Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-718/2024 29.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 06 noyabr 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 may 2023-cü il tarixli, 340257- CNS-45448 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 10.005,89 (on min beş manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 565.61 (beş yüz altmış beş manat altmış bir qəpik) manat məbləğində faiz borcu, 402.05 (dörd yüz iki manat beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 10.973,55 (on min doqquz yüz yetmiş üç manat əlli beş qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 122,92 (yüz iyirmi iki manat doxsan iki qəpik) AZN manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 may 2023-cü il tarixli, 340257-CNS-45448 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 23 may 2023-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 340257-1-31968 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 (on bir faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 10.005,89 (on min beş manat səksən doqquz qəpik) AZN məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 10.005,89 (on min beş manat səksən doqquz qəpik) AZN manat məbləğində əsas borc, 565.61 (beş yüz altmış beş manat altmış bir qəpik) manat məbləğində faiz borcu, 402.05 (dörd yüz iki manat beş qəpik) AZN manat məbləğində cərimə borcu, ümumilikdə isə 10.973,55 (on min doqquz yüz yetmiş üç manat əlli beş qəpik) AZN manat məbləğində borcu qalmışdır. Borclu Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış borcu barədə xx.xx.2024-cü il tarixli, 4296 P saylı pretenziya məktubu göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək mülki işin məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edildiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkünlüyünü əsas gətirərək, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərini, nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iştirakı olmadan işə baxılıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli, 340257-CNS-45448 nömrəli borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən 10.005,89 (on min beş manat səksən doqquz qəpik) manat əsas, 565.61 (beş yüz altmış beş manat altmış bir qəpik) manat məbləğində faiz borcu tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında borcun restrukturizasiyasına dair müqaviləsinin bağlanmış olması, "xxxx" ASC tərəfindən xx/xx/2022 -cü il tarixli № 340257-1-31968 (Kreditin yenidən maliyyələşdirilməsi) Müqaviləsi üzrə «Kredit alan»ın «Bank»a xx.xx.2023_-cü il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi üçün kreditin verilməsi, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, 340257-CNS-45448 nömrəli borcun restrukturizasiyasına dair müqaviləsinə "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, bank tərəfindən borcalana xx/xx/2022 -cü il tarixli № 340257-1-31968 (Kreditin yenidən maliyyələşdirilməsi) Müqaviləsi üzrə «Kredit alan»ın «Bank»a _xx.xx.2023_-cü il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi üçün 10.005,89 (on min beş manat səksən doqquz qəpik) manat məbləğində kreditin verilməsini bankın öhdəsinə götürməsi barədə razılıq əldə olunması aydın olur. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: müqavilənin 2.1-2.5-ci bəndlərinə əsasən kredtin məbləğinin 10.005,89 (on min beş manat səksən doqquz qəpik) manat olduğu, illik faiz dərəcəsnin 11%, kreditin müddətinin 59 (ay), kreditin təyinatının xx/xx/2022-cü il tarixli № 340257-1-31968 (Kreditin yenidən maliyyələşdirilməsi) Müqaviləsi üzrə «Kredit alan»ın «Bank»a xx.xx.2023-cü il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi, kredit üzrə cari hesabın AZ23VTBA**********0257AZN001 olduğu müəyyən olunur. müqavilənin 2.7-ci bəndinə əsasən «Bank» «Kredit alan»a müqavilənin 2.1-ci bəndində göstərilən məbləğdə və 2.3-cü bəndində göstərilən müddətə (irəlidə «Kredit müddəti») kredit məbləği ayırmağı (irəlidə «Kredit»), «Kredit alan» isə krediti, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən təyinatına uyğun olaraq istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə «Bank»a müqavilənin 2.2-ci bəndində göstərilən illik faizi (irəlidə «Faizlər») ödəməyi öhdəsinə götürür. müqavilənin 2.9-cu bəndinə əsasən kredit, hazırki müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın müvafiq cari hesabına köçürlür və müqavilənin 2.4 bəndində qeyd olunan təyinata uyğun istifadə edilir. Kreditin uçotu «Kredit alan»ın müvafiq Bank hesabında aparılır. müqavilənin 4.1-ci bəndinə əsasən kredit müddətinin axımı kredit «Kredit alan»ın cari hesabına köçürüldüyü təqvim tarixindən (irəlidə «Kreditin verilmə tarixi») başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri-iş gününə düşərsə, növbəti iş günü bitir. müqavilənin 4.8-ci bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. müqavilənin 6-cı bəndinə əsasən «Bank» aşağıdakı hallarda hazırki Müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada Müqaviləni vaxtından əvvəl ləğv edilə bilər: «Kredit alan»ın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, bu isə Müqavilə üzrə pul öhdəliklərinin icra edilməsi tələbi üçün təhlükə yaratdıqda və/və ya «Bank»a bu hal yalnız Müqavilə bağlandıqdan sonra məlum olduqda; «Kredit alan» tərəfindən hazırki Müqavilənin bağlanması üçün, habelə Müqavilənin qüvvədə olduğu müddətdə «Bank»a təqdim edilən məlumatların, arayışların, müvafiq sənədlərin və s. həqiqətə uyğun olmadığı aşkar edildikdə; «Ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər «Kredit alan» tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda; «Kredit alan» hazırki Müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə; «Kredit alan»a və ya onun ərinə/arvadına üzərində mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlı ciddi əsaslarla dəstəklənən ehtimallar yarandıqda; «Kredit alan»a və ya onun ərinə/arvadına qarşı hər hansı cinayət üzrə ibtidai və məhkəmə araşdırmasına başlandıqda; «Kredit alan» hazırki Müqavilənin qüvvədə olduğu müddətdə «Bank»ı qabaqcadan yazılı qaydada xəbərdar etmədən AR müvəqqəti (üç aydan artıq müddətə) və ya daimi tərk etdikdə müqavilənin 9.2-ci bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və «Kredit alan» tərəfindən ödənilir. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. Həmin müqaviləyə əlavə - ödəniş qrafikindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi 59 ay müddətində 23 iyun 2023-cü ildən başlayaraq ilk 12 ay müddətində müxtəlif məbləğlərdə faiz borcunu, 13-cü aydan başlayaraq sonuncu aya qədər əsas və faiz borcundan ibarət 264.02 manat, sonuncu ay isə 206.64 manat borcu iddiaçıya qaytarmaq olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bank tərəfindən verilmiş hesabdan çıxarış cədvəlindən 10005.89 manat pul məbləğinin borcalanın AZ23VTBA**********0257AZN001 nömrəli bank hesabına köçürülməsi aydın olur. Bank tərəfindən borcalana müqavilələrə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq məktubu göndərilmiş lakin göndərilən ünvanda yaşamadığından ünvanına çatmamışdır. Borcalan isə müqavilə üzrə öhdəliyini lazımınca icra etməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. xx.xx.2023-cü il tarixli, 340257-CNS-45448 nömrəli borcun restruturizasiyasına dair müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından belə məlum olur ki, Cavabdeh kredit müqaviləsi üzrə 10005.89 manat əsas, 565.61 manat faiz, 402.05 manat cərimə borcu olmaqla cəmi 10973.55 manat borcunun olduğu müəyyən olunur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan əsas borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilə onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında müqavilə bağlanması, borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və dolayısı ilə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması müəyyən olunur. İddiaçı isə 30 sentyabr 2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinin ləğvinə və bütün qalıq borcun ödənilməsinə dair bildiriş göndərərək kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini bildirmiş və 10.005,89 (on min beş manat səksən doqquz qəpik) manat əsas , 565.61 (beş yüz altmış bir manat, altmış bir qəpik) manat faiz, 402.05 (dörd yüz iki manat, beş qəpik) cərimə, cəmi 10973.55 (on min doqquz yüz yetmiş üç manat əlli beş qəpik) manat borcun ödənilməsini tələb etmişdir. Bu səbəbdən də cavabdehin ona qarşı olan faiz borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır. Sözügedən hal iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş pretenziya məktubunda qeyd edilmiş məbləğlərlə müəyyən olunur. Ödəniş qrafikinə əsasən bankın tələb etdiyi 565.61 manat faiz borcu məhkəməyə müraciət etdiyi tarixə - xx.xx.2024-cü il tarixinə uyğun və ədalətlidir. Bu səbəbdən də məhkəmə iddia tələbini faiz borcuna dair hissədə əsaslı hesab edir. Müqavilənin 9.2-ci maddəsinə əsasən tərəflər razılaşmışlar ki, müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və «Kredit alan» tərəfindən ödənilir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Borcalan 10.005,89 (on min beş manat səksən doqquz qəpik) manat əsas borca münasibətdə 402.05 (dörd yüz iki manat, beş qəpik) manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilər və cavabdehdən tutulmalı dəbbə pulunun məbləği ağlabatan və ədalətlidir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tam təmin edilməli, xx.xx.2023-cü il tarixli, 340257- CNS-45448 nömrəli borcun restruturizasiyasına dair müqaviləsi üzrə 10.005,89 (on min beş manat səksən doqquz qəpik) manat əsas, faiz borcu üzrə 565.61 (beş yüz altmış bir manat, altmış bir qəpik) manat, cərimə borcu üzrə 402.05 (dörd yüz iki manat, beş qəpik) manat olmaqla, cəmi 10973.55 (on min doqquz yüz yetmiş üç manat əlli beş qəpik) manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi 122.92 (bir yüz iyirmi iki manat, doxsan iki qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli, 340257- CNS-45448 nömrəli borcun restruturizasiyasına dair müqaviləsi üzrə 10.005,89 (on min beş manat səksən doqquz qəpik) manat əsas, faiz borcu üzrə 565.61 (beş yüz altmış bir manat, altmış bir qəpik) manat, cərimə borcu üzrə 402.05 (dörd yüz iki manat, beş qəpik) manat olmaqla, cəmi 10973.55 (on min doqquz yüz yetmiş üç manat əlli beş qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 122.92 (bir yüz iyirmi iki manat, doxsan iki qəpik) manat miqdarında dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-718/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-718/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver