Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-54/2025 10.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə İK ******* saylı Kredit müqaviləsinə əsasən 7043,42 AZN əsas; Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən isə 1259,19 AZN əsas; 215,68 AZN faiz borcunun və 105,18 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK ******* saylı kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 48 ay müddətinə 14000 AZN məbləğində kredit verilmişdir. 2023-cü ilin noyabr ayında isə "xxxx" ASC-nin Kredit portfeli müqavilə əsasında İddiaçı ASC-yə ötürülmüşdür (müqavilə iddiaya qoşma olunub). Bu səbəbdən də bu iş üzrə iddiaçı qismində İddiaçı ASC iştirak edir. Bundan əlavə, Cavabdeh ilə İddiaçı ASC arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cı il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 22, məbləği 1263 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək bu kredit nəğd qaydada deyil, borcalanın elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə İK ******* saylı Kredit müqaviləsinə əsasən 7043,42 AZN əsas; Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən isə 1259,19 AZN əsas; 215,68 AZN faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər Kredit müqaviləsi, əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, pul vəsaitinin cavabdehə nağd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərək bildirmişdir ki, qeyd edilən mülki iş üzrə hər iki kreditin gecikdirilmiş məbləğləri və məhkəmə rüsumu ödənildiyindən ərizəni və ona əlavə edimiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəsatəti ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Sözügedən ərizəni nəzərə alan məhkəmə qeyd edir ki, MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-in: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. - 260.2-ci maddəsinə görə qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. - 260.3-cü maddəsinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. - 260.4-ci maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Belə olan halda İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsi ilə 27 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 105.18 (bir yüz beş manat, on səkkiz qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsi ilə 27 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 105.18 (bir yüz beş manat, on səkkiz qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-54/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-54/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver