Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-77/2025 13.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borc üzrə 77.37 (yetmiş yeddi manat otuz yeddi qəpik) manat, faiz borcu üzrə 1.90 (bir manat, doxsan qəpik) manat, cərimə borcu üzrə 15.46 AZN (on beş manat qırx altı qəpik), cəmi borc 94.73 (doxsan dörd manat, yetmiş üç qəpik) manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC və Cavabdeh arasında 283875 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində pul ayrılmışdır və o, 24 (iyirmi dörd) ay müddətində illik 16 % (on altı) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X3 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı, eyni zamanda mobil nömrəyə SMS Pretenziya göndərməklə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə olan borcu: əsas məbləğ üzrə borc: 77.37 (yetmiş yeddi manat, 37 qəpik) manat, faiz borcu üzrə 1.90 (bir manat 90 qəpik) manat, cərimə borcu üzrə 15.46 (on beş manat qırx altı qəpik) manat, cəmi borc: 94.73 (doxsan dörd manat, yetmiş üç qəpik) manat məbləğində təşkil edir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh “Bank hesabı, debet kartı, kredit kartı" haqqında qarışıq müqavilə bağlaması, cavabdehin bankın xidmətlərindən istifadə etməsi, üzərinə müqavilə üzrə öhdəliklər götürməsi aydın olur. Yuxarıda qeyd olunanlar mülki iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş kredit müqaviləsinin surətindən iş üzrə tərəflər arasında sözügedən müqavilənin bağlandığı və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklər götürməsi; -iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından Cavabdeh "YapıKredi Bank Azərbaycan” QSC-yə əsas məbləğ üzrə 96.08 AZN, hesablanmış və ödənilməmiş faiz borcu 3.16 AZN, cərimə borcu 12.81 AZN olmaqla cəmi 112.05 AZN borcunun olması; -iddia ərizəsinə əlavə olunmuş SMS (pretenziya) bildirişindən isə cavabdehə öhdəliyinin icrası tələbi irəli sürüldüyü aydın olur. Məhkəmə iş materiallarını, iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddiası əsaslıdır. Yuxarıda qeyd olunan sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh göndərilən məhkəmə sənədlərində isə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olaraq qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş “kredit müqaviləsi"ndən belə məlum olur ki, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: -müqavilənin 1.1-ci maddəsinə əsasən, Bu müqavilənin predmetinə və s. dair şərtlər müqavilənin müvafiq hissələrindəki müddəalarla tənzimlənir. «Borcverən» «Borcalan»-a bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə istehlak yönümlü kredit verir, «Borcalan» isə kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə «Borcverənə» qaytarmasını öhdəsinə götürür; - müqavilənin 1.2-ci maddəsinə əsasən kreditin məbləği 500 (beş yüz) AZN təşkil edir. - müqavilənin 1.3-cü maddəsinə əsasən Kredit Borcalana 24 ay müddətinə və istifadəsinə görə illik 16% dərəcəsini ödəmək şərti ilə verilir. Bu müqaviləyə görə 1 il 360 gündən ibarətdir və kredit üzrə faizlər ilin 360 gününün faktiki saylarının əsasında hesablanır. Faizlər kreditin «Borcalana» verildiyi gündən hesablanır və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən kreditin qaytarılma cədvəlində müəyyən edilmiş qaydada və məbləğlərdə ödənilir. Kredit üzrə faizlər bu müqavilənin şərtlərinə əsasən kredit “Borcalana” verildiyi gündən borcun tam qaytarılması anınadək hesablanır. Kredit məbləği «Borcalana» "xxxx" QSC-də açdığı müvafiq cari hesaba köçürülməklə verilir. - müqavilənin 1.4-cü maddəsinə əsasən «Borcalan» «Borcverənə» kredit reyestri üzrə 0 (sıfır) manat məbləğində komisyon haqqını ödəyir. Bununla yanaşı, "Borcalan” “Borcverənə” nağd çəkdiyi kredit məbləğinin 0.00 məbləğində nağd çəkmə və 1.65 % miqdarında kredit verilmə üzrə komisyon haqqını ödəyir və ya “Borcverən” “Borcalana” verilən kredit məbləğinin 1.65 % miqdarında komisyon haqqını “Borcalan”ın hesabından tutur. - müqavilənin 1.5-ci maddəsinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi (komisyon xərclər daxil olmaqla) 17.67 faiz təşkil edir. - müqavilənin 4.1-ci maddəsinə əsasən borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir. - müqavilənin 5.2-ci maddəsinə əsasən «Borcalanın» kredit borcları haqqında məlumatların alınması və onun haqqında toplanan məlumatlarda qeyri-dəqiqliyin aradan qaldırılması üçün yazılı formada Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciət etmək, «Borcalan»-ın əmlak, maliyyə vəziyyəti və bank hesabları barədə məlumatları ondan tələb və əldə etmək; «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə, kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və/və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və/və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək; - müqavilənin 5.3.2-ci maddəsinə əsasən borcverənin «Borcalan» kreditin əsas məbləğinin və/və ya ona hesablanmış faizlərin tam məbləğinin, yaxud hər hansı bir hissəsinin bu müqavilə ilə müəyyən edilmiş qaydada ödənilməsi üzrə öhdəliklərini icra etmədikdə və/və ya lazımınca icra etmədikdə; «Borcalan» bu müqavilənin 6-ci maddəsi ilə müəyyən edilmiş vəzifələrinin hər hansı birini icra etmədikdə və/və ya lazımınca icra etmədikdə kreditin əsas məbləğinin və ondan faktiki istifadə edildiyi müddət üçün hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb edə, tələbi yerinə yetirilmədikdə isə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. - müqavilənin 6.1-ci maddəsinə əsasən“Borcalan”“Borcverən” qarşısında müəyyən edilmiş hər hansı bir öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Borcverən-in hesabındakı pul vəsaitini ona qarşı olan tələb miqdarında (məbləğində) sərəncamı olmadan borcu (öhdəlikləri) əvəzinə mübahisəsiz qaydada hesabından silmək və/və ya ona qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləğində) hesabdaki məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malik olmasını qəbul, bəyan və təsdiq edir. - müqavilənin 9-cü maddəsinə əsasən bu müqavilədən irəli gələn mübahisələrin həlli zamanı AR qanunvericiliyi rəhbər tutulur. Bu müqavilənin yerinə yetirilməsi zamanı əmələ gələn hər hansı mübahisəli məsələlər tərəflər danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Tərəflər arasında razılıq əldə edilmədikdə mübahisəyə AR aidiyyəti məhkəməsində baxılacaq. Kredit müddəti ərzində bu müqaviləyə əlavə, düzəliş və dəyişikliklərin edilməsi tərəflər arasında yazılı sazişin bağlanması yolu ilə həyata keçiriləcək. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, “X3 Azərbaycan" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 283875 nömrəli müqavilənin mühüm şərtləri barədə tərəflər arasında tələb olunan formada razılıq əldə olunub. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini icra etməməsi hesab bildirişləri ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) SMS-dən aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsinə əsasən borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və / və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəməyi öhdəsinə götürdüyünü təsdiq etmişdir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimə borcunun miqdarına gəldikdə isə, 12 sentyabr 2024-cü il tarixli maliyyə arayışından aydın olur ki, X1 30 iyun 2022-ci il tarixli, 283875 nömrəli müqavilə üzrə 12.81 manat təşkil edir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilsə də, məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən görünür ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair hissədə qismən təmin edilməli, 30 iyun 2022-ci il tarixli, 283875 nömrəli müqavilə üzrə 3.86 (üç manat, səksən altı qəpik) manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar olan məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə Cavabdeh 77.37 (yetmiş yeddi manat otuz yeddi qəpik) əsas borc, 1.90 (bir manat, doxsan qəpik) faiz borcu, 3.86 (üç manat, səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 83.13 manat (səksən üç manat, on üç qəpik) borc tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 26.32 (iyirmi altı manat, otuz iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 77.37 (yetmiş yeddi manat otuz yeddi qəpik) əsas borc, 1.90 (bir manat, doxsan qəpik) faiz borcu, 3.86 (üç manat, səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 83.13 manat (səksən üç manat, on üç qəpik) borc tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 26.32 (iyirmi altı manat, otuz iki qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-77/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-77/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver