Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-623/2023 06.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 04 noyabr 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, TuranBank ASC-nin “Abşeron” filialı ilə Cavabdeh arasında bağlanmış 03.11.22-ci il tarixli, İK-16682/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 19 189.99AZN (on doquz min bir yüz səksən doqquz manat doxsan doqquz qəpik) əsas, 179.47 AZN (bir yüz yetmiş doqquz manat qırx yeddi qəpik) faiz, 361.45 AZN (üç yüz altmış bir manat qırx beş qəpik) cərimə borcu olmaqla, cəmi borcu 19 730.91 AZN (on doqquz min yeddi yüz otuz manat doxsan bir qəpik) məbləğində borcun və tərəfimizdən ödənilmiş 149.19AZN (bir yüz qırx doqquz manat on doqquz qəp.) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, TuranBank ASC-nin “Abşeron” filialı ilə Cavabdeh arasında bağlanmış 03.11.22-ci il tarixli, İK-16682/22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 16 %olmaqla, 36 ay müddətinə 25 000 AZN (iyirmi beş min manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 19 189.99 AZN (on doquz min bir yüz səksən doqquz manat doxsan doqquz qəpik) əsas, 179.47 AZN (bir yüz yetmiş doqquz manat qırx yeddi qəpik) faiz, 361.45 AZN (üç yüz altmış bir manat qırx beş qəpik) cərimə borcu olmaqla, cəmi borcu 19 730.91AZN (on doqquz min yeddi yüz otuz manat doxsan bir qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 03.11.22-ci il tarixli, İK-16682/22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsasə borcdan əlavə illik 16% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. İddia tələbinin əsasını sübut edən sənədlərin siyahısı belədir:1) Kredit müqaviləsi; 2) X3; 3) Maliyyə arayışı; 4) Ödəniş cədvəli. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim edilmiş məhkəmə sənədləri əsasında iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - 03 noyabr 2022-ci il tarixli, İK 16682/22 saylı müqavilədən İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən gündəlik tələbat məqsədilə 36 ay müddətinə 25 000 (iyirmi beş min) manat məbləğində illik 16% dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 29 sentyabr 2023-cü il tarixli bildirişdən İddiaçı ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Məhkəmə iddiaçının cavabdehdən İddiaçı ASC-nin xeyrinə 19189.99 manat əsas, 179.47 manat faiz borcu, 361.45 manat cərimə olmaqla, cəmi 19730.91 manat məbləğində borcun tutulması ilə bağlı işin mübahisəli halını nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 03 noyabr 2022-ci il tarixli, İK 16682/22 saylı kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini Bu müqaviləyə əsasən Bank Borcalana 48 (qırx səkkiz) ay müddətinə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) AZN məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan Ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür; - müqavilənin 1.2-ci bəndinə əsasən kredit istehlak məqsədi üçün götürülür; - müqavilənin 1.3-cü bəndinə əsasən kredit Borcalanm bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Bank bu məqsədlə Borcalana AZ56TURA******************** saylı kredit hesabı açır. Hesablaşmaların aparılması üçün kredit və /və ya cari hesabın açılması və istifadəsi şərtləri bu müqavilənin tələbləri (şərtləri) nəzərə alınmaqla tərəflər arasında bağlanmış hesab müqaviləsi ilə müəyyənləşdirilir. - müqavilənin 1.4-cü bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 16 % olmaqla faiz ödəyir; - müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №i) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 16 % olmaqla cərimə faizi ödəyir. - müqavilənin 2.2-ci bəndinə əsasən kredit hansı valyuta növündə verilmişdirsə, ödənişlər (əsas borc, faiz borcu, cərimə və s) həmin valyutada və ya ödəniş tarixinə Bankın təyin etdiyi daxili məzənnə ilə milli valyutada ödənilməlidir. - müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər razılaşır ki, FİFD 16.72 % təşkil edir. - müqavilənin 2.5-ci bəndinə əsasən ödəmə nöqtələri (həmçinin onlayn ödənişlər) vasitəsilə aparılan ödənişlərin Borcalanm hesabına mədaxil olunduğu tarix Borclanm ödəniş tarixi hesab edilir. - müqavilənin 2.6-cı bəndinə əsasən əsas borca görə faizlər borcun Banka tam ödənildiyi günə qədər hesablanır və ödənilir. Bu səbəbdən, borcun məcburi alınmasına dair məhkəmənin qararı/qətnaməsi (və ya notariusun icra qeydi) icra olunub başa çatanadək hesablanan faizlər Borcalandaıı (eləcə do zamindən) tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka və ya girov predmet(lər)ino və ya onun digər daşınar və daşınmaz əmlaklarına (həmçinin bankdakı hesab(lar)ında olan pul vəsaitinə) yönəldilir. - müqavilənin 2.7-ci bəndinə əsasən ödəniş günü qeyri iş günlərinə təsadüf etdikdə növbəti iş gününə keçirilir, bu zaman növbəti iş gününədək hesablanmış faizlər do qrafikdə göstərilmiş məbləğə əlavə edilməklə ödənilməlidir. - müqavilənin 2.8-ci bəndinə əsasən faizlər illik 365 gün olmaqla borc qalığına hesablanır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 03 noyabr 2022-ci il tarixli məxaric orderindən və cavabdehin kredit hesabından çıxarışdan iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı ASC tərəfindən 25000 manat məbləğin Cavabdeh hesabına köçürüldüyü məlum olur. İK 16682/22 saylı kredit müqaviləsinə 1 saylı əlavə - ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" ASC qarşısında əsas öhdəliyi 36 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 878.93 manat, sonuncu ay üzrə əsas və faiz borcundan ibarət 878.74 manat məbləğində ödənişi həyata keçirməkdir. xx.xx.2023-cü il tarixə olan borc üzrə maliyyə arayışından borcalanın banka həmin tarixə 19 189.99AZN (on doquz min bir yüz səksən doqquz manat doxsan doqquz qəpik) əsas, 179.47 AZN (bir yüz yetmiş doqquz manat qırx yeddi qəpik) faiz, 361.45 AZN (üç yüz altmış bir manat qırx beş qəpik) cərimə borcu olmaqla, cəmi 19 730.91 AZN (on doqquz min yeddi yüz otuz manat doxsan bir qəpik) məbləğində borcunun olduğu qeyd olunur. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan cavabdehin müqavilə üzrə iddiaçıya 19189.99 manat əsas, 179.47 manat faiz, 361.45 manat cərimə olmaqla cəmi 19730.91 manat borcunun qaldığı məlum olur. Mülki iş materiallarını bir-birilə əlaqəli şəkildə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, müqavilə üzrə hesabdan çıxarış borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilib nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 16 % olmaqla cərimə faizi ödəyir. Tələb olunan cərimə məbləği əsas borca mütənasibdir və azaldılması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASCnin xeyrinə 19189.99 manat (on doqquz min bir yüz səksən doqquz manat doxsan doqquz qəpik) əsas, 179.47 manat (bir yüz yetmiş doqquz manat qırx yeddi qəpik) faiz, 361.45 (üç yüz altmış bir manat qırx beş qəpik) cərimə olmaqla, cəmi 19730.91 manat (on doqquz min yeddi yüz otuz manat doxsan bir qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 149.19 (bir yüz qırx doqquz manat on doqquz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19189.99 manat (on doqquz min bir yüz səksən doqquz manat doxsan doqquz qəpik) əsas, 179.47 manat (bir yüz yetmiş doqquz manat qırx yeddi qəpik) faiz, 361.45 (üç yüz altmış bir manat qırx beş qəpik) cərimə olmaqla, cəmi 19730.91 manat (on doqquz min yeddi yüz otuz manat doxsan bir qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 149.19 (bir yüz qırx doqquz manat on doqquz qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-623/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-623/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver