Məhkəmə qərarları › İş №e-2(079)-514/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-514/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-514/2022 15.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4487.25 (dörd min dörd yüz səksən yeddi manat iyirmi beş qəpik) manat əsas, 49.17 (qırx doqquz manat on yeddi qəpik) manat faiz, cəmi 4536.42 (dörd min beş yüz otuz altı manat qırx iki qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 65.77 (altmış beş manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 4487.25 (dörd min dörd yüz səksən yeddi manat iyirmi beş qəpik) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 4487.25 (dörd min dörd yüz səksən yeddi manat iyirmi beş qəpik) manat, faiz borcu 49.17 (qırx doqquz manat on yeddi qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, xx.xx.2020-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdeh, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yеrinə yеtirmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 4536.42 (dörd min beş yüz otuz altı manat 42 qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdehə ərizə və iddia tələbinə dair etirazları olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi barədə rəsmi qaydada məlumat verilmişdir. Sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutan məhkəmə iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh 06 mart 2020-ci il tarixli, ******* nömrəli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi" haqqında müqaviləni bağlaması, həmin müqaviləyə əsasən 5000 (beş min) manat kreditin verilməsi barədə razılaşma əldə olunduğu və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı müqavilə tələbinə əməl olunduğu aydın olur. Yuxarıda qeyd olunanlar mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş 06 mart 2020-ci il tarixli, ******* nömrəli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi" barədə müqavilədən müqavilənin bağlandığı; -iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan (xəbərdarlıq) Borcalanın gecikmiş borcu ödəmək barədə xəbərdar edildiyi, öhdəliyin icrası üçün ona 5 (beş) iş günü müddət təyin edildiyi, lakin pretenziyanın nəticəsiz qaldığı; -iddia ərizəsinə əlavə edilmiş qaimənin surətindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlığın ona təqdim olunduğu aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş 06 mart 2020-ci il tarixli, ******* nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi haqqında müqavilədən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: -müqavilənin 1-ci maddəsinə əsasən, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1% xidmət üzrə birdəfəlik bank komissiyası tutulmaqla, əsas borc və faiz borcu annuitet hesablanmaqla 24 (iyirmi dörd) ay müddətinə, illik 18% (FİFD-19.04%) dərəcəsi ilə, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5% dəbbə pulu hesablanmaqla, 5000 (beş min) manat məbləğində kreditin Cavabdeh verilməsi barədə razılaşma əldə olunmuşdur; - müqavilənin 3.2-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər bu xidmət müqaviləsi və bu xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə xidmət müqavilələrinin standart şərtləri” ilə tənzimlənir. İddia ərizəsinə əlavə olunmuş “Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtləri”nin - 1.1-ci bəndinə əsasən kreditor “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsi”nə və onun ayrılmaz tərkib hissəsi kimi bu fəsildə qeyd edilmiş “Standart Şərtlər”ə uyğun olaraq, Borcalana (gələcəkdə Müştəri adlandırılacaq) şəxsi istehlak məqsədli, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlı və ya təminatsız müəyyən edilmiş məbləğdə kart və ya kartsız kredit verə və ya kredit xətti aça (ayıra) bilər. Kredit verildiyi halda, Müştəri aldığı krediti və kredit üzrə hesablanacaq faizləri, komissiya haqları və digər ödənişləri “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsi”ndə müəyyən edilmiş şərtlərlə və qaydada istifadə etməyi və Banka qaytarmağı öhdəsinə götürür. - 1.2-ci bəndinə görə kreditin növü, məbləği, valyutası, kreditin müddəti, təminat şərtləri (əgər olarsa), kreditdən istifadəyə görə illik faiz dərəcəsi, komissyon haqqı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsi”ndə qeyd olunur. - 2.3-cü bəndinə görə Bank tərəfindən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmazsa, kreditin verilməsi və geri qaytarılması Müştərinin Bankda açılmış bank hesabı vasitəsilə həyata keçirilir. Kredit məbləğinin Müştərinin hesabına mədaxil olunması tarixi kredit tranşının verilməsi günü hesab edilir. Kredit vəsaitindən istifadə müddətinin axımı Müştərinin hesabına pul vəsaitinin köçürüldüyü təqvim tarixindən başlayır. - 2.5-ci bəndinə görə müştəri bu müqavilənin ayrılmaz hissəsi olan, tərəflər arasında yazılı qaydada tərtib və təsdiq olunmuş ödəniş qrafiki əsasında ödənişləri həyata keçirir. - 2.9-ci bəndinə görə kredit üzrə faizlər Kreditin verildiyin gündən Kreditin tam qaytarılan günədək hesablanır. - 2.10-ci bəndinə görə kreditlər üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır; - 2.11-ci bəndinə görə ödənişlər kreditin verildiyi valyuta növündə və ya ödəniş anında Bankın məzənnəsinə uyğun olaraq Azərbaycan manatı vasitəsilə həyata keçirilir. - 2.12-ci bəndinə görə ödəniş sənədlərində göstərilən ödənişin təyinatından və məbləğindən asılı olmayaraq Müştərinin kredit üzrə borcunun ödənişi aşağıda göstərilən növbəliliklə həyata keçirilir:  2.12.1. Bankın hazırki Müqavilənin icrası ilə bağlı xərcləri;  2.12.2. Kreditin və ona və hesablanmış faizlərin ödənişinin vaxtında həyata keçirilməməsinə görə hesablanmış cərimə;  2.12.3. Kreditin istifadəsi üzrə gecikdirilmiş faizlər;  2.12.4. Kredit üzrə gecikdirilmiş əsas borc;  2.12.5. Kreditin istifadəsi üzrə hesablanmış faizlər;  2.12.6. Kredit üzrə əsas borc - 2.17-ci bəndinə görə müştəri bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda Bank bu Standart Şərtlərə və / və ya bu fəslin 1.1-ci bəndində qeyd edilən müvafiq Müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını Müştəridən vaxtından əvvəl tələb edə bilər:  2.17.1. Müştəri kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəli (qrafiki)” üzrə ödənişləri yerinə yetirmədikdə;  2.17.2. Müştəri tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə və s. - 2.18-ci bəndinə görə faktiki illik faiz dərəcəsinin hesablanması zamanı həcmi və ödəniş müddəti Müqavilənin bağlanma anına bəlli olan aşağıdakı ödənişlər nəzərə alınır:  2.18.1. Kreditin əsas məbləği üzrə ödənişlər;  2.18.2. Kredit üzrə faizlər;  2.18.3. Müqavilənin rəsmiləşdirilməsi üçün komisyon xərclər;  2.18.4. Kredit hesabının açılması və aparılması (xidmət olunması) ilə bağlı xərclər, o cümlədən kreditin nağdlaşdırılma xərcləri;  2.18.5. Təminatın (girovun) saxlanılması ilə bağlı xərclər (tətbiq olunduqda);  2.18.6. Müqavilədə əks olunmuş sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda və belə xidmətlər Bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə);  2.18.7. Hər bir fərdi kredit üzrə Bankın tətbiq etdiyi digər inzibati xərclər. - 3.2 və 3.2.1-ci bəndlərinə əsasən müştərinin vəzifələrinə tərəflər arasında yazılı formada tərtib olunmuş və bu Standart Şərtlərin və bu fəslin 1.1-ci bəndində qeyd edilən müvafiq Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş qaydada kredit üzrə ödənişləri Banka ödəməkdir. - 3.1-ci bəndinə görə bu «Xidmət Müqaviləsi» üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. - 4.1-ci bəndinə görə tərəflər bu «Xidmət Müqaviləsi»dən və bu «Xidmət Müqaviləsi» ilə əlaqədar yarana bilən mübahisələri danışıqlar yolu ilə həll edirlər. 4.2. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həllini tapmadıqda və ya tapılması mümkün olmadıqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə həll ediləcəkdir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 06 mart 2020-ci il tarixli kassa məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, bank tərəfindən 4950 manat (dörd min doqquz yüz əlli) pulun Cavabdeh verildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı qarşısında əsas öhdəliyi 24 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 249.62 manat, sonuncu ay isə 249.61 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş üzrə Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri göndərilmiş və mülki iş materiallarına əlavə edilmiş sifarışli poçt göndərişinin təqdim olunması barədə xəbərnamədən isə cavabdehə həmin sənədlərin rəsmi qaydada verildiyi aydın olur. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etirazı, bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutu məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Maliyyə arayışından və xx.xx.2022-ci il tarixli müqavilə üzrə çıxarışdan xx.xx.2022-ci il tarixə cavabdehin müqavilə üzrə iddiaçıya 4487.25 (dörd min dörd yüz səksən yeddi manat iyirmi beş qəpik) manat əsas, 49.17 (qırx doqquz manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 4536.42 (dörd min beş yüz otuz altı manat qırx iki qəpik) manat borcunun qaldığı məlum olur. Mülki iş materiallarını bir-birilə əlaqəli şəkildə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, müqavilə üzrə hesabdan çıxarış borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilib nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 4487.25 (dörd min dörd yüz səksən yeddi manat iyirmi beş qəpik) manat əsas, 49.17 (qırx doqquz manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 4536.42 (dörd min beş yüz otuz altı manat qırx iki qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 65.37 manat (altmış beş manat otuz yeddi qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Cavabdeh 4487.25 (dörd min dörd yüz səksən yeddi manat iyirmi beş qəpik) manat əsas, 49.17 (qırx doqquz manat on yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 4536.42 (dörd min beş yüz otuz altı manat qırx iki qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 65.37 manat (altmış beş manat otuz yeddi qəpik) dövlət rüsumu iş üzrə Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar