Məhkəmə qərarları › İş №e-2(079)-53/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-53/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-53/2025 06.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: «X3» Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh iddiaçı "Unibank” KB ASC-nin xeyrinə 4723,67 AZN əsas, 636,9 AZN faiz, 16,82 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5377,39 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 73,78 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 50 ay müddətinə illik 24% ödəmək şərtilə 4938 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 19 noyabr 2024, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 4723,67 AZN əsas, 636,9 AZN faiz, 16,82 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5377,39 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "Unibank” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərək bildirmişdir ki, tərəflər arasında hazırki iş üzrə mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını nəzərə alaraq həmin iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəsatəti ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Belə olan halda «X3» Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsi ilə 19 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 73.78 (yetmiş üç manat, yetmiş səkkiz qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. «X3» Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsi ilə 19 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 73.78 (yetmiş üç manat, yetmiş səkkiz qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar