Məhkəmə qərarları › İş №e-2(079)-725/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-725/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-725/2024 07.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2200 manat əsas borcun, vaxtında ödənilməyən ödənişin yaratdığı zərərə görə 1125 manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 42 manat dövlət rüsumununun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirən məhkəmə bildirir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı ərizənin sözügedən tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddia ərizəsinə əlavə olunmuş tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9-cu bəndində nəzərdə tutulmuşdur ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Müqavilədə nəzərdə tutulmasına baxmayaraq tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə olunmamışdır. Beləliklə iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barəsində cavabdehlə aralarında müqavilə ilə nəzərdə tutulmuş pretenziya qaydasına əməl etmədən məhkəməyə müraciət etmişdir. MPM-in 152.1 və 152.1.6-cı maddələrinin tələbinə görə əgər müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş borcun ödənilməsinə dair borcluya yazılı bildiriş göndərildikdən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına dair razılıqlarına dair iddiaçıya izah edir ki, hazırda eyni zamanda borcludan pul məbləğinin tutulması üçün icra qeydinin aparılması məqsədilə iddiaçının notariusa müraciət etməsi üçün hüquqi şərait mövcuddur və notariusa müraciət edildiyi halda borcludan pul məbləğlərini tutmaq üçün borclunun olduğu yer üzrə notarius “Notariat haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və müvafiq iddia müddətləri keçmədiyi halda borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmaq vəzifəsini daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.3-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddiaçıya izah olunmalıdır ki, MPM-in 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. 08 oktyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan branch filialı vasitəsilə 3896 nömrəli qəbzlə ödənilmiş 42 (qırx iki) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. 08 oktyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan branch filialı vasitəsilə 3896 nömrəli qəbzlə ödənilmiş 42 (qırx iki) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar