Məhkəmə qərarları › İş №e-2(079)-771/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-771/2024

27.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-771/2024 27.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə müraciət edərək, 4416.00 (dörd min dörd yüz on altı) manat sığorta ödənişi məbləğinin və 64.16 (altmış dörd manat, on altı qəpik) manat dövlət rüsumunun, cəmi 4480.16 (dörd min dörd yüz səksən manat, ona altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "AtaSığorta” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "HOWO Yük markalı. 99M0947 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə "HOWO Yük" markalı, 99M0947 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və "Nissan Sunny” markalı. 10VO923 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, hadisə nəticəsində X5 yüngül bədən xəsarəti almışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4416.00 (dörd min dörd yüz on altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yasamal Rayon Məhkəməsinin "xxxx" ASC-yə təqdim etdiyi qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan qərarda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt "HOWO Yük" markalı, 99M0947 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasına dair məlumatdan belə məlum olur ki, xx.xx.2020-ci il tarixli PAA********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı istehsal ili 2011 olan, 99MO947 dövlət qeydiyyat nişanlı, yük maşını nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qüvvədə olmaqla əmlaka dəyən zərər üzrə: 5 000 (beş min) manat, sağlamlığa dəyən zərərə görə: 1) Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə: 5 000 (beş min) manat; 2) Bir hadisə üzrə 50 000 (əlli min) manat sığorta məbləği ilə, sığorta haqqının hesablanması, sığorta haqqı 250 manat, yekun sığorta haqqı 250 manat olmaqla 1 il sığorta təminat müddəti ərzində xx.xx.2021-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(004)- 1278/2021 nömrəli qərarında göstərildiyi kimi Cavabdeh məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, sürücülük vəsiqəsinin vaxtı xx.xx.2021-ci il tarixdə bitmişdir, Covid-19 pandemiyası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına gedib gəlişdə yaranmış problemlə əlaqədar vaxtında gedib şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini dəyişə bilməmişdir. Protokol tərtib etmiş Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin DYPŞ YNH baş inspektoru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Cavabdeh 14 aprel 2021-ci il tarixdə saat 20:40 radələrində idarə etdiyi "HOWO Yük" markalı, 99M0947 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, “ASAN Xİdmət” qarşısında hərəkətdə olarkən N.Hikmət küçəsinə sağa dönüş edərkən X1 idarə etdiyi “Nissan Sunny” markalı, **-VO-*** dövlət qeydiyyat mişanlı avtomaşınla toqquşmuşdur. Eyni zamanda sürücü sürücülük vəsiqəsinin müddəti bitdikdən sonra, bununla da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Həmçinin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(004)-1278/2021 nömrəli qərarında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edildiyi aydın olur. xx.xx.2021-ci il tarixli, 21-02129/05/AA-1631/21 nömrəli sığorta aktından ümumi məlumatlar bölməsində PAA********** nömrəli sığorta müqaviləsi ilə "HOWO Yük" markalı, 99MO947 dövlət qeydiyyat nişanlı avtomobili, istehsal ili 2011-ci il olan avtomobilin xx.xx.2020-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək müddətdə, 55000.00 manat sığorta məbləği ilə sığortalandığı, sığorta hadisəsinin təfərrüatı olaraq hadisənin xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə-N.Hikmət küçələrinin kəsişməsində baş verdiyi, sığortalanmış avtomobil - "HOWO Yük" markalı, 99MO947 dövlət qeydiyyat nişanlı avtomobilin Nissan Sunny markalı 10VO923 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu, dəymiş zərərin 3666 manat olduğu, həmçinin hesablama aktında da dəymiş zərərin ümumi məbləğinin 3666 manat olduğu, xx.xx.2021-ci il tarixli hesablama aktına uyğun olaraq müəyyən edildiyi, nəqliyyat vasitəsinin hissələrinə dəymiş zərərin məbləği 2220 manat, görüləcək işlərin məbləği 1446 manat, zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 3666 AZN olduğu, xx.xx.2021-ci il tarixli, 21-01875/04/AA- 1631/21 nömrəli sığorta aktından sağlamlğıa dəymiş zərərin 750 manat olduğu, qiymətin əsasının texniki ekspertiza olduğu, sığorta ödənişinin ümumilikdə 4416 AZN olduğu, ödənişin köçürülmə üsulu ilə verildiyi, sığortaçının reqres hüququnun yarandığı müəyyən edilir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesablama aktından Nissan Sunny markalı, 10VO923 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 3666.00 manat həcmində olması müəyyən edildiyi, zədələnmiş detallar, zədələrin xarakteri, dəyişdirilmə və ya təmir edilmə zərurəti, görüləcək işlər və onların miqdarı, ölçü vahidi, məbləğlərinin: 1 ədəd ön qapı qiyməti 450 manat, 1 ədəd arxa qapı qiyməti 450 manat, 1 ədəd qanad 220 manat, 1 ədəd ön üzlük qiyməti 140 manat, 1 ədəd qanadaltı qiyməti 90 manat, 1 ədəd güzgü qiyməti 170 manat, 1 ədəd knopka qiyməti 40 manat, 2 ədəd ön işıq qiyməti 330 manat, 1 ədəd mühərrik qoruyucu qiyməti 140 manat, 1 ədəd təkər qiyməti 120 manat, 2 ədəd germetika 40 manat, 2 ədəd tarsovka 30 manat, cəmi 2220 manat olmaqla, işçilər üzrə dəmirçi 440 manat, rəngsaz 680 manat, elektrik 32 manat, plastmasçı 64 manat, armatur işi 120 manat, razval 20 manat, balans 10 manat, oturacaq təmiri 80 manat olmaqla cəmi 1446 manat olmaqla, ümumilikdə 3666 manat olduğu müəyyən edilir. 21-02129/05/AA-1631/21 nömrəli, xx.xx.2021-ci il tarixli Sığorta Aktından faydalanan şəxsin X6 olduğu aydın olur. Belə ki, 21-02129/05/AA-1631/21 nömrəli, xx.xx.2021-ci il tarixli sığorta aktından 3666 manat əmlaka dəymiş zərərin məbləği olan sığorta ödənişinin köçürmə yolu ilə "xxxx" ASC-nin Əhmədli flialı vasitəsi ilə ilə "xxxx" ASC tərəfindən X2 4501000BK8692218A79 nömrəli hesab nömrəsinə köçürüldüyü müəyyən olunur. xx.xx.2021-ci il tarixli, 21-01875/04/AA-1631/21 nömrəli sığorta aktından 750 manat sağlamlığa dəymiş zərərin məbləği olan sığorta ödənişinin köçürmə yoluilə "xxxx" ASC-nin Əhmədli flialı vasitəsi ilə ilə "xxxx" ASC tərəfindən X1 4501000BK8684718A79 nömrəli hesab nömrəsinə köçürüldüyü müəyyən olunur. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AS-23/830 nömrəli cavabdehə ünvanlanmış pretenziyadan “HOWO Yük” markalı, 99M0947 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində PAA********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunduğu, Cavabdeh xx.xx.2021-ci il tarixində “HOWO Yük” markalı, 99M0947 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətdiyi, “Nissan Sunny” markalı, 10VG923 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğu, hadisə nəticəsində X1 yüngül bədən xəsarəti aldığı, sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən 4416 (dörd min dörd yüz on altı) manat məbləğində sığorta ödənişi həyata keçirildiyi, hadisə ilə bağlı Yasamal RPİ DYPŞ-nin qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etdiyi, həmçinin qeyd olunan qərarda onun yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “HOWO Yük” markalı, 99M0947 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnuz olmadan idarə etdiyi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə. işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yarandığı, həmin qanunun 25.2-ci maddəsinə əsasən “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yarandığı”, qeyd olunanlara əsasən, "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 4416 (dörd min dörd yüz on altı) manat sığorta ödənişi məbləğində pul vəsaitini Cavabdeh tələb etdiyi müəyyən olunur. xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi "HOWO YÜK" markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobilin "Nissan Sunny” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğu, baş vermiş yol nəqliyyat hadisəsində" HOWO YÜK” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3666 manat, sağlamlığa dəymiş zərərə görə 750 manat sığorta ödənişi həyata keçirildiyi, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı (subroqasiya hüququ) maddəsinə əsasən Sığorta ödənişi almış şəxsin (zərərçəkən) ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı (zərərvuran) malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş Sığortaçının istifadə etmək hüququnun olduğu, "xxxx" ASC-nin zərərçəkənə sığorta ödənişi həyata keçirməklə subroqasiya hüququna nail olduğu və ödənilmiş zərər məbləğinin Sığorta təşkilatına ödənilməsi tələb olunduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi Sığortalının müvafiq Sığorta haqqı ödəməsi müqabilində Sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza Sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə Sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən Sığortalının (Sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin Sığortalıya (Sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "HOWO YÜK" markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonunda Şərifzadə-N.Hikmət küçəsinə sağa dönüş edərkən X1 idarə etdiyi "Nissan Sunny” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqqşması nəticəsində yol-nəqliyyat hadisəsinin törənilməsinə səbəb olmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(004)-1278/2021 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Nissan Sunny” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilə 3666 manat məbləğində maddi, X3 750 manat məbləğində sağlamlığa zərər dəymişdir. PAA********** saylı Sığorta şəhadətnaməsi əsasında xx.xx.2021-ci il tarixli hesablama aktına əsasən "xxxx" ASC tərəfindən 3666 manat, xx.xx.2021-ci il tarixli, 21-01875/04/AA-1631/21 nömrəli sığorta aktına əsasən 750 manat məbləğində Sığorta ödənişi həyata keçirilmişdir. PAA********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış icbari Sığorta müqaviləsi əsasında Sığortaçı ilə Sığortalı 99MO947 dövlət qeydiyyat nişanlı, HOWO YÜK nəqliyyat vasitəsinin 1 il Sığorta təminat müddəti ərzində xx.xx.2021-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə Sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin Sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət sığortalanmışdır. HOWO YÜK markalı nəqliyyat vasitəsinin qüsur aktına görə nəqliyyat vasitəsinə vurulmuş 3666 manat məbləğində zərər zərərçəkən X2, sağlamlığa dəymiş 750 manat məbləğində zərər zərərçəkən X1 hesabına köçürülmüşdür. Müəyyən olunur ki, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş Sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari Sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari Sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi Sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 4416 (dörd min dörd yüz on altı) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 64.16 (altmış dörd manat, on altı qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4416 (dörd min dörd yüz on altı) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 64.16 (altmış dörd manat, on altı qəpik) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar