Məhkəmə qərarları › İş №e-2(080)-130/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-130/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-130/2024 24.04.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, ilə iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı « X1 » ASC nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 5325 manat əsas borc üzrə, 557.65 manat faiz borcu üzrə və 37.19 manat cərimə borcu olmaqla, cəmi 5920.59 (beş min doqquz yüz iyirmi manat, əlli doqquz qəpik) manat borcun, və dövlət rüsumu olaraq ödənilmiş 79.21 manat dövlət rüsumu əvəzi tutularaq «X1» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərti lə 5325 manat məbləğində kredit verilmişdirTərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 12 mart 2024, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 5325 AZN əsas, 557,65 AZN faiz, 37,94 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5920,59 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı Cavabdeh 5325 manat əsas borc üzrə, 557.65 manat faiz borcu üzrə və 37.19 manat cərimə borcu olmaqla, cəmi 5920.59 (beş min doqquz yüz iyirmi manat, əlli doqquz qəpik) manat borcun, və dövlət rüsumu olaraq ödənilmiş 79.21 manat dövlət rüsumu əvəzi tutularaq «X1» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı « X1 » ASC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini bildirmiş və işə onların iştirakı olmadan baxaraq mülki iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli il tarixli, 380nkSTB2/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 18% ödəmək şərt ilə 5325 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-ci il tarixdə «« X1 » ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 380nkSTB2/23 saylı kredit müqaviləsinə əsasən banka olan borcu əsas borc üzrə 5325 manat, faiz borcu üzrə 557.65 manat, cərimə borcu üzrə 37.19 manat olmaqla, cəmi 5920.59 (beş min doqquz yüz iyirmi manat, əlli doqquz qəpik) manat təşkil edir. xx.xx.2023-ci il tarixli, 380nkSTB2/23 saylı ödəniş cədvəlindən görünür ki, , cavabdeh aylıq kredit müqaviləsi üzrə hər ay 136 manat ödəniş etməli idi. xx.xx.2024-cü il tarixli Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 79.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-ci il tarixli sonuncu Bildiriş-Xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-ci il tarixli, 380nkSTB2/23 saylı kredit kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur Mülki Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsi tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023--cü il tarixli, 380nkSTB2/23 saylı kredit müqaviləsi üzrə 5325 manat əsas borc, 557.65 manat faiz borcu 37.19 manat cərimə borcu, olmaqla, cəmi 5920.59 (beş min doqquz yüz iyirmi manat, əlli doqquz qəpik) manat pul vəsaitinin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 79.21 manat dövlət rüsumu «X1 » ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5325 manat əsas borc üzrə, 557.65 manat faiz borcu üzrə və 37.19 manat cərimə borcu olmaqla, cəmi 5920.59 (beş min doqquz yüz iyirmi manat, əlli doqquz qəpik) manat borcun, və dövlət rüsumu olaraq ödənilmiş 79.21 manat dövlət rüsumu əvəzi tutularaq «X1» ASC-yə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar