Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-888/2025 03.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi X1 «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1000 AZN əsas, 102,21 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1102,21 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 31,03 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixli ərizəanketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq cavabdehə 35 ay müdddətinə, illik 27.6% olmaqla, 1000 manat məbləğində kredit xətti açılmışdır. X4 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş 73 saylı lisenziya, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Kommersiya Bankı ASC (bundan sonra – Bank) tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyyətini bildirdikləri və ya istifadə etdikləri halda onların Bankla münasibətlərini tənzimləyir. X4 Bankın “Leobank” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Standart şərtlərə əsasən müştəri, kredit və ondan istifadəyə görə hesablanmış faizləri və digər ödənişləri X4, standart məlumatlandırma forması və kredit xətti müqaviləsində müəyyən olunmuş müddətlərdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 26 dekabr 2025, cümə tarixinə "xxxx" KB ASC-yə 1000 AZN əsas, 102,21 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1102,21 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə cavabdehə rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş kredit xətti müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Belə ki, mülki iş materiallarında olan: İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə-anketi imzalamaqla xx.xx.2023-cü il tarixli, 01U/23 saylı “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə” və xx.xx.2023-cü il tarixli, 02U/2023 saylı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə” dair standart şərtlərlə tanış olduğunu və onların bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi ofertanın: - xx.xx.2023-cü il tarixli, 01U/23 saylı “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə” dair standart şərtlərin 2.2.7-ci bəndində əsasən hesab üzrə texniki overdraft yarandığı halda Müştəri, Bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda Müştəri Bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə borc məbləği Bank tərəfindən Müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. a) Texniki overdraft baş verdiyi hallarda Müştərinin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesablarında pul olmadıqda və ya kifayət qədər pul olmadıqda yaranmış borc (texniki overdraft) Müştəriyə illik 30% hesablanmaqla 30 (otuz) təqvim günü müddətində Banka qaytarılmalıdır; b) Yaranmış borc (texniki overdraft) və ona hesablanmış faizlər bu Müqavilənin 2.2.7-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş müddət ərzində ödənilmədikdə ödənilməmiş borc gecikdirilmiş hesab edilir və həmin borca görə bu Müqavilənin 2.2.7-ci bəndinin “a” yarımbəndində göstərilən illik faiz dərəcəsi ikiqat məbləğdə hesablanır. Faizlərin hesablanması borc tam ödənilənə qədər davam edir; c) Borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün Müştəri ödənilməli olan məbləğin 0,5 (sıfır tam onda beş) %-i miqdarında Banka dəbbə pulu ödəyir; - xx.xx.2023-cü il tarixli, 02U/2023 saylı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə” dair standart şərtlərin 1.1-ci bəndində əsasən X4 25 (iyirmi beş) il müddətinə bankla müştəri arasındakı kredit münasibətlərini tənzimləyir. Bank, bu müddətin sonunadək əqdin bağlanmasının qanunvericiliklə qadağan edilmədiyi istənilən formada, o cümlədən elektron üsulla (SMS, mobil tətbiq, elektron poçt adresi, elektron imza, internet bankçılıq, səsli rabitə vasitəsi və s.) müştəriyə dəfələrlə kredit rəsmiləşdirə bilər. Kreditin ayrılması şərtləri və qaydaları X4in müddəaları ilə müəyyən edilir. - xx.xx.2023-cü il tarixli, 02U/2023 saylı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə” dair standart şərtlərin 1.6-cı bəndində əsasən X4i qəbul etmiş müştəri burada göstərilən şərtlərlə və qaydada kredit əldə etmək üçün banka müraciət etdikdə, bank tərəfindən müştəriyə kreditin məbləği və valyutası, qaytarılma müddəti və ödəniş şərtləri, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və/və ya digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər, müştəri tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatların əks olunduğu standart məlumatlandırma forması təqdim edilir. Müştəri, standart məlumatlandırma formasını təsdiq etməklə həmin standart məlumatlandırma formasında göstərilən şərtlərlə kredit verilməsinə razılığını bildirir və müştərinin müvafiq razılığından sonra kredit müqaviləsi bağlanmış hesab olunur. Standart məlumatlandırma forması müştəriyə elektron formada (davamlı daşıyıcıda) təqdim edildikdə, müştəri tərəfindən müvafiq məlumatların əldə edilməsi və həmin məlumatlarda göstərilən şərtlərlə kreditin verilməsinə Müştərinin razılığı elektron qaydada edilir. Müştərinin müvafiq təsdiqindən sonra ona ayrılmış kredit (kredit xətti) məbləği “Ucard” məhsulu çərçivəsində Müştəriyə açılmış müvafiq cari hesaba köçürülür. Müştəri tərəfindən kreditin əldə edilməsinə dair təsdiq edilmiş standart məlumatlandırma forması X4in tərkib hissəsi hesab olunur. - xx.xx.2023-cü il tarixli, 02U/2023 saylı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə” dair standart şərtlərin 2.8-ci bəndində əsasən müştəri, taksit borcu üzrə aylıq ödənişləri ödəmədikdə və ya tam həcmdə ödəmədikdə, taksit borcu üzrə ödənilməli məbləğ kredit xətti borcu kimi tanınır və həmin məbləğə standart məlumatlandırma formasında göstərilən faizlər hesablanır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə krediti borcalana vermək və ona bank hesabı açmaqdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarış iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, "X2" ASC tərəfindən Cavabdeh məxsus AZ64UBAZ**********1010AZN001 nömrəli kredit xəttinin açıldığı məlum olur. Həmçinin borcalanın kredit hesabından çıxarış kredit limitinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunur. Həmçinin xx.xx.2025-ci il tarixli çıxarışdan Cavabdeh 35 ay müddətinə illik 27.6 % dərəcəsi ilə kredit limitinin məbləği ilkin kredit limitinin məbləği 1000, cari kredit limitinin məbləği 1000 manat olan AGİD**********3 nömrəli kredit xətti açılmışdır Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Bank tərəfindən xx.xx.2025-ci il tarixdə borcalana xəbərdarlıq göndərilərək bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli ərizə-anketi imzalamaqla təsdiq (aksept) etdiyiniz “Ümumi Oferta” (Leobank kredit məhsulu üzrə) müqaviləsinə əsasən Sizə 35 ay müddətinə illik 27.6% olmaqla 1000 AZN məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əsasən üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirmədiyiniz üçün Sizin "xxxx" KB ASC-yə xx.xx.2025 tarixinə 1000 AZN əsas, 102.21 AZN faiz, 0 AZN cərimə, cəmi 1102.21 AZN borcunuz yaranmış, kredit müqaviləsi ilə üzərinizə götürdüyünüz öhdəlikləri lazımınca və vaxtında icra etmədiyinizdən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmış və 5 iş günü müddətində borcun tam ödənilməsi tələb olunmuşdur Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh kredit müqaviləsi üzrə 26 dekabr 2025-ci il tarixə olan borcu barədə çıxarışdan cavabdehin iddiaçı təşkilata 1000 (min) manat əsas, 102.21 manat (bir yüz iki manat, iyirmi bir qəpik) faiz və 0 manat (sıfır) cərimə, komisyon haqqı 0 (sıfır) manat olmaqla, cəmi 1102.21 manat (bir min yüz iki manat, iyirmi bir qəpik) borcunun olduğu aydın olur. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında müqavilə bağlanması, borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və dolayısı ilə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması müəyyən olunur. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan faiz borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Məhkəmə belə hesab edir ki, yuxarıda istinad edilmiş hesabdan çıxarış və maliyyə arayışı borcun miqdarının müəyyən edilməsi zamanı kifayət qədər mötəbər sübut hesab edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 1000 (min) manat əsas, 102.21 manat (bir yüz iki manat, iyirmi bir qəpik) faiz və 0 (sıfır) manat cərimə, komisyon haqqı 0 (sıfır) manat olmaqla, cəmi 1102.21 manat (bir min yüz iki manat, iyirmi bir qəpik) məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 31.03 manat (otuz bir manat, üç qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 1000 (min) manat əsas, 102.21 (bir yüz iki manat, iyirmi bir qəpik) manat faiz və 0 (sıfır) manat cərimə, komisyon haqqı 0 (sıfır) manat olmaqla, cəmi 1102.21 (bir min yüz iki manat, iyirmi bir qəpik) manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 31.03 (otuz bir manat, üç qəpik) manat miqdarında dövlət rüsumu alınaraq «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №e-2(079)-888/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-888/2025
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver