istifadə ediləcək xərclər, nağd pul vəsaitin əldə edilməsi,faiz, ödəniş, komissiya, bunların vergi, fond reallaşdırılması daxil olmaqla aşmaması lazım olan istifadə limitidir. -müqavilənin 4.14-cü maddəsinə əsasən Hesab çıxarışında (bildirişində) müəyyən olunacaq minimum məbləğ son ödəmə tarixinə qədər ödənilmədiyi təqdirdə bu müqavilənin şərtlərində müəyyən edilən gecikmə/cərimə faizini ödəyəcəyini və əks təqdirdə Bankın xəbərdarlığı ilə bütün borcun ödənilməsinin zəruri hala gələcəyini kart sahibi qəbul, bəyan və təsdiq edir. -müqavilənin 4.19-cu maddəsinə əsasən bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada qaytarılmamasına görə Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı Bankın çəkəcəyi hər cür xərclərinin Banka ödənilməsini qəbul, bəyan və təsdiq edir. - 4.20.2-ci maddəsinə əsasən kart sahibinin istifadə etmiş olduğu vəsaiti və vəsait üzrə faziləri, komisyon və digər nəzərdə tutulmuş ödənişləri vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılmasını tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla borcun qaytarılması olduqda qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək kimi Bankın hüququ vardır. -müqavilənin 4.21.3-cü maddəsinə görə kart sahibi kredit kartından istifadə nəticəsində yaranmış borcunu və/və ya borc üzrə faizləri, komisyon və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq), bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı Bankın çəkdiyi/çəkməli olduğu bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydanı Banka ödəmək vəzifəsi daşıyır. -müqavilənin 4.22-ci maddəsinə əsasən kart sahibi bu müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, Bu isə kartdan istifadə nəticəsində yaranmış borcun qaytarılması üçün təhlükə yaradarsa Bank kartın fəaliyyətini dayandırmaqla kart üzrə yaranmış bütün borcun (hesablanmış faizlərin, komisyonların və s) dərhal qaytarılmasını tələb edə bilər, tələbləri yerinə yetirilmədikdə isə borcun qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirə, o cümlədən məhkəməyə müraciət edə bilər. -müqavilənin 4.23-cü maddəsinə görə tərəflər mübahisəni öz aralarında həll edə bilmədikdə mübahisəyə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsində baxılacaqdır. -müqavilənin 4.26-cı maddəsinə görə bu müqaviləyə əsasən Bank 5 il müddətinə 1000 manat məbləğində kart sahibinə kredit limitini (kredit xətti) açır. Kart sahibi isə həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Banka qaytarmağı öhdəsinə götürür. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, “X1 Azərbaycan" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin mühüm şərtləri barədə tərəflər arasında tələb olunan formada razılıq əldə olunub. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini icra etməməsi hesab bildirişləri ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.14-cü maddəsinə əsasən hesab çıxarışında (bildirişində) müəyyən olunacaq minimum məbləğ son ödəmə tarixinə qədər ödənilmədiyi təqdirdə bu müqavilənin şərtlərində müəyyən edilən gecikmə/cərimə faizini ödəyəcəyini və əks təqdirdə Bankın xəbərdarlığı ilə bütün borcun ödənilməsinin zəruri hala gələcəyini borcalan qəbul, bəyan və təsdiq etmişdir. Beləliklə cərimə tələbi də əsaslıdır və əsas borca mütənasib olduğundan cərimə məbləğinin azaldılması üçün əsaslar yoxdur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 115.0 və 115.0.9-ci maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar olan məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə Cavabdeh 125.81 manat (yüz iyirmi beş manat səksən bir qəpik) əsas borc, 15.16 manat (on beş manat on altı qəpik) faiz borcu, 7.84 manat (yeddi manat səksən dörd qəpik) cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 (iki) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5 (beş) manat olmaqla cəmi 155.81 manat (bir yüz əlli beş manat səksən bir qəpik) borc tutularaq "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Cavabdeh 125.81 manat (bir yüz iyirmi beş manat səksən bir qəpik) əsas borc, 15.16 manat (on beş manat on altı qəpik) faiz borcu, 7.84 manat (yeddi manat səksən dörd qəpik) cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 (iki) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5 (beş) manat olmaqla, cəmi 155.81 manat (bir yüz əlli beş manat səksən bir qəpik) borc tutularaq "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-467/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-467/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver