Məhkəmə qərarları › İş №e-2(079)-826/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-826/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-826/2025 27.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti 08 dekabr 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4941,63AZN əsas, 2259,3AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 7200,93 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 92,01 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 29% ödəmək şərtilə 4200 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsini imzalamaqla xx.xx.2021ci tarixli kütləvi ofertanı qəbul etmişdir. Kartın istifadəsi zamanı xx.xx.2022-ci il tarixində cavabdeh özünə aid olmayan 741,63 AZN məbləğinin istifadə etməsi texniki overdraftın yaranması ilə nəticələnmişdir. Həmin ofertanın 2.2.5-ci maddəsinin c bəndinə əsasən müştərinin bank hesabına və ya balansında səhvən daxil olmuş pul vəsaitləri Müştəri tərəfindən geri qaytarımadıqda və ya bu vəsaitlərin Bank tərəfindən akseptsiz silinməsi üçün onun bank hesablarında kifayət qədər pul vəsaiti olmadıqda, Müştərinin Bank qarşısında kredit öhdəliyi yaranır və kredit xətti açıla bilər (kredit xətti olan müştərilərə). Bu halda Müştəri kreditdən istifadəyə görə Bankın həmin kredit məhsulu üzrə borc yaranan günə olan mövcud faiz dərəcələrinə uyğun olaraq illik faiz ödəməlidir. Aktiv kredit xətti olmayan müştərilərin hesablarında bu hal overdraft kimi tanınır Müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnir. Hesab üzrə texniki overdraft yarandığı halda “Borcalan” “Bank” qarşısında yaranmış borcu texniki overdraft yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 5597sXRD/21 nömrəli kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Belə ki, müqavilənin: - 1.1-ci bəndinə əsasən bank borcalana sms məlumatlandırmada qeyd edilən müddətə, 10 000 (on mini manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "Bank"a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xətti yalnız borcalanın kartda olan şəxsi vəsaitindən sonra istifadə olunur (Məsələn kartda 1000 AZN xətdir, 500 AZN isə şəxsi vəsait borcalan 650 AZN vəsait istifadə etdiyi təqdiraə 500 AZN şəxsi vəsaitindən silinir. 150 AZN isə kredit xəttindən) Bu zaman istifadə olunmuş kredit xəttindən istifadəyə görə maksimum 1.5% (minimum 1 (bir) manat olmaqla) nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Ödəniş kartından POS terminal vasitəsilə istifadə zamanı borcalan taksitli (hıssələrə) və ya adi alış-vatış etmək barədə seçim edir və bu zaman seçimə görə borcalan şəxsən məsuliyyət daşıyır Taksitli alış-veriş üçün komissiya haqqı tətbiq edilə bilər ödəniş kartının istifadə müddəti 60 (altmış) aydır. - 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 30%, maksimum 40% faiz təşkil edir. - 1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə ona təqdim edilmiş ödəniş kartından debet kart kimi istifadə edə bilər. Ödəniş kartının cari hesabındakı gündəlik qalığa illik minimum 0%, max 6% dərəci ilə faiz hesablanır. - 2.10-cu bəndinə əsasən borcalan kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. İş materiallarına əlavə olunmuş SMS çıxarışdan iddiaçı ilə Cavabdeh arasında illik 29% olmaqla, 35 ay müddətinə 4200 manat kredit xəttinin rəsmiləşdirildiyi aydın olur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-xx.xx.2025-ci il tarixləri əhatə edən hesab üzrə çıxarışdan 3116.45 manat kredit məbləğinin Cavabdeh hesabına köçürüldüyü aydın olur. Bank tərəfindən borcalana müqavilələrə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Borcalan isə müqavilə üzrə öhdəliyini lazımınca icra etməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 5597sXRD/21 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından belə məlum olur ki, Cavabdeh kredit müqaviləsi üzrə 4941.63 manat əsas, 2259.3 manat faiz, 0 manat cərimə borcu olmaqla cəmi 7200.93 manat borcunun olduğu müəyyən olunur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli, 5597sXRD/21 saylı kredit müqaviləsi üzrə 4941.63 (dörd min doqquz yüz qırx bir manat, altmış üç qəpik) manat əsas, 2259.3 (iki min iki yüz əlli doqquz manat, otuz qəpik) manat faiz borcu olmaqla, cəmi 7200.93 (yeddi min iki yüz, doxsan üç qəpik) manat borc Cavabdeh tutularaq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 92.01 (doxsan iki manat, bir qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 5597sXRD/21 saylı kredit müqaviləsi üzrə 4941.63 (dörd min doqquz yüz qırx bir manat, altmış üç qəpik) manat əsas, 2259.3 (iki min iki yüz əlli doqquz manat, otuz qəpik) manat faiz borcu olmaqla, cəmi 7200.93 (yeddi min iki yüz, doxsan üç qəpik) manat borc Cavabdeh tutularaq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 92.01 (doxsan iki manat, bir qəpik) manat miqdarında dövlət rüsumu tutularaq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar