Məhkəmə qərarları › İş №e-2(079)-90/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-90/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-90/2025 13.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 13 dekabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1343.68 AZN əsas; 208.33 AZN faiz; cəmi 1552.01 AZN pul vəsaitinin və 35.52 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 23 aprel 2024-cü il tarixli, BUMM7466842B299 saylı kredit xətti müqaviləsinə əsasən onun kartına 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 1400 AZN məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə 1343.68 AZN əsas; 208.33 AZN faiz; cəmi 1552.01 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız bildiriş məktubu və məktubun göndərilməsini sübut edən post reyestridir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 23 aprel 2024-cü il tarixli, BUMM7466842B299 nömrəli kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş kredit və hesab müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci bəndinə əsasən bank müştəriyə bu müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunan kredit xətti ayırır, kreditin istifadəsilə bağlı müvafiq hesablar açır, Müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada Banka geri ödəyir. - müqavilənin 2-ci bəndinin yarımbəndlərinə əsasən Kreditin növü // təyinatı: Əşya krediti // Platformada təqdim edilən malların və xidmətlərin alışı; Kredit xətti məbləği (limiti) və valyutası: 1400 manat (bir min dörd yüz); Kreditdən istifadə müddəti: Müqavilənin imzalandığı tarixdən 36 (otuz altı) ay; Kredit müqaviləsinin müddəti: Müqavilənin imzalandığı tarixdən 59 (əlli doqquz) ay; İllik faiz dərəcəsi: 27 (iyirmi yeddi) % (faktiki illik faiz dərəcəsi - FİFD: 29,26 (29 tam yüzdə 26) %); Xidmət (kredit rəsmiləşdirmə) haqqı (komissiya):Hər bir kredit tranşının maksimum 36 %-i miqdarında müəyyən olunur (Komissiya məbləği də ödəniş əməliyyatının dəyərinin üzərinə əlavə olunaraq müvafiq aylara (opsiyalara) bölünür). Hər bir tranş üzrə bu bənddə müəyyən edilmiş maksimal miqdardan çox olmayan məbləğdə komissiya haqqı Müştəri tərəfindən hər dəfə müvafiq tranş əldə edildikdə Platformadakı şəxsi kabineti üzərindən klikləməklə təsdiq (müəyyən) edilir. Ödənilən məbləğin borclara yönəldilmə növbəliliyi: İ-dəbbə pulu, İİ-xidmət haqları, İİİ-faiz borcları, İV-əsas borc. Kredit xətti üzrə ödəniş cədvəli (annuitet ödəniş qrafiki): Bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan, kredit xəttini təşkil edən kredit tranşları (kredit xətti hissələri) üzrə aylıq qaytarılmalı məbləğlərini müəyyən edən cədvəllərdir. Platformada aparılan əməliyyatların dəyəri aylara uyğun opsiyalara (hissələrə) bölünərək ödənilir (bir aylıq opsiya üzrə borc əməliyyat aparılan aydan sonrakı ayın 20-dək ödənilməlidir. Bu müddət birtərəfli qaydada Bank tərəfindən artırıla bilər). Bu cədvəl barədə Müştəriyə Müqavilənin 3.2-ci bəndində qeyd edilən üsullardan biri və ya bir neçəsi vasitəsilə (Bankın mülahizəsinə əsasən) məlumat verilir. Kredit xəttinin istifadə müddətinin sonuncu ayında Platformada aparılan əməliyyatların dəyəri aylara uyğun opsiyalara bölünərkən kredit xəttinin istifadə müddəti ilə aylıq kredit ödənişləri üzrə opsiyanın ümumi müddətinin cəmi 59 aydan çox olmamalıdır. - müqavilənin 3.4-cü bəndinə əsasən Rəsmiləşdirilmənin nəticəsində Müştəriyə bu Müqavilənin məqsədləri üçün bərpa olunan kredit xətti ayrılır. Bu kredit xətti dəyəri kredit üsulu ilə ödəniləcək hər bir əşya və ya xidmətlərə müvafiq olaraq yaradılmış kredit tranşlarından (kredit xətti hissələrindən) ibarət olur. Kredit tranşı müvafiq alınmış mal və ya xidmətin vergi daxil dəyəri əsasında formalaşan kreditin əsas məbləğindən, mal/xidmətin çatdırılma/təhvil xərclərinin dəyərindən və bu Müqavilə üzrə müvafiq tranş üçün ödənilməli bank komissiyasının məbləğindən təşkil olunur. Hər bir kredit tranşı üzrə bu Müqavilədə müəyyən edilmiş məbləğdə və qaydada faizlər hesablanır. Kredit tranşının tərkib hissəsini təşkil edən məbləğlər toplandıqdan sonra dövri onluq kəsrlər yarandıqda, yekun məbləğ Bank tərəfindən yüzdəbirlərədək yuvarlaşlaşdırılır. - müqavilənin 5.12-ci bəndinə əsasən hər bir tranş üzrə aylıq kredit ödənişləri seçilmiş opsiyalara uyğun ayların sayına bölünərək (bu Müqavilənin 2.8-ci maddəsinin tələbi alınmaqla), aylıq bərabər hissələrlə (tranşın ödəniş cədvəlinə əsasən) ödənilir. Müştəri tranşın ödəniş cədvəli üzrə aylıq ödənişin (borcun) ödənilməsini 20 təqvim günündən artıq gecikdirərsə (bu müddət Bank tərəfindəm birtərəfli qaydada dəyişdirilə bilər), gecikdirilmiş əsas borc Müqavilənin 5.13-cü bəndində göstərilən minimal aylıq ödəniş məbləğinə qədər azaldılır və cari ay da daxil olmaqla, ödəniş forması dəyişdikdən sonrakı aylarda 5.13-cü bəndində qeyd olunan şərtlərlə əsas borc üzrə aylıq ödəniş formalaşdırılır. Tranşın ödəniş qaydası Kreditdən istifadə müddətindən sonra dəyişdirildikdə, gecikdirilmiş əsas borc Müqavilənin 5.13-cü bəndində göstərilən minimal aylıq ödəniş məbləğinə qədər azaldılır, cari ay üzrə həmin bənddə nəzərdə tutulmuş formada ödəniş məbləği formalaşdırılır, tələb olunmayan qalıq borc Müqavilənin 5.11-ci bəndinin tələbləri nəzərə alınmaqla, Kredit müqaviləsinin müddətinin son tarixinədək, annuitet ödəniş qrafiki əsasında ödənilməlidir. - müqavilənin 10.1, 10.2, 10.3 və 10.4-cü bəndinin yarımbəndlərinə əsasən bu Müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, Müqavilənin şərtlərinin dəyişdirilməsinə və ya ona əlavələr olunmasına Tərəflərin qarşılıqlı razılığı ilə və yazılı qaydada yol verilir. Müqaviləyə 1 saylı Qoşma müqavilənin tərkib hissəsidir və Müştəri tərəfindən imzalanır. Bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər hüquqi aktları ilə tənzimlənir. X1 şəxsi imzası ilə imzalandıqda və ya Bankın texnoloji vasitələrindən istifadə edilməklə Borcalan tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və s.) ilə təsdiq edildikdə qüvvəyə minir və Tərəflər bu Müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu Müqavilə bağlanarkən imzalanan, həm də bu Müqavilə üzrə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlər) də tətbiq olunur. Bank bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. Bank tərəfindən borcalana xəbərdarlıq göndərilərək bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən sizə 59 ay müddətinə, illik 27% faiz hesablanmaqla, 1400 manat məbləğində Market Place krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 1343.68 manat, faiz borc məbləği 208.33 manat olmaqla, 1552.01 manat məbləğində ümumi borcunuz, gecikmə günü 179 gün olmaqla 450.74 manat məbləğində gecikmə yaranmış, qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh məxsus xx.xx.2024-cü il tarixli müqavilə üzrə çıxarışdan 196 gecikmə günü, 521.44 manat gecikmə məbləği olmaqla 1343.68 (bir min üç yüz qırx üç manat, altmış səkkiz qəpik) manat əsas, 208.33 (iki yüz səkkiz manat, otuz üç qəpik) manat faiz borcunun qaldığı bəlli olur. Sözügedən hesabdan çıxarış kreditorun borclu qarşısında öz öhdəliyini tam yerinə yetirdiyini, cavabdehin isə öhdəliyini lazımınca icra etmədiyini sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh 23 aprel 2024-cü il tarixli, BUMM7466842B299 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə iddiaçıya 1343.68 manat əsas; 208.33 manat faiz borcunun olması 15/01983 nömrəli, xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından aydın olur. Məhkəmə belə hesab edir ki, yuxarıda istinad edilmiş hesabdan çıxarış və maliyyə arayışı borcun miqdarının müəyyən edilməsi zamanı kifayət qədər mötəbər sübut hesab edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 23 aprel 2024-cü il tarixli, BUMM7466842B299 nömrəli kredit müqaviləsinə əsasən 1343.68 (bir min üç yüz qırx üç manat, altmış səkkiz qəpik) AZN əsas, 208.33 (iki yüz səkkiz manat, otuz üç qəpik) AZN faiz borcu olmaqla, cəmi 1552.01 (bir min beş yüz əlli iki manat, bir qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 35.52 (otuz beş manat, əlli iki qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 23 aprel 2024-cü il tarixli, BUMM7466842B299 nömrəli kredit müqaviləsinə əsasən 1343.68 (bir min üç yüz qırx üç manat, altmış səkkiz qəpik) AZN əsas, 208.33 (iki yüz səkkiz manat, otuz üç qəpik) AZN faiz borcu olmaqla, cəmi 1552.01 (bir min beş yüz əlli iki manat, bir qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehndan 35.52 (otuz beş manat, əlli iki qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar