Məhkəmə qərarları › İş №e-2(079)-812/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-812/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-812/2024 05.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d im: "xxxx" Açıq Səhmdar Cəmiyyəti «04» dekabr 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdehdan 02 aprel 2024-cü il tarixli, NXNPU- 00229 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 12050,87 (on iki min əlli manat, səksən yeddi qəpik) manat, faiz borcuna görə 906,35 (doqquz yüz altı manat, otuz beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 12957,22 (on iki min doqquz yüz əlli yeddi manat, iyirmi iki qəpik) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 129 manat pulun iddiaçı "xxxx" ASC -nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirərkən müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair ərizəsi Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış və həmin qərardadla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 129 manat (bir yüz iyirmi doqquz) miqdarında dövlət rüsumu da ona geri qaytarılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia ərizəsi ilə yenidən müraciət edilərkən məhkəmə tərəfindən iddiaçıya qaytarılmasına dair qərar verilən dövlət rüsumuna istinad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən hazırki iddia ərizəsi və əlavə olunan sənədlər ona geri qaytarılmalıdır. Belə ki, MPM-in: - 108.1 və 108.1.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. - 150.0 və 150.1.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. - 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə olan halda ərizə geri qaytarılmalı olduğundan iddiaçı “"xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları və MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar