Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-121/2024 22.07.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə oğlu cavabdeh oğluna qarşı borcun tutulması tələbi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmiş, 05 avqust 2021-ci il tarixli, 131 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 425 manat əsas borcun, peniya pulu olan 50 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərərək iddianın rədd edilməsini xahiş etmişdir. iddiaçı Nümayəndə Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş iddia icraatı qaydasına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı Nümayəndə oğluna məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmənin elektron poçt vasitəsilə ünvanlandığı məlumatda hazırlıq və baxış iclaslarınıonun iştirakı olmadan keçirib iddianı təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. İddiaçı Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, onun və Cavabdeh arasında 05 avqust 2021-ci il tarixli, 131 nömrəli Nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh «SAMSUN A 10S» markalı telefonu 10 aylıq kreditlə, almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla, 25 manat ödənilmiş, lakin 425 manat borcunu ödəməkdən imtina edir. Müqavilə şərtlərinə əsasən gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğ də cavabdehin borcu hesab olunur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş, borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin o, borcun ödənilməsindən imtina etmişdir. Cavabdehin hazırkı vaxtadək 05 avqust 2021-ci il tarixli, 131 nömrəli müqavilə üzrə 425 manat əsas borc, 50 manat gecikdirilmiş peniya pulu olmaqla cəmi 475 manat borcu yaranmışdır. 05 avqust 2021-ci il tarixli, 131 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 425 manat əsas borcun, peniya pulu olan 50 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh hakimin ona iddianı qəbul edib-etməməyi barədə sualını cavablandıraraq iddianı qəbul etmədiyini, Nümayəndə 2020-ci il tarixdə telefon götürdüyünü, borcu tamamilə ödədiyini, müqavilədə olan imza onun olmadığını, imzanın saxta olduğunu, sonrada isə Cavabdeh götürdüyü telefonun pulunu qəsdən ödəmədiyini, işsizdir, maddi cəhətdən imkanı olmadığından ödəmədiyini bildirmişdir. Ordubad Rayon Məhkəməsində tətbiq edilən “Elektron Məhkəmə” sisteminin Şəxsiyyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh Ordubad Rayon Bist kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, 05 avqust 2021-ci il tarixli, 131 nömrəli müqavilədən görünür ki, Nümayəndə və Cavabdeh arasında Nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh «SAMSUN A 10S» markalı telefonu satılmışdır. İşdə olan arayışdan və müqaviləyə 1 nömrəli əlavədən müəyyən olunur ki, 05 avqust 2021-ci il tarixli, 131 nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə dəyəri 530 manat, ödəniş müddəti 10 ay, aylıq ödəniş 53 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan ilkin ödəniş də daxil olmaqla, 105 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 425 manat təşkil edir. Cavabdeh Nümayəndə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 05 mart 2024-cü il tarixli, 54743078 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 05 avqust 2021-ci il tarixli, 131 nömrəli Nisyə alqı-satqı müqaviləsinin 1-ci maddəsinə əsasən satıcı müqaviləyə əsasən alıcının mülkiyyətinə «SAMSUN A 10S» markalı telefonu alqı-satqı qaydasında verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən alıcı xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 manat həcmində peniya hesablanır. Beləliklə, müəyyən olundu ki, Nümayəndə və Cavabdeh arasında bağlanmış 05 avqust 2021-ci il tarixli, 131 nömrəli müqavilə üzrə Cavabdeh ümumilikdə 475 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Belə ki, Məhkəmə baxışında cavabdeh, iddiaçıya 425 manat borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə Cavabdeh qarşı pul tələbi təmin edilməlidir. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun Nümayəndə xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh N. İxtiyarovdan alınıb iddiaçı Nümayəndə verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia təmin edilsin. Cavabdeh 425 manat məbləğində əsas borcun , 50 manat peniya (cərimə) pulunun, ümumilikdə 475 manat pulun və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb Nümayəndə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-121/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-121/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver