Məhkəmə qərarları › İş №e-2(079)-75/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-75/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-75/2025 17.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə 05 dekabr 2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 02 aprel 2024-cü il tarixli, NXNPU- 00229 saylı Razılaşma üzrə əsas borca görə 12050,87 (on iki min əlli manat, səksən yeddi qəpik) manat, faiz borcuna görə 906,35 (yeddi yüz əlli dörd manat, otuz doqquz qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 12957,22 (on iki min doqquz yüz əlli yeddi manat, iyirmi iki qəpik) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 129 manat pulun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2024-cü il tarixli, NXNPU-00229 saylı nağd pul kreditinin götürülməsinə dair əsas şərtlər-Razılaşmaya əsasən illik 18.5 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 13000 (on üç min) manat məbləğində cavabdehə şəxsi istehlak üçün kredit verilmişdir (müqavilənin 1.1., 1.2. və 1.3. maddələri). Lakin cavabdeh müqavilə üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq o öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2024-cü il tarixli pretenziya bildirişinə əsasən cavabdehə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi təklif edilmiş və borcun ödənilməsi tələb edilmişdir. Lakin bu bildirişdən də sonra cavabdeh borcunu qrafik üzrə tam ödəməmişdir. Tərəflər arasında bağlanmış 02 aprel 2024-cü il tarixli, NXNPU-00229 saylı Razılaşmaya əsasən hər ayın 02-dən gec olmayaraq ayda 358,28 manat qrafik üzrə ödəniş etməli olduğu halda Cavabdeh bunu etməmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə 02 aprel 2024-cü il tarixli, NXNPU- 00229 saylı müqaviləsi üzrə qalıq borcu 12050,87 (on iki min əlli manat, səksən yeddi qəpik) manat, kreditdən istifadəyə görə faiz borcu 906,35 (doqquz yüz altı manat, otuz beş qəpik) manat, dəbbə borcu 0 (sıfır) manat, cəmi borcu 12957,22 (on iki min doqquz yüz əlli yeddi manat, iyirmi iki qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 02 aprel 2024cü il tarixli, NXNPU-00229 saylı Razılaşma üzrə əsas borca görə 12050,87 (on iki min əlli manat səksən yeddi qəpik) manat, faiz borcuna görə 906,35 (doqquz yüz altı manat otuz beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 12957,22 (on iki min doqquz yüz əlli yeddi manat iyirmi iki qəpik) manat pul tutulmalıdır. Tələblərimizin əsası kimi istinad etdiyimiz fakt və hallar yuxarıda göstərilmişdir. Onları təsdiq edən sübutlarm siyahısı isə iddia ərizəsinə əlavə olunan sənədlərin siyahıda da göstərildiyi kimi 02 aprel 2024-cü il tarixli, NXNPU-00229 saylı nağd pul kreditinin götürülməsinə dair əsas şərtlər-Razılaşmanm surəti, ödəniş qrafıkinin surəti, borc haqqında arayışın əsli, kassa məxaric orderinin surəti və iddia ərizəsinə əlavə olunan digər sənədlərdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etdiyini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında NXNPU-00229 saylı kredit müqaviləsinin bağlanmış olması, İddiaçı ASC tərəfindən borcalana kreditin verilməsi, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - 02 aprel 2024-cü il tarixli müqavilədən İddiaçı ASC ilə Cavabdeh arasında əsas kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən 48 ay müddətinə 13000 (on üç min) manat məbləğində kreditin verilməsi barədə razılıq əldə olunması; - xəbərdarlıqdan və poçt xəbərnaməsindən İddiaçı ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci bəndinin yarımbəndlərinə əsasən Kreditverən (Bank) borcalana illik 18.5 % faiz dərəcəsi olmaqla 48 (qırx səkkiz) ay müddətinə 13000 (on üç min) manat məbləğində şəxsi istehlak məqsədilə cavabdehə kredit verilmişdir. - müqavilənin 2.1 və 2.2-ci bəndindən aydın olur ki, Müştəri bu Razılaşmanı imzalamaqla Bank tərəfindən təklif edilən və X1 nəzərdə tutulan E-baııkçılıq (elektron bankçılıq) xidmətindən istifadə etmək hüququ əldə edir. Müştərinin E-bankçılıq xidmətindən istifadə hüququ Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada dayandırıla və məhdudlaşdırıla bilər.Tərəflər təsdiq edirlər ki, E-Bankçılıq xidmətlərindən istifadə, Kredit götürülməsi ilə bağlı Tərəflər arasında yaranan münasibətlər Müqavilə (bu Əsas Şərtlər, X3 və Müqavilənin digər ayrılmaz tərkib hissələri də daxil olmaqla) ilə tənzimlənir. Müştəri İddiaçı ASC-də xx.xx.2023cü il tarixində təsdiq edilmiş Müqavilənin hazırkı tarixə qüvvədə olan və Bankın https://www.rabitabank.com/yuklemeier-ve-destek İnternet Səhifəsində dərc olunan Ümumi Şərtlərini yüklədiyini, həmin Şərtlərlə diqqətlə tanış olduğunu, onlarla razılaşdığını və qəbul etdiyini bu Razılaşmanı imzalamaqla təsdiq edir və bu Razılaşmanın imzalanması nəticəsində həmin Ümumi Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Müştəri X3nə müvafiq QR-kod vasitəsilə də keçid əldə edə bilər. - müqavilənin 3.1-ci bəndindən aydın olur ki, Müştəri Kredit üzrə ödənişləri bu Razılaşmaya əlavə edilən Kreditin Ödənişi Cədvəli əsasında annuitet qaydada olaraq ödəməyi öhdəsinə »götürür. - müqavilənin 3.2-ci bəndindən aydın olur ki, Müştəri aldığı krediti ümumi Şərtlərdə və bu Razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan ‘Kreditin ödəniş cədvəl(lər)inə uyğun olaraq Banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. - müqavilənin 3.3-cü bəndindən aydın olur ki, Bu Razılaşma üzrə verilmiş kreditin ödənişlərinin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin gecikmə faizi Müqavilənin 1.7-ci bəndində qeyd olunan faiz dərəcəsi nəzərə alınmaqla gündəlik hesablanır. - müqavilənin 3.5-ci bəndindən aydın olur ki, Müştəri ilə Bank arasındakı kredit ilə bağlı hüquq münasibətləri və bu Razılaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Kreditin müddətinin bitib-bilməməsindən asılı olmayaraq, bıı X5rşısında bu Razılaşma əsasında yaranmış öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə qalır. - müqavilənin 3.6-cı bəndindən aydın olur ki, Tərəflər təsdiq edirlər ki, X6rşısında bu Razılaşma əsasında yaranmış istənilən borc öhdəliyini (kredit, hesablanmış faizlər və dəbbə pulu, Texniki Overdraft nəticəsində və/və ya səhvən Müştərinin hesabına köçürülən vəsaitlər, xidmət haqqı/komissiya və s.) Müştərinin razılığı tələb olunmadan onun Bankdakı istənilən vəsaitindən mübahisəsiz qaydada akseptsiz olaraq silmək hüququna malikdir (əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya silinmə tarixinə Bankın tətbiq etdiyi müvafiq valyuta üzrə məzənnə əsas götürülməklə Bankın Tariflərinə əsasən həyata keçirilir). Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 385.31 manat, sonuncu ay isə 383.13 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi iddia ərizəsinə əlavə edilmiş 02 aprel 2024-cü il tarixli kreditin hesaba köçürmə ilə bağlı elan və eyni tarixli kassa məxaric orderi ilə sübuta yetirilir. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materialları ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. xx.xx.2024-cü il tarixli arayışından cavabdehin NXNPU-00229 saylı müqavilə üzrə iddiaçıya 12050,87 manat əsas, 906,35 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 12957,22 manat borcunun qaldığı məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, yuxarıda istinad edilmiş kassa məxaric orderi və arayış borcun miqdarının müəyyən edilməsi zamanı kifayət qədər mötəbər sübut hesab edilməli və nəzərə alınmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 02 aprel 2024-cü il tarixli NXNPU-00229 saylı, kredit müqaviləsinə əsasən 12050,87 (on iki min əlli manat, səksən yeddi qəpik) əsas borc, 906,35 (yeddi yüz əlli dörd manat, otuz doqquz qəpik) faiz borcu, 0 (sıfır) manat cərimə borcu olmaqla, ümumilikdə 12957,22 (on iki min doqquz yüz əlli yeddi manat, iyirmi iki qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 02 aprel 2024-cü il tarixli NXNPU-00229 saylı, kredit müqaviləsinə əsasən 12050,87 (on iki min əlli manat, səksən yeddi qəpik) əsas borc, 906,35 (yeddi yüz əlli dörd manat, otuz doqquz qəpik) faiz borcu, 0 (sıfır) manat cərimə borcu olmaqla, ümumilikdə 12957,22 (on iki min doqquz yüz əlli yeddi manat, iyirmi iki qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 129 (bir yüz iyirmi doqquz) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar