Məhkəmə qərarları › İş №e-2(079)-5/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-5/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-5/2025 08.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14 iyun 2024-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək X2 vərəsəsi Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə nağd kredit üzrə 4100.22 (dörd min bir yüz manat, iyirmi iki qəpik) manat əsas və X2 vəfat etdiyi tarixə qədər hesablanmış 0.02 (iki qəpik) manat faiz borcu olmaqla, cəmi 4100.24 (dörd min bir yüz manat, iyirmi dörd qəpik) manat borc, iddia qaldırmaq üçün ödənilmiş 61.01 (altmış bir manat, bir qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC-nin Naxçıvan filialı ilə X4 arasında bağlanmış BPM**********47 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən X3 illik 27 faizlə 60 ay müddətinə 10000 AZN məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh1 arasında BPM**********47 nömrəli xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. 084518 saylı əsasən X4 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Babək rayon notariat ofisi tərəfindən təqdim edilmiş 9 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DƏDRX tərəfindən xx.xx.2007 tarixdə X3 verilmiş **********77 reyestr nömrəli, 3096 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Naxçıvan MR, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1152.72 kv/m olan torpaq sahəsindən ibarətdir. Bankın Naxçıvan filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehlərin xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 4100.22 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 0.02 manat faiz borcu olmaqla, cəmi 4100.24 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 61.01 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-5551/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə məhkəməyə Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinin həcminin azadılması barədə ərizə ilə müraciət edərək Babək Rayon Məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbi ilə iddia qaldırdığını, məhkəmə prosesi zamanı cavabdehlər tərəfindən qalıq borcdan ödənişlər edildiyini və tələblərində dəqiqləşdirmələr apararaq iddia tələbinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 2400.22 manat olmaqla, cəmi 2400.22 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 61.01 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması həddində baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçinin iddia tələbinin həcminin azaldılması barədə ərizəsi təmin olunmuş, mülki işə ərizədə qeyd olunmuş tələb həddində baxılması qərara alınmışdır. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası keçirilərək, mülki iş məhkəmədə baxılmağa təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmənin icraatında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsinin olduğunu, həmin mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını, AR Mülki Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən Naxçıvan MR Babək Rayon Məhkəməsinə ödənilmiş 61.01 AZN məbləğində dövlət rüsumunun və 0.40 AZN məbləğində xidmət haqqının geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehlərin işə mahiyyəti üzrə baxılmasını tələb etməsi ilə bağlı xahişinin olmamasını və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah edilir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. MPM-in 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi X8 Portalı vasitəsi ilə 30 may 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 61.01 (altmış bir manat, bir qəpik) manat miqdarında dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin AZ03NABZ******************** nömrəli müxbir hesabına geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi X8 Portalı vasitəsi ilə 30 may 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 61.01 (altmış bir manat, bir qəpik) manat miqdarında dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin AZ03NABZ******************** nömrəli müxbir hesabına geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar