Məhkəmə qərarları › İş №e-2(079)-801/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-801/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-801/2024 03.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı iddiaçı "X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı "X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əsas məbləğ üzrə borc 77.37 (yetmiş yeddi manat, 37 qəpik), faiz borcu 1.90 AZN (bir manat, 90 qəpik), cərimə borcu 14.94 AZN (on dord manat, 94 qəpik), cəmi borc 94.21 AZN (doxsan dörd manat, 21 qəpik) məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçıya bildirir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı ərizənin sözügedən tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasına yol verilir. Tələbdən aydın olur ki, iddiaçı «X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan iddiasının qiyməti beş min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. Bu səbəbdən də ərizənin MPM-in 23-1-ci fəslində nəzərdə tutulmuş normaların tələbləri daxilində verilib-verilmədiyi araşdırılmalıdır. MPM-in 284-4-cü maddəsində işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. MPM-in 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçı "X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2022-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş tərəflərin imzaladığı müqavilədən belə məlum olur ki, həmin müqavilə ilə Bank Borcalana 500.00 (beş yüz) manat məbləğində kredit verir, borcalan isə müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmağı öhdəsinə götürür. "X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinin: - 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən kreditin məbləği 500 (beş yüz) AZN təşkil edir, kredit borcalana 24 ay müddətinə və istifadəsinə görə illik 16% dərəcəsini ödəmək şərti ilə verilir, - 1.5-ci bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi (komisyon xərclər daxil olmaqla) 17.67 faiz təşkil edir. - 4.1-ci bəndinə əsasən borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir. - 9-cu bəndinə əsasən bu müqavilədən irəli gələn mübahisələrin həlli zamanı AR qanunvericiliyi rəhbər tutulur. Bu müqavilənin yerinə yetirilməsi zamanı əmələ gələn hər hansı mübahisəli məsələlər tərəflər danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Tərəflər arasında razılıq əldə edilmədikdə mübahisəyə AR aidiyyəti məhkəməsində baxılacaq. Kredit müddəti ərzində bu müqaviləyə əlavə, düzəliş və dəyişikliklərin edilməsi tərəflər arasında yazılı sazişin bağlanması yolu ilə həyata keçiriləcək. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada kredit məbləğinin borcalanın müvafiq hesabına köçürülməsini təsdiq edən sənədlər (kredit hesabından çıxarış və ya balansdankənar məxaric orderi) ərizəyə əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, müqavilənin bağlanması hələ onun icrası demək deyildir. Bu səbəbdən də məhkəmə MPM-in 284-4 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından imtina olunmalıdır. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, tərəflər arasında mübaisənin müqavilədən irəli gələn məhkəmədən kənar qaydada həlli qaydasına raiyət edilməmişdir. MPM-in 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı "X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə izah edilsin ki, MPM-in 284- 4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və MPM-in 263, 264, 284-4.1-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: "X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. "X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar