Məhkəmə qərarları › İş №e-2(079)-791/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-791/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-791/2025 22.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi X2 "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 400 manat əsas, 54 manat faiz, 110 manat komissiya və 236 manat cərimə olmaqla, cəmi 800 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı BOKT MMC (bundan sonra “İddiaçı”) mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli **********02 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 400 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 400 manat, faiz borcu üzrə 54 manat, xidmət haqqına (komissiyaya) görə isə 110 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli 0**********02 saylı kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, “Mülki Məcəllə” ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən kreditin məbləği borcalanın ərizəsinə əsasən, borcalana hissə-hissə verilə bilər. Verilmiş kredit məbləğindən istifadə müddəti ən azı 7 (yeddi) gün müəyyən edilir. Borcalan ilkin ödəniş müddəti 30 gün olan kredit məbləği üçün müraciət edə bilər. Müqavilənin şərtlərinə əsasən, verilmiş kredit məbləğinin, habelə BOKT-a qaytarılmalı olan bütün digər məbləğlərin ödənilməsi tarixi müqavilənin Xüsusi şərtlərində qeyd olunur. - müqavilənin 1.14 və 1.15-ci bəndlərinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,6 % həcmində faiz tələb etmək hüququna malikdir. Borcalan kredit üzrə qaytarmalı olduğu məbləği əməliyyat gününün sonunadək (Bakı vaxtı ilə 23:00) ödəməzsə, borc gecikdirilmiş hesab olunur. - müqavilənin 1.17-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklər Borcalan tərəfindən yerinə yetirilmədikdə və ya lazımı qaydada yerinə yetirilmədikdə, BOKT bu Müqaviləyə əsasən, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün tədbirləri görmək hüququna malikdir, həmçinin BOKT-un aşağıdakı hüquqları var: 1) bu Müqavilə üzrə hüquqları (tələbləri) Borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək; 2) verilmiş kredit məbləğinin ödənilmə tarixi Borcalan tərəfindən 30 təqvim günündən artıq müddətə gecikdirilərsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, Borcalandan borcun məhkəməyəqədərki tədbirlərlə alınması üçün müraciət etmək; 3) verilmiş kredit məbləğinin qaytarılmaması barədə məlumatları BOKT-un məlumatların verilməsi üçün müqavilə bağladığı kredit bürolarına (bürosuna) ötürmək; 4) pozulmuş hüquqlarının müdafiəsi və Müqavilə üzrə borc məbləğinin ödənilməsi üçün Azərbaycan Respublikasının məhkəmə orqanlarına müraciət etmək. - müqavilənin 1.18 və 1.19-cu bəndlərinə əsasən bu Müqavilə Tərəflər onu imzaladığı andan qüvvəyə minir və Müqavilənin şərtlərinə əsasən, verilmiş kredit məbləği, habelə BOKTa qaytarılmalı olan bütün digər məbləğlər Borcalan tərəfindən tam ödənilənədək qüvvədə qalacaqdır. Bu Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə Tərəflər hazırki Müqavilə və/və ya Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. - müqavilənin 2.6.1-ci bəndinə əsasən -bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı gecikmə olduqda, onun baş verdiyi tarixdən sonrakı 5 iş günündən gec olmayaraq, BOKT aşağıdakılar barədə məlumatların çatdırılmasını təmin edən rabitə vasitələrindən istifadə edərək Borcalana aşağıdakılar barədə məlumat verir: Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı gecikmənin baş verməsi və ödənişlərin edilməsinin vacibliyi (bildirişdə göstərilən tarixə olan vaxtı keçmiş borcun məbləğini göstərməklə); Borcalanın BOKT-a müraciət etmək hüququ; Borcalanın Müqavilə üzrə öhdəliklərinin yerinə yetirməməsinin nəticələri. - müqavilənin 3.1-ci bəndinə əsasən verilmiş mikrokreditin məbləği Borcalanın ödəniş kartına köçürülmə yolu ilə təqdim olunur. - müqavilənin 4.1, 4.2 və 4.3-cü bəndlərinə əsasən borcalan verilmiş kredit məbləği üzrə Müqavilədə nəzərdə tutulmuş tarixlərdə ödəniş edərək, Müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləğini və bütün məbləğləri qaytarmağa borcludur. Verilmiş kredit məbləği üzrə borcun ödənildiyi tarix bazar gününə düşərsə, ödəniş günü növbəti iş günü hesab edilsin (həmin günə keçirilsin). Verilmiş kredit məbləğinin ödənildiyi tarix vəsaitin BOKT-un bank hesabına daxil olduğu tarix hesab olunur. Həmçinin, xx.xx.2025-ci il tarixli 0**********02 saylı kredit müqaviləsi üzrə əlavə kredit məbləğinin verilməsi haqqında müqavilənin şərtlərindən:  illik 108 % faizlə, kredit məbləğindən istifadəyə görə 54.00 AZN (faizlə 13.5%) haqq, xidmət haqqı isə 110.00 AZN olmaqla, 400.00 AZN kreditin verilməsi;  ödəniləcək ümumi məbləğin 564 AZN, ödənilmə tarixinin xx.xx.2025-ci il olması müəyyən edilir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İş materiallarında olan ödəniş qəbzlərindən 400 (dörd yüz) manat pul vəsaitinin Cavabdeh hesabına köçürülməsi aydın olur. Beləliklə, iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 400 manat pulun kreditlə Cavabdeh verildiyi məlum olur. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan əsas borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilə onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə İddiaçı BOKT MMC ilə Cavabdeh (xxxxxxx) arasında bağlanmış xx.xx.2025-ci il tarixli 0**********02 saylı mikrokredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 400 manat əsas, 54 manat faiz, 110 manat komissiya və 236 manat cərimə olmaqla cəmi 800 manat borc mövcuddur. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025ci il tarixli 0**********02 saylı müqavilənin 1.14-cü bəndinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,6% həcmində faiz tələb etmək hüququna malikdir. Ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında müqavilə bağlanması, borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və dolayısı ilə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması müəyyən olunur. İddiaçı isə 18 oktyabr 2025-ci il tarixdə cavabdehə kredit müqaviləsinin ləğvinə və bütün borcun tam olaraq üç iş günü müddətində ödənilməsinə dair bildiriş göndərərək kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini bildirmiş və 400 manat əsas, 54 manat faiz, 236 manat cərimə, 110 manat komissiya borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə iddia tələbinin 110 manat komissiya haqqı tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə müqavilə azadlığı prinsipini və borcalan tərəfindən öhdəliyin vaxtında icra edilmədiyini nəzərə alaraq razılaşdırılmış 110 manat hissəsinə münasibətdə iddiaçının komissiya haqqı tələbini əsaslı sayır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Hazırki işin hallarından görünür ki, borcalan 400 (dörd yüz) manat əsas borca münasibətdə 236 (iki yüz otuz altı) manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 20 (iyirmi) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli 0**********02 saylı mikrokredit müqaviləsi üzrə 400 (dörd yüz) manat əsas, faiz borcu üzrə 54 (əlli dörd) manat, 110 manat (bir yüz on) komissiya, cərimə borcuna görə 20 (iyirmi) manat olmaqla, cəmi 584 (beş yüz səksən dörd) manat borc Cavabdeh tutularaq iddiaçı "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi 21.9 (iyirmi bir manat, doxsan qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq  qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli 0**********02 saylı mikrokredit müqaviləsi üzrə 400 (dörd yüz) manat əsas, faiz borcu üzrə 54 (əlli dörd) manat, 110 manat (bir yüz on) komissiya, cərimə borcuna görə 20 (iyirmi) manat olmaqla, cəmi 584 (beş yüz səksən dörd) manat borc Cavabdeh tutularaq iddiaçı "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 21.9 (iyirmi bir manat, doxsan qəpik) manat miqdarında dövlət rüsumu alınaraq "SF Azerbaijan” Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar