Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-498/2022 11.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 30 sentyabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi, Cavabdeh İddiaçı QSCnin xeyrinə 4233.29 manat məbləğində kredit bоrcu, 272.65 manat məbləğində faiz bоrcu və 266.19 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4772 (dörd min yeddi yüz yetmiş iki) manat 13 (on üç) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 67.72 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 36 ay müddətinə, aylıq 1.8333% olmaqla, 8000 (səkkiz min) manat kredit verilmişdir (xx.xx.2020-ci il tarixli ərizənin, ödəniş planının, kreditin verilməsini təsdiq edən qəbzin əsli iddia ərizəsinə əlavə edilir). O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün xx.xx.2022-ci il tarixdən kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin (bundan sonra - Müqavilə) ümumi şərtlərinin 7.1-ci bəndinə əsasən kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur. Cavabdeh götürdüyü kredit bоrcundan 3766.71 manat ödəniş etmiş və оnun iddiaçıya 4233.29 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 114 gün üçün hesablanmış faiz borcu 272.65 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 114 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 266.19 manat təşkil edir (Maliyyə arayışının və hesabdan çıxarışın əsli iddia ərizəsinə əlavə edilir). Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir (Xəbərdarlıq məktubunun və xəbərnamənin surəti iddia ərizəsinə əlavə edilir). Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Belə ki, cavabdehə mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehə ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi, nümayəndəlik tərəfindən məhkəmə sənədlərinin cavabdehin yaxın qohumuna təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 05 noyabr 2022-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə cavabdeh tərəfindən ödəniş edildiyindən yeni maliyyə arayışı təqdim edildiyini, iddiaya cavabdehlə bağlanmış müqavilənin (ərizə) ləğv edilməsi, Cavabdeh iddiaçının xeyrinə 4039.83 manat məbləğində kredit borcu, 286.04 manat məbləğində faiz borcu və 280.81 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 4606.68 manat məbləğində borcun və 67.72 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə tərəfindən işə iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla baxılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, “Tariflər və Valyuta məzənnəsi” ilə tanış olduğunu və onları qəbul etdiyini, hazırki ərizəni imzalamaqla bankdan kreditin verilməsini və həmin kredit üzrə öhdəliklərinin icrasının təminatı üçün bankda olan əmanətlərinin girov kimi qəbul edilməsini xahiş etmişdir. Minimum 28%, maksimum FİFD-in isə 35.30% olmaqla, 30000 manat məbləğində istehlak krediti limitinin 48 ay müddətinə açılması barədə razılaşmışlar. İlk kredit sifarişi isə 8000 manat məbləğində 36 ay müddətinə 22% dərəcəsi, 22.74% faktiki illik faiz dərəcəsi ilə ödəniş tarixi xx.xx.2020-ci il tarixinə olmaqla edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin” müvafiq maddələrinə əsasən: - Ayrı-ayrı bank xidmətlərini almaq üçün müştəri müvafiq ərizəni banka təqdim etməlidir; - Müştərinin bank xidmətlərindən istifadə hüququ ərizənin akseptini aldığı andan, yəni müqaviləni bağladığı andan yaranır; - Müştəri ərizəni kağız daşıyıcıda Bankda şəxsən imzalamaqla Banka təqdim edə bilər. - Ərizənin bankın səlahiyyətli nümayəndəsinin imzası, Bankın möhürü ilə təsdiqlənməsi və müştəriyə təqdim edilməsi Bankın aksepti hesab edilir. - Müqavilə bağlandığı andan Ümumi Şərtlər və Tariflər, o cümlədən ona əlavə və dəyişikliklər müqavilənin tərkib hissəsinə çevrilir. - Kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur. - Müştəri nağd kredit barədə müqavilə üzrə ərizəni Banka təqdim etməklə ilk kredit sifarişini verir. - Ümumi şərtlərin 7.4 və 7.5-ci bəndləri nəzərə alınmaqla kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur. - Müştəri nağd kredit barədə müqavilə üzrə ərizəni banka təqdim etməklə ilk kredit sifarişini verir. - Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix Nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. - Müştəri krediti ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürür. - Müştəri krediti və kredit faizini kredit verildikdən sonra hər 30 təqvim günündə bir dəfə olmaqla ərizədə razılaşdırılmış cari hesab vasitəsilə banka qaytarmağı öhdəsinə götürür. - Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. - Müştəridən daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, kredit faizi və nəhayət kreditin qalıq məbləği silinir. - Müştəri kredit və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəyir. - Müştəri kredit və faizini bu şərtlərə və müvafiq ərizəyə uyğun olaraq qaytara bilmədikdə bank müqaviləni vaxtından əvvəl ləğv edə və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb edə bilər. - Müqavilədən irəli gələn mübahisələr qanunvericilik əsasında məhkəmə qaydasında həll edilir. - Müqavilənin ləğv edilməsi tərəfləri həmin müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə şərtlərinin pozulmasına və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyətdən azad etmir. Məhkəmə iddiaçının cavabdehdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4039.83 manat məbləğində əsas borc, 286.04 manat məbləğində faiz borcu və 280.81 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4606.68 manat məbləğində borcun tutulması və kredit müqaviləsinin ləğvi ilə bağlı işin mübahisəli halını nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinin qanuni əsasını təşkil edən borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 18 sentyabr 2020-ci il tarixli kassa məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 8000 manat (səkkiz min) pulun Cavabdeh verildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında əsas öhdəliyi 36 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 308 manat, sonuncu ay isə 313 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və borcun qaytarılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Cavabdehin bankda olan xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan hesabından çıxarışdan iddiaçının tələbinin əsaslı olduğu təsdiqini tapır. Maliyyə arayışından belə məlum olur ki, cavabdehin iddiaçı təşkilata 4039.83 manat məbləğində əsas, 286.04 manat məbləğində faiz borcu və 280.81 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4606.68 manat məbləğində borcu vardır. Mülki iş materiallarını bir-birilə əlaqəli şəkildə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, müqavilə üzrə hesabdan çıxarış borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilib nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər aralarında olan razılaşma ilə müştəri kredit və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəyəcəyi barədə razılaşmışlar. Belə olan halda iddiaçının cərimə tələbinin də əsaslı olduğu müəyyən olunur. Həmçinin məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas borcun məbləğinə mütənasibdir və azaldılması üçün əsas yoxdur. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğvi tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, müqavilənin ləğv edilməsi məsələləri Mülki Məcəllənin 421-424cü maddələri ilə tənzimlənir. Mülki məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (423.2-ci maddə). İddia ərizəsinə əlavə olunmuş 14 sentyabr 2022-ci il tarixli iddiaçının cavabdehə rəsmi qaydada təqdim olunmuş xəbərdarlıq məktubunda gecikdirilmiş ödənişin banka qaytarılmadığı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər. Maddələrin məzmunundan bəlli olur ki, müqavilənin ləğv edilməsi yalnız müqavilə qüvvədə olduqda, yəni müqavilədə müəyyən edilmiş onun qüvvədə olma müddəti başa çatmadıqda, habelə tərəflərin razılaşması ilə və ya məhkəmənin qərarı ilə vaxtından əvvəl ləğv olunmadıqda mümkündür. Tərəflər arasında kredit müqaviləsi 18 sentyabr 2020-cu il tarixdə 36 ay müddətinə bağlanmışdır. Mülki məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2). Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ödəniş qrafikinə uyğun vaxtında ödənişlər edilməməklə kredit müqaviləsi əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə olan halda tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti-nin xeyrinə 4039.83 manat (dörd min otuz doqquz manat səksən üç qəpik) əsas borc, 286.04 manat (iki yüz səksən altı manat dörd qəpik) faiz borcu və 280.81 manat (iki yüz səksən manat səksən bir qəpik) məbləğində cərimə borcu olmaqla cəmi 4606.68 manat (dörd min altı yüz altı manat altmış səkkiz qəpik) məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla təmin edilmiş hissəsinə uyğun olaraq 65.36 manat (altmış beş manat otuz altı qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi ləğv edilsin. 4039.83 manat (dörd min otuz doqquz manat səksən üç qəpik) əsas borc, 286.04 manat (iki yüz səksən altı manat dörd qəpik) faiz borcu və 280.81 manat (iki yüz səksən manat səksən bir qəpik) məbləğində cərimə borcu olmaqla, cəmi 4606.68 manat (dörd min altı yüz altı manat altmış səkkiz qəpik) məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 65.36 manat (altmış beş manat otuz altı qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-498/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-498/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver