Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-621/2023 04.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti «03» noyabr 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 189 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində (bundan sonra - MPM) nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. MPM-in 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı MPM-də nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədlərin qeyd edilən normanının tələbləri daxilində yoxlayan məhkəmə belə hesab edir ki, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(079)-149/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci iltarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2021- ci il tarixində ödənilən 90 manat, xx.xx.2022-ci il tarixində ödənilən 110 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 200 manat, xx.xx.2022-ci il tarixində ödənilən 200 manat, xx.xx.2022-ci il tarixində ödənilən 310 manat, xx.xx.2022-ci il tarixində ödənilən 50 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC -yə 189 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 189 manat məbləğində xidmət haqqı ödəmişdir. “Lider Legal MMC” ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 iyul 2017-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 4-cü bəndində qeyd edilir ki, büro bank tərəfindən açılan məhkəmə və icra işləri ilə əlaqədar, müvafiq təlimata əsasən hər cür hüquqi xidmətin yerinə yetirilməsini həyata keçirir, bunlarla əlaqədar məhkəmə, icra işlərini və bu işlərə nəzarəti bankın səlahiyyətli nümayəndəsi (vəkili) kimi həyata keçirir. Məhkəmə qeyd edir ki, “Lider Legal MMC”-nin əməkdaşının məhkəmə qərarının icra olunması zamanı icra prosesində iştirakının əsasını qanundan və sözügedən müqavilədən irəli gələn, lazımi qaydada verilmiş etibarnamə təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir (362.5). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 33-ci maddəsinə əsasən nümayəndələrin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Ərizəyə isə “Lider Legal MMC”nin “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin adından məhkəmə qərarlarının icrası proseslərdə iştirakını təsdiq edən hər hansı etibarnamə əlavə edilməmişdir. Sözügedən hüquqi xidmət müqaviləsinin 5-ci bəndinin müvafiq yarımbəndlərində göstərilmişdir ki, Bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən (islehlak ve kredit kartı kreditlərindən) yaranan borclarla alaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən üimumi borcun (asas borc, faiz, çəkilmiş xərclər va s.) yığılmasından (geri ödənişlərindən) cəmi 1 5 % (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədlari əsasında). Xidmət haqqına məhkəmə işləri ilə bağlı dövlət rüsumları, poçt xərcləri daxil deyil. Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar aşağıdakı şərtlər daxilində va qaydada Büroya xidmət haqqı ödəyəcəkdir. Büro tərəfindən icra nəzarəti başlandıqdan sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (asas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 25 % (iyirmi beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir . Göstərdiyi xidmətə görə “Lider Legal MMC” tərəfindən iddiaçının ona ödəniləcək xidmət haqqının məbləğini təhvil aktları ilə müəyyən etsə də “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Lider Legal MMC”-yə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər ərizəyə əlavə edilməyib. Hazırki vəziyyətdə isə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti öz tələbini təsdiq edən hallarla bağlı sənədləri təqdim etməmişdir. Məhkəmə iddiaçıya bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyildir. Bu səbəbdən də məhkəmə MPM-in 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, həmin prosessual normaların tələbinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə onu da qeyd edir ki, MPM-in 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə izah edilsin ki, MPM-in 284.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(079)-621/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-621/2023
04.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver