Məhkəmə qərarları › İş №e-2(080)-118/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-118/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-118/2025 12.06.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdim: İddiaçı ASC nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavаbdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə xx.xx.2023-cü il tarixli, MXD-1939-2023 saylı kredit müqaviləsi üzrə 12702,95 (on iki min yeddi yüz iki manat 95 qəpik) manat əsas, 237,28 (iki yüz otuz yeddi manat 28 qəpik) manat faiz, 37,61 (otuz yeddi manat 61 qəpik) manat cərimə borcu, 42,34 (qırx iki manat 34 qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, cəmi 13020,18 (on üç min iyirmi manat 18 qəpik) manat borcun və 123,02 (bir yüz iyirmi üç manat 02 qəpik) manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 ilə arasında imzalanmış xx.xx.2023-cü il tarixli, MXD-1939-2023 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 18 % hesablanmaqla, 59 ay müddətinə qaytarılmaq şərti ilə 15 000 (on beş min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli, MXD-1939-2023 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 384,90 (üç yüz səksən dörd manat 90 qəpik) manat təşkil edir. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixində MXD-1939-2023 saylı üçtərəfli Zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaitləri təyinatı üzrə istifadə edilsə də, kredit müqavilələri üzrə öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri cavabdehlər tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, MXD-1939-2023 saylı Kredit müqavilələrinin 5.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 90 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilmiş, kredit müqaviləsi üzrə borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır Lakin xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2025-ci il tarixinə hesablanmaqla xx.xx.2023-cü il tarixli, MXD-1939-2023 saylı kredit müqaviləsi üzrə cavabdehin “Bank” qarşısında ümumilikdə 13020,18 (on üç min iyirmi manat 18 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 12702,95 (on iki min yeddi yüz iki manat 95 qəpik) manat əsas borcu, 237,28 (iki yüz otuz yeddi manat 28 qəpik) manat faiz borcunu, 37,61 (otuz yeddi manat 61 qəpik) manat cərimə borcunu, 42,34 (qırx iki manat 34 qəpik) manat isə gecikdirilmiş vaxt üçün illik 5% məbləği həddində hesablanmış faiz borcunu ehtiva edir. Qeyd edilir ki, faiz borcu pretenziya məktubunda göstərilən tarixə hesablanmış faiz borcunu ehtiva etməkdə, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində vəsait isə pretenziya məktubunun göndərilməsindən iddia ərizəsinin tərtib edildiyi tarixə kimi olan dövrü əhatə etməkdədir. “Bank Avrasiya ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət etmiş iddianı müdafıə etdiklərini,iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakları olmadan məhkəmənin keçirilməsini mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtdı barədə məhkəmə bildirişləri göndərilərək xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, və gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Bank Avrasiya” ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini, və işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrinin çıxarışına əsasən İddiaçı Açıq Səhimdar Cəmiyyəti xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki Rzayev X3 MR Ordubad rayonu Biləv kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki Məsumov X2 MR Ordubad rayonu Biləv kəndində qeydiyyatdadır Mülki işə əlavə edilmiş 04 noyabr 2023--cü il tarixli Kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 59 (əlli doqquz ) ay müddətinə, illik 18 % dərəcəsi ilə 1500 (on beş min ) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin kimi borclu Cavabdeh2 ohdəlikləri üzrə kreditor qarşısında birgə məsuliyyət daşıyır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cavabdehlərə məhkəmədən kənar pretenziya qaydasında bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki Nümayəndə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 04 noyabr 2023--cü il tarixli, MXD-1939-2023-saylı Kredit müqaviləsi üzrə 12702.95 manat məbləğində əsas borcun, 237.28 manat məbləğində faiz borcunun, 37.61 manat məbləğində cərimə borcunun və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42.34 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla cəmi 13020.18 (on üç min iyirmi manat on səkkiz qəpik) manat borcun və 129.06 (yüz iyirmi doqquz manat, altı qəpik ) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC ödənilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən , məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12702.95 manat məbləğində əsas borcun, 237.28 manat məbləğində faiz borcunun, 37.61 manat məbləğində cərimə borcunun, 42.34 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla, cəmi 13020.18 (on üç min iyirmi manat on səkkiz qəpik) manat borcun və 129.06 (yüz iyirmi doqquz manat, altı qəpik ) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASCnə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ordubad Rayon Məhkəməsinin vasitəsi ilə "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar