Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-52/2025 06.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 28 noyabr 2024-cü ildə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 22179.78 manat məbləğində kredit borcu, 1809.49 manat məbləğində faiz borcu və 671.85 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 24661 (iyirmi dörd min altı yüz altmış bir) manat 12 (on iki) qəpik məbləğində borcun və tərəfimizdən ödənilmiş 163.98 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022ci il tarixdə bağladığı 014A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Taariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.4167% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 7820.22 manat ödəniş etmiş və onun iddiaçıya 22179.78 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 156 gün üçün hesablanmış faiz borcu 1809.49 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 156 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 674.85 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. 29 dekabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ünvanlandığı ərizədə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisə tələbinə dair e-2(079)-782/2024 saylı mülki işi üzrə iddia tələbini müdafiə etdiklərini, iş üzrə zəruri sübutların iddia ərizəsinə əlavə olunduğunu, «06» yanvar 2025-ci il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iş üzrə iddia tələbini təmin edən qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini, 30000 manat krediti 48 ay müddətinə götürdüyünü, banka kreditin bir qismini qaytardığını, daha sonra ödənişləri edə bilmədiyini, əgər vaxt verilərsə qısa müddətdə borcunu qaytaracağını, iddiaya etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, “Tariflər və Valyuta məzənnəsi” ilə tanış olduğunu və onları qəbul etdiyini, hazırki ərizəni imzalamaqla bankdan kreditin verilməsini xahiş etmişdir. Maksimum 28%, maksimum FİFD isə 35.30% olmaqla, 40000 manat məbləğində istehlak krediti limitinin 48 ay müddətinə açılması barədə razılaşmışlar. İlk kredit sifarişi isə 30000 manat məbləğində 48 ay müddətinə 17% dərəcəsi, FİFD 17.56% dərəcəs, ödəniş tarixi xx.xx.2022-ci il tarixinə olmaqla edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin” müvafiq maddələrinə əsasən: - Ayrı-ayrı bank xidmətlərini almaq üçün müştəri müvafiq ərizəni banka təqdim etməlidir; - Müştərinin bank xidmətlərindən istifadə hüququ ərizənin akseptini aldığı andan, yəni müqaviləni bağladığı andan yaranır; - Müştəri ərizəni kağız daşıyıcıda Bankda şəxsən imzalamaqla Banka təqdim edə bilər. - Ərizənin bankın səlahiyyətli nümayəndəsinin imzası, Bankın möhürü ilə təsdiqlənməsi və müştəriyə təqdim edilməsi Bankın aksepti hesab edilir. - Müqavilə bağlandığı andan Ümumi Şərtlər və Tariflər, o cümlədən ona əlavə və dəyişikliklər müqavilənin tərkib hissəsinə çevrilir. - Kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur. - Müştəri nağd kredit barədə müqavilə üzrə ərizəni Banka təqdim etməklə ilk kredit sifarişini verir. - Ümumi şərtlərin 7.4 və 7.5-ci bəndləri nəzərə alınmaqla kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur. - Müştəri nağd kredit barədə müqavilə üzrə ərizəni banka təqdim etməklə ilk kredit sifarişini verir. - Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix Nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. - Müştəri krediti ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürür. - Müştəri krediti və kredit faizini kredit verildikdən sonra hər 30 təqvim günündə bir dəfə olmaqla ərizədə razılaşdırılmış cari hesab vasitəsilə banka qaytarmağı öhdəsinə götürür. - Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. - Müştəridən daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, kredit faizi və nəhayət kreditin qalıq məbləği silinir. - Müştəri kredit və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəyir. - Müştəri kredit və faizini bu şərtlərə və müvafiq ərizəyə uyğun olaraq qaytara bilmədikdə bank müqaviləni vaxtından əvvəl ləğv edə və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb edə bilər. - Müqavilədən irəli gələn mübahisələr qanunvericilik əsasında məhkəmə qaydasında həll edilir. - Müqavilənin ləğv edilməsi tərəfləri həmin müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə şərtlərinin pozulmasına və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyətdən azad etmir. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30000 manat (otuz min) pulun xx.xx.2022-ci il tarixdə Cavabdeh AZ09ACAB******************** nömrəli hesabına köçürüldüyü məlum olur. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 870 manat, sonuncu ay isə 838.13 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və borcun qaytarılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, cavabdeh iddiaya etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin iddianın etirafı barədə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə iclasının fasiləsiz audio-video yazısının aparıldığı məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. MPM-in: -14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. -52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. -52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. -220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən olunmadığından cavabdehin etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri). Maliyyə arayışından belə məlum olur ki, cavabdehin iddiaçı təşkilata 22179.78 manat məbləğində əsas, 1809.49 manat məbləğində faiz borcu və 671.85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24661.12 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22179.78 manat (iyirmi iki min bir yüz yetmiş doqquz manat, yetmiş səkkiz qəpik) əsas borc, 1809.49 manat (bir min səkkiz yüz doqquz manat, qırx doqquz qəpik) faiz borcu və 671.85 manat (altı yüz yetmiş bir manat, səksən beş qəpik) məbləğində cərimə borcu olmaqla cəmi 24661.12 manat (iyirmi dörd min altı yüz altmış bir manat, on iki qəpik) məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 163.98 manat (bir yüz altmış üç manat, doxsan səkkiz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22179.78 manat (iyirmi iki min bir yüz yetmiş doqquz manat, yetmiş səkkiz qəpik) əsas borc, 1809.49 manat (bir min səkkiz yüz doqquz manat, qırx doqquz qəpik) faiz borcu və 671.85 manat (altı yüz yetmiş bir manat, səksən beş qəpik) məbləğində cərimə borcu olmaqla cəmi 24661.12 manat (iyirmi dörd min altı yüz altmış bir manat, on iki qəpik) məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 163.98 manat (bir yüz altmış üç manat, doxsan səkkiz qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-52/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-52/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver