Məhkəmə qərarları › İş №e-2(079)-558/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-558/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-558/2023 16.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 341.32 AZN əsas məbləğ üzrə, 75.05 AZN faiz üzrə və 26.76 AZN cərimə, 0 AZN komisyon haqqı olmaqla, cəmi 443.13 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə sazişə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə illik 27.50% ödəmək şərtilə 700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 27 sentyabr 2023, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 314.32 AZN əsas, 75.05 AZN faiz, 26.76 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 443.13 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 2476nkADJb/22 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini Borcverən çoxu 120 (bir yüz iyirmi) ay müddətinə, illik 35 (otuz beş) faiz ödəmək şərtilə 20.000 manat (iyirmi min) AZN məbləğində krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komisyon haqqı tutmaqla “Borcalan”a verə bilər. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 16%, maksimum 40% təşkil edir. - müqavilənin 1.2-ci bəndinə əsasən “Borcalan”a verilmiş ödəniş kartının 16 (on altı) rəqəmi – bu müqaviləyə əsasən verilən kredit üzrə “Borcalan”ı eyniləşdirmək üçün istifadə olunur. - müqavilənin 1.3-cü bəndinə əsasən “Borcalan”a bu müqavilə üzrə kredit həmin ödəniş kartının müddəti bitənədək təqdim edilə bilər. Həmin ödəniş kartının müddəti bitdikdən sonra bu Müqavilə üzrə kredit verilmir. - müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən verilmiş kredit üzrə ödənilməli olan aylıq annuitet məbləği bu müqavilənin 1.1 bəndində nəzərdə tutulmuş qaydada "Borcverən” tərəfindən onun qısa telefon nömrəsindən "Borcalan"ın mobil telefon nömrəsinə göndərilən təklif sms-ində bildirilir və "Borcalan"ın həmin sms-ə cavab olaraq öz mobil telefon nömrəsindən “Borcverən” qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda sms göndərməsi həmin aylıq annuitet məbləğinin ödənilməsi barədə öz üzərinə öhdəlik götürməsi kimi qəbul olunur. Bundan sonra "Borcalan" həmin təklif sms-ində göstərilən kredit müddətində (məsələn, 12 ay ərzində) aylıq annuitet məbləğini hər təqvim ayının kreditin onun cari hesabına köçürüldüyü günə uyğun gələn müvafiq təqvim günündə "Borcverən"ə ödəməlidir. Ödəniş günü qeyrı-iş günü ilə təsadüf etdikdə, kredit və onun faizi həmin göndən sonrakı iş günü ödənilməlidir. - müqavilənin 2.2-ci bəndinə əsasən Kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və yə qismən “Borcverən"in hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən “Borcverən"ə qaytarıldığı tarix hesab olunur. - müqavilənin 2.3-cü bəndinə əsasən "Borcalan" və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. - müqavilənin 2.4-cü bəndinə Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir - müqavilənin 2.5-ci bəndinə əsasən "Borcalan"a verilən kreditin yaxud kreditlərin uçotu "Borcalan "in kredit hesablan üzrə aparılır. Kreditin istifadəsi "Borcalan" ilə ödəniş kartlarla xidmət göstərilməsi haqqında müqavilə imzalanaraq ona açılan cari hesab üzrə həyata keçirilir. Kreditlərin ödənilməsi cari hesablar vasitəsi ilə və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə qadağan olunmayan digər üsullarla həyata keçirilə bilər. - müqavilənin 2.6-cı bəndinə əsasən kreditdən istifadəyə görə faizlər kredit məbləğinin "Borcalanın carı hesabına köçürüldüyü gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür. - müqavilənin 2.7-ci bəndinə əsasən "Borcverən" “Borcalan" krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda; "Borcalan'“ın maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti ‘'Borcalan"ın fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda; "Borcalan'“ın maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal "Borcverən"ə yalnız müqavilə bağlandıqdan sonra məlum olduqda; "Borcalan" tərəfindən “Borcverən”i aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Borcalan”ın özünün fəaliyyəti, iqtisadi -maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, eləcə də, "Borcverən' kreditin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması, Borcalanın maliyyə vəziyyətinin təhlil edilməsi, krediti qaytarmaq qabiliyyətinin müəyyənləşdirilməsi məqsədilə yoxlama (monitorinq) aparmaq niyyətini bildirdikdə, Borcverən tərəfindən yoxlamaların (monitorinq) aparılmasına hər hansı bir şok İldə maneçilik törətdikdə; əlverişsiz şəraitin yaranması nəticəsində “Borcalan"ın lazımi qaydada borcu ödəmək qabiliyyəti olmadıqda; üçüncü şəxslər tərəfindən “Borcalan"ın bütün əmlakı; yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi başlandıqda; kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını "Borcalan'dan tələb edə bilər - müqavilənin 3.1-ci bəndinə əsasən "Borcalan” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya "Borcalan” tərəfindən "Borcverən”i aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən "Borcalan" özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda "Borcverən” kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı "Borcalan”a qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. - müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin "Borcalan" üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski "Borcalan"ın üzərinə düşür. Bu cür riskin baş verməsi, ‘Borcalan"ın kredit öhdəliyinin icrasından imtina etməsinə və ya bu öhdəliyin icrasının gecikdirilməsinə haqq qazandırmır və heç bir halda Borcalanın kredit öhdəliklərinin yenidən hesablanmasına səbəb ola bilməz. - müqavilənin 3.3-cü bəndinə əsasən “Borcalan"ın mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə "Borcalan" tam məsuliyyət daşıyır. Bu zaman "Borcalan". bu mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz. "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 2476nkADJb/22 nömrəli kredit müqaviləsi üzrə saziş əsasında razılıq əldə olunmuşdur ki, bank borcalanın mövcud ödəniş kartına xx.xx.2023-cü il tarixinhədək, illik 27.5 faiz ödəmək şərtilə 700 AZN məbləğində kredit köçürməklə borcalanın mülkiyyətinə verir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə № 1” ödəniş cədvəlinə uyğun olaraq müəyyən olunmuş müddətdə faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 16, maksimum 40 faiz təşkil edir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə krediti borcalana verməkdir. İddia ərizəsinə əlavə olunmuş cavabdehin kredit hesabından çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "X1" ASC tərəfindən 700 manat məbləğin Cavabdeh hesabına köçürüldüyü məlum olur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 %-i məbləğində cərimə tətbiq edə bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdehnın 411nkBKX/21 saylı Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcu barədə Maliyyə Arayışından və hesabdan çıxarışdan cavabdehin iddiaçı təşkilata 341.32 (üç yüz qırx bir manat otuz iki qəpik) manat əsas, 75.05 (yetmiş beş manat beş qəpik) manat faiz və 26.76 (iyirmi altı manat yetmiş altı qəpik) manat cərimə, 0 AZN komisyon haqqı olmaqla, cəmi 443.13 manat (dörd yüz qırx üç manat on üç qəpik) borcunun olduğu aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli 2476nkADJb/22 saylı müqavilə üzrə 341.32 manat (üç yüz qırx bir manat otuz iki qəpik) əsas, 75.05 manat (iki yüz yetmiş yeddi manat qırx doqquz qəpik) faiz və 26.76 manat (iyirmi altı manat yetmiş altı qəpik) cərimə olmaqla, cəmi 443.13 manat (dörd yüz qırx üç manat on üç qəpik) borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat (otuz manat) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 2476nkADJb/22 saylı müqavilə üzrə 341.32 manat (üç yüz qırx bir manat otuz iki qəpik) əsas, 75.05 manat (iki yüz yetmiş yeddi manat qırx doqquz qəpik) faiz və 26.76 manat (iyirmi altı manat yetmiş altı qəpik) cərimə olmaqla, cəmi 443.13 manat (dörd yüz qırx üç manat on üç qəpik) borc Cavabdeh tutularaq İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 manat (otuz manat) miqdarında dövlət rüsumu alınaraq «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar