Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-120/2025 24.07.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "Finca Azerbaijan " X2- Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" QBKT MMM-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək əsas borc üzrə 4691.00 AZN, faiz borcuna görə 1361.22 AZN, cərimə borcuna görə 301.07 AZN, cəmi 6353.29 (altı min üç yüz əlli üç manat, iyirmi doqquz qəpik) AZN borcun və 83.54 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" QBKT MMM-nin nümayəndəsi Leyla Həsənova “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə 30 iyul 2025-ci il tarixdə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbinin predmetini dəyişdirmiş, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 3290.20 AZN, faiz borcuna görə 523.00 AZN, cərimə borcuna görə 22.07 AZN, cəmi 3835.27 (üç min səkkiz yüz otuz beş manat iyirmi yeddi qəpik) AZN məbləğində borcun və 83.54 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QBKT MMM-nin nümayəndəsi Leyla Həsənovanın ərizəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, ərizədə qeyd edilmiş tələbə baxılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********9398 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min manat) manat məbləğində kredit verildiyini, kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 277 manat ödəniş etməsinin razılaşdırıldığını, həmin tarixli **********9398 - ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 ona zamin olduğunu, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehlərin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxılmasını, Cavabdeh2 tərəfindən ödəniş edildiyindən, iddia tələbinin həcmini azaldılmasını və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 3290.20 AZN, faiz borcuna görə 523.00 AZN, cərimə borcuna görə 22.07 AZN, cəmi 3835.27 (üç min səkkiz yüz otuz beş manat iyirmi yeddi qəpik) AZN məbləğində borcun və 83.54 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MM QBKT-nın xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi olaraq məlumat verilmişdir. Cavabdehlər isə məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh1 məhkəmə iclasında iştirak etmiş və ifadəsində bildirmişdir ki iddi tələbi ilə tanışdır və məhkəmədən maddi cəhətdən imkanı olmadığından məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********9398 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 28.00% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********9***-******* saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kredit kartının mədaxil aktından görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 üzərində “Fincard” adı qeyd edilmiş **********035408 saylı kredit kartı təqdim edilmiş və Cavabdeh2 kredit kartını təhvil aldığını öz imazsı ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 4691.00 manat əsas, 1361.22 manat faiz, 301.07 manat cərimə, cəmi 6353.29 manat borcu var. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" QBKT MMM ilə Cavabdeh2 arasında kredit müqaviləsi, eyni zamanda Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, qəbz və.s) sübuta yetirmişdir. Cavabdehlər iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə bu qənatə gəlmişdir ki, cavabdehlər müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2024-cü il tarixli **********9398 saylı kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən günə görə gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən ödənilmiş (qəbz nömrəsi **********04) 58.35 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə artıq ödənilmiş dövlət rüsumu iddiacıya qaytarılır. Bu səbəbdən də iddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixdə Hökümət ödəniş portalı vasitəsi ilə **********04 nömrəli qəbz ilə Ordubad Rayon Məhkəməsinə artıq ödənilmiş 25,19 (iyirmi beş manat, on doqquz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" X2- Bank Kredit Təşkilatına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" X2-Bank Kredit Təşkilatının xeyrinə 3290.20 manat məbləğində əsas borcun, 523 manat məbləğində faiz borcunun, 22.07 manat məbləğində cərimə borcunun, cəmi 3835,27 (üç min səkkiz yüz otuz beş manat, iyirmi yeddi qəpik ) manat borcun və 58.35 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" X2- Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixdə Hökümət ödəniş portalı vasitəsi ilə **********04 nömrəli qəbz ilə Ordubad Rayon Məhkəməsinə artıq ödənilmiş 25,19 (iyirmi beş manat, on doqquz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" X2- Bank Kredit Təşkilatına qaytarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-120/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-120/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver