Məhkəmə qərarları › İş №e-2(079)-547/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-547/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-547/2024 25.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı X6-Bank Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 14 avqust 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6465.52 AZN, faiz borcuna görə 672.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 7137.52 (yeddi min yüz otuz yeddi manat, əlli iki qəpik) AZN məbləğində borcun və 91.38 manat məbləğində ödənilmiş dövlət rüsumunun "FİNCA Azerbaijan” MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-cü il tarixli **********4180 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 (səkkiz min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 433 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 6465.52 AZN, faiz borcuna görə 672.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 7137.52 (yeddi min yüz otuz yeddi manat, əlli iki qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəfər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçıya və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MM QBKT-nın iddiası üzrə 2(079)-547/2024 saylı mülki iş Sizin icraatınızda olmaqla, 9 Sentyabr 2024-cü il tarixə məhkəmə hazırlıq iclasına təyin edilmişdir. Hazırkı məktubla həmin tarixdə məhkəmə prosesində nümayəndəmizin iştirak edə bilməyəcəyini nəzərə alaraq, həmin işə bizim iştirakımız olmadan baxıb, məhkəmə baxışına təyin etməyinizi xahiş edirik. Belə ki, Azərbaycan Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin məzmununa görə məhkəmə işi iddiaçının məhkəmə prosesində iştirak etməməsinə əsaslanaraq o halda baxılmamış saxlayır ki, iddiaçı işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş olsun. Eyni zamanda bildiririk ki, cavabdeh tərəf də məhkəmə prosesində iştirak edə bilmədiyi halda işə baxılmasına etiraz etmirik. Qeyd edilənləri nəzərə almağınızı xahiş edirik. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, həmin tarixdə və saatda məhkəmə prosesində nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq, həmin işə bizim istirakımız olmadan baxıb qarar qəbul etməyinizi xahiş edirik. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin məzmununda məhkəmə işi iddiaçının məhkəmə prosesində iştirak etməməsinə əsaslanaraq o halda baxılmamış saxlayır ki, iddiaçı işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş olsun. Eyni zamanda bildiririk ki, cavabdeh tərəfin də məhkəmə prosesində iştirak edə bilmədiyi halda işə baxılıb qiyabi qətnamənin qəbul edilməsinə etiraz etmirik. Qeyd edilənləri nəzərə almağınızı xahiş edirik. Həmçinin iddiaçının nümayəndəsi teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin və müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsinin bağlanması aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, **********4180 nömrəli kredit müqaviləsindən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanması; xx.xx.2022-ci il tarixli, **********4***-******* zaminlik müqaviləsindən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 ilə Cavabdeh2 arasında zaminlik müqaviləsinin bağlanması müəyyən olunur. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər kredit müqaviləsinin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Belə ki: - kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatıının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 8000 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür; - kredit üzərində 26% illik faiz hesablanacaqdır və nominal faiz Nominal Faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır; - müqavilənin 1.4-cü bəndinə əsasən Kredit Alan kredit üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan "Kreditin qaytarılması cədvəlinə" müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kredit məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. - müqavilənin 1.5-ci bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 30 % təşkil edir. - müqavilənin 1.6-cı bəndinə əsasən kredit kredit alana “FİNCARD” kredit kartı vasitəsilə və ya kredit alanın bank hesabına köçürülməklə verilir. - müqavilənin 2.1.4-cü bəndinə görə Kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya Kredit Alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kredit verənin kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək hüququ vardır. - müqavilənin 3.2, 3.2.1, 3.2.3-cü bəndlərinə əsasən kredit alan krediti faizləri ilə birlikdə və Cədvələ uyğun tərzdə qaytarmaq, kreditdən təyinatı üzrə istifadə etmək kimi vəzifələr daşıyır; - müqavilənin 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəli ilə müəyyən edilir. - müqavilənin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona olan digər ödənişləri ödəmədikdə kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. - müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı gündən qüvvəyə minərək kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. - zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin (Cavabdeh2) xx.xx.2022-ci il tarixli, **********4180 nömrəli kredit müqaviləsinə əsasən (“kredit müqaviləsi”), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 (“kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 8000.00 AZN məbləğində pul vəsaitini illik 26.00 faiz dərəcəsi ilik kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; - zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zamin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur; - zaminlik müqaviləsinin 1.5-ci bəndinə əsasən zamin bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya tam şəkildə yerinə yetirdiyi təqdirdə, kredit verənə öz tələblərini zaminin əmlakına yönəldə bilər; - zaminlik müqaviləsinin 1.6-cı bəndinə əsasən zamin bu müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra, ödədiyi bütöv məbləği öhdəlik kireditoru kimi kredit alandan tələb etmək hüququnu qazanır. Lakin bu hüquq heç bir halda zaminin kredit verən qarşısında olan öhdəliklərinin icrasına təsir etməməlidir; - zaminlik müqaviləsinin 2.1-cı bəndinə əsasən tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alan, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz; - zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; - zaminlik müqaviləsinin 3.1-cı bəndinə əsasən bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq; - zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən bu müqavilə tərəflər arasında zaminlik münasibətlərini tam şəkildə əhatə edir və tərəflərin qarşılıqlı hüquq və vəzifələri yalnız bu müqavilə və qanunvericiliyin müvafiq müddəaları ilə tənzimlənir. Bu müqaviləyə daxil edilməyən hər hansı yazılı və ya şifahi razılaşmanın heç bir hüquqi əhəmiyyəti yoxdur. Bu müqaviləyə əlavə və dəyişiklər yalnız hər iki tərəf tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh1 verilməsidir. İş materiallarında olan kredit kartının mədaxil aktından belə məlum olur ki, xx.xx.2022ci il tarixli kredit müqaviləsini imza edənlərdən kredit alan təsdiq edir ki, kredit məbləği nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş **********302212 saylı kredit kartında təqdim edilmiş, kredit alan isə təsdiq edir ki, **********302212 saylı kredit kartı açıq formada, həmin karta məxsus olan və həmin kartda olan pul vəsaitinin nağdlaşdırılması, eləcə də həmin kart vasitəsilə digər əməliyyatların aparılması üçün tələb edilən PİN kod isə xüsusi möhürlənmiş bağlı zərfdə ona təqdim edilmiş və onun tərəfindən təhvil alınmışdır. Həmçinin kredit alan təsdiq edir ki, həmin kredit məbləğinin ona təqdim edilmiş kredit balansında olmaması və ya əksik olması ilə bağlı iddia və ya etirazı olarsa ən geci 3 gün ərzində kredit verənə yazılı formada bildirməli və həmin müddət ərzində məlumat verməməsi gələcəkdə bununla bağlı hər hansı iddiasının olmaması kimi qəbul ediləcəkdir. Bu akt kredit alan tərəfindən imzalandığı andan kredit məbləği kredit alana təqdim edilmiş sayılır. Mədaxil aktı iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı tərəfindən tutulmalardan sonra 7736 (yeddi min yeddi yüz otuz altı) manat pulun Cavabdeh1 verildiyi məlum olur. Belə ki, borcalan öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1nın "xxxx" Qeyri-Bank Kredit X1rşısında əsas öhdəliyi 24 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 433 manat məbləğində ödənişi, sonuncu ay isə 425 manat ödənişi həyata keçirməkdir. Cavabdehlər tərəfindən məhkəməyə bank qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar təqdim olunmamış, iddiaya qarşı etiraz bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 6465.52 (altı min dörd yüz altmış beş manat əlli iki qəpik) manat, faiz borcuna görə 672 manat (altı yüz yetmiş iki manat) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 7137.52 manat (yeddi min yüz otuz yeddi manat əlli iki qəpik) manat borcunun olması qeyd olunur. Məhkəmə iddia tələbinin faiz borcuna dair hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclu 8000 manat kreditə görə 24 ay müddətində ümumilikdə 2384 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Kreditorun müqavilənin 2.1.4-cü bəndinə əsasən kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyindən kreditin dərhal qaytarılmasını tələb etmək hüququ yaranmış və müqavilə müddətinin bitməsindən əvvəl bütün kredit borcu borc alandan tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, bu zaman borc alanın yalnız əsas borcun onda olduğu müddət ərzində kreditdən istifadəyə görə faiz ödəmək öhdəliyi vardır. Belə ki, MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Belə olan halda kredit verən tərəfindən bütün əsas borc məbləğinin vaxtından əvvəl tələb olunması ilə eyni zamanda müqavilə müddətinin sonuna kreditdən istifadəyə görə faizlərin də tələb olunması hüquqdan sui-istifadə olmaqla yolverilməzdir. Borc alan tərəfindən kredit məbləğinin qaytarılacağı halda kreditdən istifadəyə görə faizlərin hesablanmasından söhbət gedə bilməz. Sözügedən hal iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışında qeyd edilmiş məbləğlərlə müəyyən olunur. Ödəniş qrafikinə əsasən kredit alanın məhkəməyə müraciət edildiyi - ödəniş qrafikinə uyğun olaraq xx.xx.2024-cü il tarixə ödəməli olduğu faiz borcu ümumilikdə 2292 (iki min iki yüz doxsan iki) manat olmuşdur. Maliyyə arayışına görə kredit alan xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 1712 manat ödəniş etmişdir və cəmi 580 (beş yüz səksən) manat faiz borcu qalığı vardır. Kredit verən tərəfindən tələb olunan əlavə 92 manat məbləğində əlavə faiz borcu isə müqavilə müddətinin sonuna olan bütün faiz borcudur (2292-1712=580, 672-580=92) Bu səbəbdən də məhkəmə iddia tələbini faiz borcuna dair hissədə qismən əsaslı hesab edir. Məhkəmə belə hesab edir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminlərin də “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Zamin olan cavabdeh tərəfindən iddiaya qarşı etiraz verilməmişdir. Belə ki, MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Zaminliyə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminlərin də “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Zamin olan cavabdehlər tərəfindən iddiaya qarşı etiraz verilməmişdir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-cü il tarixli, **********4180 nömrəli kredit müqaviləsinə əsasən 6465.52 (altı min dörd yüz altmış beş manat əlli iki qəpik) manat əsas, 580 (beş yüz səksən) manat faiz borcu olmaqla, cəmi 7045.52 manat (yeddi min qırx beş altmış əlli iki qəpik) borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 90.20 (doxsan manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2022-cü il tarixli, **********4180 nömrəli kredit müqaviləsinə əsasən 6465.52 (altı min dörd yüz altmış beş manat əlli iki qəpik) manat əsas, 580 (beş yüz səksən) manat faiz borcu olmaqla, cəmi 7045.52 manat (yeddi min qırx beş altmış əlli iki qəpik) borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ödənilsin. İddia qalmış hissədə rədd edilsin. 90.20 (doxsan manat iyirmi qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar