Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-523/2023 03.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 06 sentyabr 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5451708A226 saylı kredit müqaviləsinə əsasən 12485.58 AZN əsas, 1031.26 AZN faiz olmaqla, cəmi 13516.84 manat borcun, xx.xx.2022-ci il tarixli BRED5478771A226 saylı kredit kartına dair müqaviləyə əsasən 2166.55 AZN əsas, 430.26 AZN faiz borcu olmaqla, cəmi 2596.81 AZN borcun ümumilikdə cəmi 16113.65 AZN borcun və ödənilmiş 138.34 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR5451708A226 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRED5478771A226 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kassa məxaric qəbzi və balansdankənar məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, GTKR5451708A226 saylı kredit müqaviləsinə əsasən 12485.58 AZN əsas; 1031.26 AZN faiz; cəmi 13516.84 AZN borcu, xx.xx.2022-ci il tarixli BRED5478771A226 saylı kredit kartına dair müqaviləyə əsasən 2166.55 AZN əsas, 430.26 AZN faiz; cəmi 2596.81 AZN borcu yaranmışdır. Ümumilikdə cəmi 16113.65 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında xx.xx.2022-cü ildə şəxsi ehtiyacları ilə bağlı olaraq Kapital Bankdan kredit götürdüyünü, tutqulardan sonra 14500 manat kreditin ona verildiyini, qardaşı X2 Bakı şəhərində Biznes Universitetində ödənişli təhsil aldığını, ildə 2000 manat təhsil haqqının ödənilməli olduğunu, 2022-ci ilin 2 iyulundan birkartdan istifadə etdiyini, sonuncu dəfə təxminən 2023-cü ilin fevral-mart aylarında ödəniş etdiyini, həmin vaxta qədər hər iki müqavilə üzrə öhdəliyini vaxtında icra etdiyini, 435 manat kredit müqaviləsi, 170 manat isə bir kart üzrə ödədiyini, xx.xx.2020-ci il tarixdə Vətən müharibəsinin iştirakçısı kimi minaatan mərminin partlaması nəticəsində xəsarət aldığını, 10 gün stasionar müalicədən sonra 1 il 5 ay Goranboy rayonunda, 1.6 ay Laçın rayonu ərazisində xidmət etdiyini, lakin qəlpə ayağında olduğundan soyuq bölgələrdə xidmətinin çətin olduğunu, bir neçə dəfə xidmət müddətində stasionar müalicələr aldığını, xx.xx.2023-cü il tarixdə isə ehtiyyata buraxıldığını, hazırda 80 manat təqaüddən başqa gəlirinin olmadığını, onun isə bank tərəfindən tutulduğunu, işsiz olduğunu, pensiyasının təyin edilməsini gözlədiyini, iddia tələbini qəbul etdiyini, lakin faizlərin azaldılması və vaxt verilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. 06 sentyabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə İddiaçı ASC-nin cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, mülki işin məhkəmə iclasının xx.xx.2023-cü il tarixə təyin edildiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin 03 oktyabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə İddiaçı ASC-nin cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, mülki işin məhkəmə iclasının xx.xx.2023-cü il tarixə təyin edildiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini, MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - 31 may 2022-ci il tarixli, GTKR5451708A226 saylı müqavilədən "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən gündəlik tələbat məqsədilə 48 ay müddətinə 14500 (on dörd min beş yüz manat) manat məbləğində illik 19.19% dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 02 iyun 2022-ci il tarixli, BRED5478771A226 saylı müqavilədən İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması; - 25 may 2023-cü il tarixli xəbərdarlıqdan və siyahıdan "xxxx" ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Məhkəmə iddiaçının cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5451708A226 saylı kredit müqaviləsinə əsasən 12485.58 manat əsas, 1031.26 manat faiz borcu olmaqla, cəmi 13516.84 manat borcun, xx.xx.2022-ci il tarixli BRED5478771A226 saylı kredit kartına dair müqaviləyə əsasən isə 2166.55 manat əsas, 430.26 manat faiz borcu olmaqla cəmi 2596.81 manat borcun, ümumilikdə cəmi 16113.65 manat məbləğində borcun tutulması ilə bağlı işin mübahisəli halını nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinin qanuni əsasını təşkil edən kredit müqaviləsinin anlayışına aydınlıq gətirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. 744.3. Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə edilmiş 31 may 2022-ci il tarixli ərizəyə əsasən cavabdeh gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 14500 manat məbləğində, 48 ay müddətinə GTKR5451708A226 nömrəli müqavilə ilə gündəlik tələbat krediti verilməsini xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 31 may 2022-ci il tarixli, GTKR5451708A226 saylı kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, qanunla nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə 14500 AZN (on dörd min beş yüz) məbləğində kredit verilməsini öhdəsinə götürür, borcalan krediti əldə edən zaman 145 AZN (bir yüz qırx beş manat) nağdlaşdırma komissiyası haqqı ödəməyi və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalanın cari hesabına köçürmə yolu ilə verilir. Kredit borcalana gündəlik tələbat məqsədilə və 48 ay müddətinə verilir. Borcalan illik 19.19% (Faktiki illik faiz dərəcəsi 19.76%) ödəyir. - müqavilənin 2.1-ci bəndinə əsasən Bank tərəfindən müştərinin adına 410100D**********226 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açılır. - müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi (cari hesabına köçürüldüyü) gündən qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayma görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - müqavilənin 2.5-ci ödəniş qrafiki üzrə müəyyən edilmiş aylıq ödəniş(lər)dən artıq ödənişin edilməsi Bank tərəfindən Müştərinin əvvəlcədən ödəniş etmək istəyi kimi qəbul edilərək, artıq ödənilmiş məbləğ hesabına bu Müqavilənin 1.1.7-ci yarımbəndində nəzərdə tutulmuş ardıcıllıqla Müştərinin borclan silinir. Bu zaman Bank, ödəniş qrafikinə uyğun şəkildə əsas borc üzrə ödənişlərin tam icra olunduğu aylar üzrə Müştəriyə möhlət verir, yəni həmin müddətdə Müştəri tərəfindən hər hansı ödəniş edilməyə bilər. Möhlət müddəti ərzində Bank tərəfindən qalıq borc məbləğinə faizlər hesablanır. Həmin faizlər möhlət müddəti bitdikdən sonra, ödəniş qrafiki ilə müəyyən olunmuş ilk ödəniş tarixində müvafiq ayın ödənişi ilə eyni vaxtda ödənilir. Əgər Müştərinin qabaqcadan ödədiyi məbləğ hər hansı ay üzrə aylıq əsas borcun tam ödənilməsi üçün kifayət etmədikdə, Müştəri möhlət müddətindən sonrakı ay üzrə ilk ödəniş tarixində həmin ay üzrə əsas borcun qalıq məbləğini, habelə möhlət müddətindəki faizlər də daxil olmaqla, hesablanmış faizləri birlikdə ödəyir. Müştəri möhlət müddəti ərzində yenidən ödəniş etdikdə, bu bənd üzrə müəyyən edilmiş qayda tətbiq edilir. Bu, Bankın hüququdur, vəzifəsi deyildir. - 3.2.1, 3.2.2, 3.2.3-cü bəndlərinə əsasən borcalan kredit öhdəliyini kreditor müqavilənin 2.5-ci bəndinin tələbləri nəzərə alınmaqla, vaxtından əvvəl icra edə bilər, kreditor bu müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borclan 10 (on) iş günü müddətində qaytarmalıdır, bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. Müştəri bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 0,6 %-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir); -5.2-ci bəndin tələbinə görə bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edüməyən mübahisələr isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir. -5.3-cü bəndinə əsasən bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər hüquqi aktları ilə tənzimlənir.; - 5.7-ci bəndinə görə tərəflərin bir-birinə olan bütün növ büdirişləri, xəbərdarlıqları və s. sənədləri bu Müqavilədə nəzərdə tutulan və ya sonradan təqdim edüən mobil nömrələrinə, ünvanlarına sifarişli məktub, teleqram və ya faksla göndərilir. Həmin ünvana göndərilmiş bildirişlər tərəflərə çatdırılmış hesab olunacaq və bu zaman tərəflər göndərilən sənədləri almaması halına istinad edə büməz. Hüquqi və ya poçt ünvan(lar)ında, mobil nömrələrində dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 31 may 2022-ci il tarixli kassa məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı ASC tərəfindən 14500 (on dörd min beş yüz manat) manat pulun Cavabdeh verildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş qrafikindən görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 435.01 manat, sonuncu ay isə 431.27 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, BRED5478771A226 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, qanunla nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - 2-ci bəndinə əsasən bank müştəriyə ”Birkart” ödəniş kartı verir, həmin karta bağlı bu müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, xəttin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. - 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 3400 manat müəyyən olunur. - 4.3-cü bəndinə görə son kredit xəttindən son istifadə tarixi xx.xx.2025-ci ildir. - 4.5 və 4.5.1-ci bəndlərə görə kredit xəttinin illik faiz dərəcəsi qeyri-taksit əməliyyatları üzrə 25 %, taksit əməliyyatları üzrə 0% təşkil edir. - 4.6-cı bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə gündəlik olaraq əsas borcun qalıq məbləğinə hesablanır. - 4.7-ci bəndinə görə ödəniş intervalı hər ayın 1-10 arasıdır. - müqavilənin 7.1-ci bəndinə görə bankın hüquq və vəzifələri aşağıdakılardır: - 7.1.1 Bu Müqavilə üzrə hüquqlarını üçüncü şəxslərə ötürə bilər; - 7.1.2. Gələcəkdə birtərəfli qaydada Kart üzrə verilmiş kredit xətti üzrə nağdlaşdırma əməliyyatı, həmçinin Kartla həyata keçirilən hər bir əməliyyat üçün limitlər müəyyən edə bilər; - 7.1.3. Müştərinin şəxsiyyətini təsdiq edən sənədlərin vaxtı bitdikdə və Müştəri şəxsiyyətini təsdiq edən yeni sənədləri Banka təqdim etmədikdə, hesabı bloklaşdırıla bilər; - 7.1.4. Kredit xətti üzrə kreditlərin verilməsini dayandıra, habelə kredit xətti üzrə ayrılmış məbləği bu Müqavilədə nəzərdə tutulmuş qaydada azalda və yaxud çoxalda, habelə birtərəfli qaydada hesab, kart və kredit xətti üzrə tarif və şərtləri dəyişdirə bilər; - 7.2. Müştərinin hüquq və vəzifələri aşağıdakılardır: - 7.2.1. Kredit öhdəliyini vaxtından əvvəl icra edə bilər; - 7.2.2. Bank bu Müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 5 (beş) iş günü müddətində qaytarmalıdır; - 7.2.3. Kart hesabına bağlı əsas və əlavə Kartlara görə bu Müqavilə çərçivəsində eyni dərəcədə məsuliyyət daşıyır; - 7.2.4. Kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir və onları dərhal Banka geri qaytarır; - 7.2.6. Kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır); - 7.2.7. Kartdan onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu Müqavilənin şərtlərinə, Bankın müəyyən etdiyi və gələcəkdə müəyyən edəcəyi qaydalarına əsasən istifadə edir; - 7.2.9. Bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. Müştəri bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1%i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir); - 9.1 və 9.1.1-ci bəndinə görə müştəri tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda və s hallarda bank kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. - 10.1-ci bəndinə görə bank müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İddia ərizəsinə əlavə olunmuş 11 fevral 2021-ci il tarixli balansdankənar məxaric orderindən İddiaçı ASC tərəfindən 1 (bir) ədəd Plastik kartın Cavabdeh təhvil verildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh öz imzası ilə Kartı aldığını təsdiq etmişdir. Cavabdeh məxsus xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixə olan hesabdan çıxarışdan 178 gecikmə günü, 906.89 manat gecikmə məbləği olmaqla 2166.55 (iki min bir yüz altmış altı manat əlli beş qəpik) manat əsas, 430.26 (dörd yüz otuz manat iyirmi altı qəpik) manat faiz borcunun qaldığı bəlli olur. Sözügedən hesabdan çıxarış kreditorun borclu qarşısında öz öhdəliyini tam yerinə yetirdiyini sübut edir. İddia ərizəsinə əlavə edilmiş 15/5095 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışında Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixli GTKR5451708A226 saylı kredit müqaviləsinə əsasən 12485.58 AZN əsas, 1031.26 AZN faiz olmaqla cəmi 13516.84 manat borcu, xx.xx.2022-ci il tarixli BRED5478771A226 saylı kredit kartına dair müqaviləyə əsasən 2166.55 AZN əsas, 430.26 AZN faiz olmaqla, cəmi 2596.81 AZN, ümumilikdə cəmi 16113.65 AZN borcunun olması qeyd olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyini lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, cavabdeh iddianı qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki iş materiallarını bir-birilə əlaqəli şəkildə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, müqavilə üzrə hesabdan çıxarış borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilib nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5451708A226 saylı kredit müqaviləsinə əsasən 12485.58 (on iki min dörd yüz səksən beş manat əlli səkkiz qəpik) manat əsas, 1031.26 (bir min otuz bir manat iyirmi altı qəpik) manat faiz; cəmi 13516.84 (on üç min beş yüz on altı manat səksən dörd qəpik) manat borcun, xx.xx.2022-ci il tarixli BRED5478771A226 saylı kredit kartına dair müqaviləyə əsasən 2166.55 (iki min bir yüz altmış altı manat əlli beş qəpik) manat əsas; 430.26 (dörd yüz otuz manat iyirmi altı qəpik) manat faiz; cəmi 2596.81 (iki min beş yüz doxsan altı manat səksən bir qəpik) manat borcun ümumilikdə cəmi 16113.65 (on altı manat bir yüz on üç manat altmış beş qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 138.34 manat (bir yüz otuz səkkiz manat otuz dörd qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284- 6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5451708A226 saylı kredit müqaviləsinə əsasən 12485.58 (on iki min dörd yüz səksən beş manat əlli səkkiz qəpik) manat əsas, 1031.26 (bir min otuz bir manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla cəmi 13516.84 (on üç min beş yüz on altı manat səksən dörd qəpik) manat borc, xx.xx.2022-ci il tarixli BRED5478771A226 saylı kredit kartına dair müqaviləyə əsasən 2166.55 (iki min bir yüz altmış altı manat əlli beş qəpik) manat əsas, 430.26 (dörd yüz otuz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla cəmi 2596.81 (iki min beş yüz doxsan altı manat səksən bir qəpik) manat borc, ümumilikdə cəmi 16113.65 (on altı manat bir yüz on üç manat altmış beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 138.34 manat (bir yüz otuz səkkiz manat otuz dörd qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-523/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-523/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver