Məhkəmə qərarları › İş №e-2(079)-856/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-856/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-856/2025 12.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkil-nümayəndəsi vasitəsi ilə “18” dekabr 2025-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh borc olaraq verdiyi 7650 manat, dövlət rüsumu olaraq ödədiyi 97 manat, vəkil xərci kimi çəkdiyi 300 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin fevral ayında tanışım Cavabdeh məndən icarəyə kafe götürmək üçün pul istədi. Krediti ödəməsi şərti ilə ona “Bank of Baku”dan 5000 manat kredit götürüb verdim. Özümün də borcu olduğu və bir yerə borclu qalmaq istədiyim üçün Azərtürk Bankdan 12400 manat kredit götürüb, birinci götürdüyüm krediti bağladım, Məhəmməd məndən yenə pul istədi. Ona 6000 manat da yolladım. Aramızdakı razılaşmaya əsasən mən ona pulu borc olaraq vermişdim. O, krediti ödəmədiyindən onun yerinə hər ay mən faizi ilə birlikdə kredit ödəyirdim. xx.xx.2025-ci il tarixində faiz yuxarı olduğu üçün daha aşağı faiz qarşılığında kreditimi “Bank of Baku”da yenilədim və 10000 manat pul götürdüm. Həmin banka xx.xx.2025-ci il tarixinə qədər kredit ödədim. Haliyədə borc bataqlığının içərisindəyəm. Məhəmməddən dəfələrlə pulumu istəmişəm. O, hər dəfəsində müxtəlif bəhanələr – gah yeni evlənməsini, qır-qızıla pul verməsini və s. gətirərək pulumu verməkdən yayınıb. Mən Cavabdeh cəmi 11000 manat göndərmişəm. Amma nəzərə almaq lazımdır ki, götürdüyüm kreditlərə görə uzun müddət faiz ödəmişəm. Məhəmməd mənə olan borcundan cəmi 3350 manat ödəyib. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. İddiaçının vəkil-nümayəndəsi xx.xx.2026-cı il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək hüquqlarını təmsil və müdafiə etdiyi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və məhkəmə iclasında iştirak edə bilməyəcəyi nəzərə alınmaqla iclasın iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəsatəti ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" MMC vasitəsi ilə 08 dekabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 99.6 (doxsan doqquz manat, altmış qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" MMC vasitəsi ilə 08 dekabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 99.6 (doxsan doqquz manat, altmış qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar