Məhkəmə qərarları › İş №e-2(080)-115/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-115/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-115/2023 15.05.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi X1 iclas katibliyi ilə "xxxx" ASC-in Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki işi məhkəmə hazırlıq iclasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyənetdi: Ordubad Rayon Məhkəməsinə «25» aprel 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə "xxxx" Asc–in Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi daxil olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizəsi ilə məhkəməyə müraciət etməli və onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Ona əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının təqdim etdiyi sənədlərdən "xxxx" Asc ilə Cavabdeh1 ilə arasında 31 may 2022-ci il tarixli, İK1012937 nömrəli kredit müqaviləsinin bağlanması, həmçinin borclunun həmin müqavilədən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqavilələrinin bağlanması aydın olur. Ordubad rayon Məhkəməsinə təqdim olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçı qarşısında əsas borclu olan Cavabdeh1 07 dekabr 2022-ci ildə ölmüşdü. Lakin iddiaçı tələbini Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürmüşdü. Bununla bağlı məhkəmə iddiaçının nəzərinə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyə əsasən zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qeyd edilən normanın tələbini iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 13.7-ci maddəsi ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İddiaçı hazırki tələbini 31 may 2022-ci il tarixli, İK1012937 nömrəli kredit müqaviləsi üzrə əsas borclu olan Cavabdeh1 və zamin Cavabdeh2 qarşı yönəltsə də, məhkəməyə kredit müqaviləsi üzrə onun qarşısında əsas borclu olan Cavabdeh1 vərəsələrin dairəsinin müəyyən edilməsi, onlara qarşı müvafiq tələblə çıxış etməsi, vərəsələrin kredit müqaviləsi üzrə yaranmış borcu icra etməməsi və ya miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan verməməsi ilə bağlı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinin tələbinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, "xxxx" Ascin Cavabdeh1 və zamin Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə iddiaçı "xxxx" ASC-nə izah edir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, iddiaçı "xxxx" ASC-in Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət ödəniş portalı vasitəsi ilə 18 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 120.04 (yüz iyirmi manat, dörd qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Sonda məhkəmə onu da qeyd edir ki, "xxxx" ASC Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: "xxxx" ASC –in Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. "xxxx" ASC-in Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət ödəniş portalı vasitəsi ilə 18 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 120.04 (yüz iyirmi manat, dörd qəpik) manat miqdarında dövlət rüsumu da ona geri qaytarılsın. İddiaçı "xxxx" ASC izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar