Məhkəmə qərarları › İş №e-2(080)-112/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-112/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-112/2022 26.10.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı X3 QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X3” QSC Cavabdeh 165.50 manat məbləğində kredit kartı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. 26 sentyabr 2022-ci il tarixdə İddiaçı “X3” QSC Cavabdeh 165.50 manat məbləğində kredit kartı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbi uzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia tələbi iddia icraatına keçmişdir. İddiaçı X3 QSC nümayəndəsi 26 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Ordubad şəhər İƏDÜ nümayəndəliyinin 20 sentyabr 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh 29.12 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı “X3” QSC-nin ərizəsi nəzərə alınmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 19 may 2022-ci il tarixdə, ********* nömrəli qəbzlə “X3” QSC tərəfindən Ordubad Rayon Məhkəməsinə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı “X3” QSC -nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə “X3” QSC-nə qaytarılsın. 19 may 2022-ci il tarixdə, ********* nömrəli qəbzlə “X3” QSC tərəfindən Ordubad Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “X3” QSC –nə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədr: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar