Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-525/2025 01.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı 30 iyul 2025-ci ildə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müraciət edərək, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 117.81 manat abunə haqqı qismində vurulmuş zərərin məbləğində vurulmuş zərərin, hüquqi göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik məbləğində bank xidmət haqqının, cəmi 198.21 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" MMC-ə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə edilən "xxxx" MTK tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 61 №-li arayışdan görünür ki, cavabdeh Sumqayıt şəhəri, 9-cu mkr, Sahib Qarayev küçəsi 228 saylı yaşayış binasının 60 №-li mənzilinin 2020-ci ildən sahibidir və həmin mənzildə yaşayır. Cavabdehlə bağlanmış müqavilə münasibətlərinə xx.xx.2019-cu ildə xitam verilmiş və mənzil iddiaçıya məxsus kabel televiziyası şəbəkəsindən ayrılmışdır. Bundan sonra yəni xx.xx.2021-ci il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə, xx.xx.2021-ci il tarixli, 1776 N saylı, akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “SN” Telekom” MMC-yə məxsus kabel televiziyası şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində "xxxx" MMC-yə maddi ziyan dəymişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 15 №-li, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanı xx.xx.2019-cu ildə iddiaçıya məxsus kabel şəbəkəsindən ayrılmışdır. Sonradan yəni xx.xx.2020-ci ildə Ədalət-A hüquq firmasının və SN Telekom MMC-nin əməkdaşları tərəfindən adıçəkilən ünvanda yerləşən binaya baxış keçirilən zaman ünvan 2 ünvan təkrar kabel şəbəkəsindən ayrılmışdır. Bir günlük abunə haqqının 0.33 qəpik olmasını nəzərə alaraq sözügedən mənzilin kabel şəbəkəsindən ayrıldığı tarixdən aktın tərtib olunduğu tarixədək ötən müddət 357 gün təşkil edir, bu isə 117.81 manat məbləğində abunə haqqı qismində vurulmuş zərərdir. Eyni zamanda qeyd edirik ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx" MMC-yə maddi ziyan vurulmuşdur. "xxxx" MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat pul ödəyir. Ödənilən dövlət rüsumu 30 (otuz) manat, bank xidməti haqqı isə 0.40 (qırx) qəpik təşkil edir. Beləliklə, cavabdehin "xxxx" MMC-yə ödəməli olduğu məbləğ cəmi 198.21 manat (117.81+30.40+50 manat) təşkil edir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilə əsasında 50 (yüz) manat pul ödəmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Mülki-Prosessual Məcəlləsinin 284-5.4ci maddəsinin tələbinə görə iş üzrə əlavə araşdırma aparılmasına zərurət yarandığından İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraatın kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək bütün baxış iclaslarını iştirakları olmadan keçirməyi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini, eyni zamanda məhkəmə iclasında cavabdehin iştirakının təmin edilməsi qeyrimümkün olduğu halda işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: - Sumqayıt şəhəri "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 61 nömrəli arayışdan aydın olur ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh Sumqayıt şəhəri 9-cü mkr, sahib Qarayev küçəsində yerləşən 228-saylı yaşayış binasınının 60 nömrəli mənzilinin 2020-ci ildən sahibi olub. - xx.xx.2020-ci tarixli, 1701 №-li Aktın kserosürətində göstərilir ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri 9-cü mkr, bina 2A, ünvanında kabel şəbəkəsinə baxış zamanı həmin binanın 60 saylı mənzilinin “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulduğu aşkar edilmişdir. Həmin Aktın bir nüsxəsi qanunsuz qoşulma aşkar edilmiş, həmin mənzilin sahibi Cavabdeh təqdim edilməmişdir. - xx.xx.2025-ci il tarixli, 0335 nömrəli ödəniş tapşırığına əsasən isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən 50 (əlli) manat ödənilmişdir. - xx.xx.2025-ci il tarixli, 15 nömrəli arayışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanı xx.xx.2019-cu il tarixdə "xxxx" MMС-yə məxsus kabel şəbəkəsindən ayrılmışdır. Sonradan, yəni xx.xx.2020-ci il tarixdə "xxxx" hüquq firmasının və "xxxx" MMC-nin əməkdaşları tərəfindən adıçəkilən ünvanda yerləşən binaya baxış keçirilən zaman ünvan 4 ünvan təkrar kabel şəbəkəsindən ayrılmışdır. Bir günlük abunə haqqının 0.33 qəpik olmasını nəzərə alaraq sözügedən mənzilin kabel şəbəkəsindən ayrıldığı tarixindən aktın tərtib olunduğu tarixədək ötən müddət 357 gün təşkil edir, bu isə 117.81 Azn (manat) məbləğində abunə haqqı qismində vurulmuş zərərdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2918 ABC nömrəli abunə müqaviləsinin şərtlərinin “abunəçi” Cavabdeh tərəfindən pozulub-pozulmaması və Cavabdeh tərəfindən rabitə xidməti qaydalarının pozulmasına görə təqsirli bilinib-bilinməməsi, eləcə də məhz onun təqsiri, hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından iddiaçı "xxxx" MMC-yə maddi zərərin dəyib-dəyməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)” görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd etmək lazımdır ki, xx.xx.2020-ci ildə tərtib edilmiş Akta əsasən Cavabdeh məhz xx.xx.2019-cu il tarixindən kabel şəbəkəsinə qanunsuz qoşulmasının müəyyən edilməsi mümkün deyildir. Həmçinin mülki iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 2918 ABC nömrəli abunə müqaviləsinin oxunaqlı olmaması səbəbindən müqavilənin predmetinin nədən ibarət olması, tərəflərin öhdəlikləri, müqavilənin icra müddəti və digər şərtləri, tərəflərin rekvizitləri müəyyən olunmadığından tərəflərin müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlib- gəlmədiyini müəyyən etmək qeyri-mümkün olmuşdur. Məhkəmə bildirir ki, iş materiallarına əlavə olunmuş müqavilənin bağlanma tarixi ilə iddia ərizəsində iddiaçının istinad etdiyi müqavilənin xitam tarixləri arasında ziddiyyət mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış abunə müqavilənin tarixi xx.xx.2019-cu il olsa da, iddiaçı iddia ərizəsində cavabdehlə bağlanmış müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam verildiyini və mənzilin iddiaçıya məxsus kabel televiziyası şəbəkəsindən ayrıldığını qeyd etmişdir. Beləliklə də, iddiaçı tərəf iddia tələbini "xxxx" hüquq firması ilə "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17 iyun 2020-ci tarixli 1701 nömrəli Aktla əsaslandırmış olsa da, həmin Akt Cavabdeh tərəfindən “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək qanunsuz olaraq qoşulma faktını və belə bir qoşulma nəticəsində sonuncunun iddiaçıya 117.81 manat məbləğində zərər vurmasını mötəbər sübut olaraq təsdiq etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin Aktın tərtib edilməsindən 5 ildən çox müddət keçməsi də, həmin Aktda göstərilənlərin yoxlanılmasını çətinləşdirir və bu halın özü də, onun mötəbərliliyini şübhə altına alır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində qeyd etdiyi işin faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı "xxxx" MMC iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə “məhz Cavabdeh abunə müqaviləsinin şərtlərini pozmasını, eləcə də onun təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından cəmiyyətə maddi zərərin dəyməsini” əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəməyə təqdim olunmuş videoyazıdan isə həmin videoya qeydə alınmış faktların cavabdehə aidiyyətini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübut etmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə sonda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-525/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-525/2025
01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver