Məhkəmə qərarları › İş №e-2(079)-471/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-471/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-471/2022 02.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə məhkəmə iclasından kənar tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, 301219-1- 34378 saylı “Nağd pul krediti müqaviləsi” nə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 1.392,04 (bir min üç yüz doxsan iki manat dörd qəpik) AZN manat məbləğində əsas borc, 75.86 (yetmiş beş manat səksən altı qəpik) AZN manat məbləğində faiz borcu, 59.45 (əlli doqquz manat qırx beş qəpik) manat AZN məbləğində cərimə borcu, ümumilikdə isə 1.527,35 (bir min beş yüz iyirmi yeddi manat otuz beş qəpik) AZN manat və 11 avqust 2020-ci il tarixli, 301219-1-34379 saylı “Kredit xətti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 1.999,35 (bir min doqquz yüz doxsan doqquz manat otuz beş qəpik) AZN manat məbləğində əsas borc, 210.08 (iki yüz on manat səkkiz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 2.209,43 (iki min iki yüz doqquz manat qırx üç qəpik) AZN məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 57,37 (əlli yeddi manat otuz yeddi qəpik) AZN manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, 301219-1-34378 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən istehlak məqsədilə illik 22% (iyirmi iki) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 2.000 (iki min manat) AZN manat məbləğində kredit verilmişdir. Eyni zamanda, Bank ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, 301219-1-34379 saylı “Kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədi ilə istifadə edilmiş məbləğə illik 28 (iyirmi səkkiz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 2.000 (iki min manat) AZN manat məbləğində kredit xətti açılmışdır. Lakin borclu şəxs Cavabdeh 11 avqust 2020-ci il tarixli, 301219-1-34378 saylı “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1.392,04 (bir min üç yüz doxsan iki manat dörd qəpik) AZN manat məbləğində əsas borc, 75.86 (yetmiş beş manat səksən altı qəpik) AZN manat məbləğində faiz borcu, 59.45 (əlli doqquz manat qırx beş qəpik) manat AZN məbləğində cərimə borcu, ümumilikdə isə 1.527,35 (bir min beş yüz iyirmi yeddi manat otuz beş qəpik) AZN manat məbləğində borcu qalmışdır. 11 avqust 2020-ci il tarixli, 301219-1-34379 saylı “Kredit xətti müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1.999,35 (bir min doqquz yüz doxsan doqquz manat otuz beş qəpik) AZN manat məbləğində əsas borc, 210.08 (iki yüz on manat səkkiz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 2.209,43 (iki min iki yüz doqquz manat qırx üç qəpik) AZN manat məbləğində borcu qalmışdır. Cavabdeh11 avqust 2020-ci il tarixli, 301219-1-34378 saylı “Nağd pul krediti müqaviləsi” üzrə yaranmış borcu barədə xx.xx.2022-ci il tarixli, 5841 P saylı pretenziya məktubu göndərilmişdir. Eyni zamanda, 11 avqust 2020-ci il tarixli, 301219-1-34379 saylı “Kredit xətti müqaviləsi” üzrə yaranmış borcu barədə xx.xx.2022-ci il tarixli, 5967 P saylı pretenziya məktubu göndərilmişdir. 11 avqust 2020-ci il tarixli, 301219-1-34378 saylı “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixli kassa məxaricə əsasən xx.xx.2020-ci il tarixində 1.960 (bir min doqquz yüz altmış manat) AZN manat verilmişdir. 11 avqust 2020-ci il tarixli, 301219-1-34378 saylı “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən xx.xx.2020-ci il tarixində 1.960 (bir min doqquz yüz altmış manat) AZN manat verilmişdir. xx.xx.2022-ci il tarixli maps arayışına əsasən Novruzov X1 MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatdadır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdehə hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdeh X2 ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Sözügedən halları nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 301219-1-34378 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 2-ci bəndinə əsasən müqavilənin predmetini 2000 manat (iki min) kreditin istehlak məqsədilə 48 ay müddətinə illik 22% dərəcəsi ilə borcalana verilməsi təşkil edir; - müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə görə “Bank” “Kredit alan”a müqavilənin 2-ci bəndində göstərilən məbləğdə və müddətdə kredit verməyi, “Kredit alan” isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a müqavilənin 2-ci bəndində göstərilən illik faiz ödəməyi öhdəsinə götürür; - müqavilənin 2.9-cu bəndinə görə kredit bu müqavilə ilə müəyyən olunan şərtlər “Kredit alan” tərəfindən icra edildikdən sonra “Bank” tərəfindən “Kredit alan”ın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. - müqavilənin 2.10-ci bəndinə görə ödəniş cədvəlində və pul öhdəliyinin vaxtndan əvvəl icrasına dair bu müqavilə ilə müəyyən olunan pretenziyada müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır və gecikdirilmiş kredit hesabında əks etdirilir. - müqavilənin 4.1-ci bəndinə görə kredit müddətinin axımı kredit “kredit alan”ın cari hesabına köçürüldüyü təqvim tarixindən başlanır və müddətin sonuncu günü bitir. - müqavilənin 5.4.3-cü bəndinə görə kredit alan bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmağı və faizlər ödəməyi öhdəsinə götürür. - müqavilənin 5.4.6-cı bəndinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn dəbbə pulunu və zərərin əvəzini bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə banka ödəməyi öhdəsinə götürür. - müqavilənin 6.1 və 6.1.3-cü bəndinə görə kredit alan tərəfindən ödəniş cədvəli ilə müəyyən olunan müddətlər 2 (iki) aydan artıq müddətə gecikdirildikdə habelə ardıcıl olaraq 2 (dəfə) pozulduqda və s hallarda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. - müqavilənin 6.2-ci bəndinə görə bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və bankın digər tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. - müqavilənin 7.1-ci bəndinə görə müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdliklərin banka tam icra olunduğu andan qüvvədən düşür. - müqavilənin 7.1-ci bəndinə görə bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. - müqavilənin 7.2-ci bəndinə görə bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. - müqavilənin 9.3-cü bəndinə görə kredit alan cərimədən başqa vurulmuş zərərin əvəzini banka tam həcmdə ödəməlidir və bu kredit alanı müqavilə üzrə əsas öhdəliklərin icrasından azad etmir. - müqavilənin 9.4-cü bəndinə görə bu müqavilə ilə müəyyən olunan cərimə, habelə zərərin əvəzi müqavilənin 6.2 və 6.3-cü bəndləri ilə müəyyən edilən qaydada ödənilməldir. - müqavilənin 13.1-ci bəndinə görə bu müqavilə ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. Həmçinin iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 301219-1-34379 nömrəli kredit xətti müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin müvafiq bəndlərinə əsasən: - bank kredit alana bank hesabının açılması və 2000 manat məbləğində bərpa olunan kredit xəttinin təqdim olunması üzrə öhdəliklər götürür. Kredit alan isə öz növbəsində həmin kredit xətti üzrə vəsaitlərin hazırki müqavilədə nəzərdə tutulmuş şərtlər və müddət ərzində qaytarılmasını, həmçinin hazırki müqavilə ilə nəzərdə tutulan şərtlər və müddət ərzində qaytarılmasını, həmçinin hazırki müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə 28% ödənilməsi üzrə öhdəlik götürür. - Kredit xətti 11 avqust 2020-ci il tarixdən 11 avqust 2023-cü il tarixinə kimi açılır. - Kredit istehlak məqsədləri üçün verilir. - Kredit istehlak üçün verilir. - Kredit xətti kredit alan tərəfindən hazırki müqavilədə nəzərdə tutulan şərtlər yerinə yetirildikdən sonra açılır. Kredit xəttinin uçotu kredit alan müvafiq hesabında aparılır. - Kredit xəttinin müddəti kredit alanın bərpa olunan kredit xəttinin açılması tarixindən hesablanır və kredit xəttinin müddətinin son günü başa çatır. - Bankın hazırki müqavilə ilə nəzərdə tutulmuş halda və qaydada müqaviləni ləğv etmək və hazırki müqavilə üzrə açılan kredit xətti üzrə borcu, kredit xətti üzrə hesablanmış faizləri, cərimələri və digər xərcləri dərhal ödəməyi tələb etmək, krediti və kredit xəttini bağlamaq hüququ vardır; - Kreditin problemli kreditə çevrilməsi ilə bağlı gümanlar yarandıqda bank müqavilə üzrə borc öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini tələb edə bilər. - Müqavilə imzalandıqdan sonra qüvvəyə minir və kredit alan tərəfindən bütün borcun ödənilməsi anına və kredit xətti müqaviləsinin müddətinin başa çatması anına qədər etibarlıdır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, kredit müqaviləsi üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, ********* nömrəli kassa məxaric orderindən belə məlum olur ki, xx.xx.2020-ci il tarixdə borc alanın hesabına bank tərəfindən 1960 (bir min doqquz yüz altmış) manat kredit məbləği köçürülmüşdür. Beləliklə iddiaçının kredit müqaviləsi üzrə cavabdeh qarşısında əsas öhdəliyini lazımınca icra etməsi təsdiqini tapır. Kredit müqaviləsinə əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" (Azərbaycan) ASC qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 63.03 manat (altmış üç manat üç qəpik) məbləğində, sonuncu ay isə 62.91 manat (altmış doqquz manat doxsan bir qəpik) ödənişi həyata keçirməkdir. Həmçinin cavabdehin xx.xx.2020-ci il tarixli, 301219-1-34379 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kredit hesabından çıxarışdan kredit xətti müqaviləsi üzrə kredit limitinin cavabdeh tərəfindən istifadə edildiyi və öhdəliyin lazımi qaydada icra edilmədiyi məlum olur. Cavabdeh isə müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının hər iki müqavilə üzrə cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin 11 avqust 2020-ci il tarixli, 301219-1- 34378 saylı “Nağd pul krediti müqaviləsi” üzrə cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə görə bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. Müqavilənin 9.4-cü bəndinə görə bu müqavilə ilə müəyyən olunan cərimə, habelə zərərin əvəzi müqavilənin 6.2 və 6.3cü bəndləri ilə müəyyən edilən qaydada ödənilməldir. Müqavilənin 6.2-ci bəndinə görə bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və bankın digər tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Belə ki, iddiaçı müqavilədən irəli gələn həm əsas və faiz borcuna, həm də cərimə borcuna münasibətdə mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı öhdəliyini yerinə yetirmiş, lakin bunun nəticəsi olmamışdır. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas borca mütənasibdir və azaldılması üçün əsaslar mövcud deyildir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh xx.xx.2020-ci il tarixli “Nağd pul krediti müqavilə”si üzrə xx.xx.2022-ci il tarixə olan borcu barədə Maliyyə Arayışından cavabdehin iddiaçı təşkilata 1.392,04 (bir min üç yüz doxsan iki manat dörd qəpik) AZN manat məbləğində əsas borc, 75.86 (yetmiş beş manat səksən altı qəpik) AZN manat məbləğində faiz borcu, 59.45 (əlli doqquz manat qırx beş qəpik) manat AZN məbləğində cərimə borcunun olduğu, kredit kartı müqaviləsi üzrə borcu barədə Maliyyə Arayışından isə cavabdehin iddiaçı təşkilata 1.999,35 (bir min doqquz yüz doxsan doqquz manat otuz beş qəpik) AZN manat məbləğində əsas borc, 210.08 (iki yüz on manat səkkiz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 2.209,43 (iki min iki yüz doqquz manat qırx üç qəpik) AZN məbləğində borcunun qaldığı aydın olur.İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarış və müvafiq maliyyə arayışını mötəbər sübut olaraq nəzərə alan məhkəmə sözügedən sübutları borcun miqdarına münasibətdə iddia tələbinin əsaslılığı nəticəsinə gəlmək üçün kifayət hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 11 avqust 2020-ci il tarixli, 301219-1- 34378 saylı “Nağd pul krediti müqaviləsi” nə əsasən 1.392,04 manat (bir min üç yüz doxsan iki manat dörd qəpik) məbləğində əsas borc, 75.86 manat (yetmiş beş manat səksən altı qəpik) məbləğində faiz borcu, 59.45 manat (əlli doqquz manat qırx beş qəpik) məbləğində cərimə borcu, 11 avqust 2020-ci il tarixli, 301219-1-34379 saylı “Kredit xətti müqaviləsi”nə əsasən 1.999,35 manat (bir min doqquz yüz doxsan doqquz manat otuz beş qəpik) məbləğində əsas borc, 210.08 manat (iki yüz on manat səkkiz qəpik) məbləğində faiz borcu olmaqla, ümumilikdə 3736.78 manat (üç min yeddi yüz otuz altı manat, yetmiş səkkiz qəpik) məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 57,37 manat (əlli yeddi manat otuz yeddi qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 11 avqust 2020-ci il tarixli, 301219-1- 34378 saylı “Nağd pul krediti müqaviləsi” nə əsasən 1.392,04 manat (bir min üç yüz doxsan iki manat dörd qəpik) məbləğində əsas borc, 75.86 manat (yetmiş beş manat səksən altı qəpik) məbləğində faiz borcu, 59.45 manat (əlli doqquz manat qırx beş qəpik) məbləğində cərimə borcu, 11 avqust 2020-ci il tarixli, 301219-1-34379 saylı “Kredit xətti müqaviləsi”nə əsasən 1.999,35 manat (bir min doqquz yüz doxsan doqquz manat otuz beş qəpik) məbləğində əsas borc, 210.08 manat (iki yüz on manat səkkiz qəpik) məbləğində faiz borcu olmaqla, ümumilikdə 3736.78 manat (üç min yeddi yüz otuz altı manat, yetmiş səkkiz qəpik) məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 57,37 manat (əlli yeddi manat otuz yeddi qəpik) miqdarında dövlət rüsumu alınaraq "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar