Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-141/2025 13.06.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyad oğlu, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh mikro kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 350 manat əsas borc, 18 manat faiz, 51 manat komissiya və 201 manat cərimə, cəmi 620 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun alınaraq “SF X1 Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə göndərərək, Cavabdeh qarşı borcun alınması tələbi ilə bağlı Cavabdeh tərəfindən kredit borcunu tam ödədiyindən Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun alınması tələbinə dair 2(080)-141/2025 saylı mülki iş üzrə icraata xitam verilməsini xahiş emişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə iddiadan imtina etməsi, iş üzrə icraata xitam verilməsi barədə ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır, həmin əsasa görə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Məhkəmə belə hesab edir ki, İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə iddiasından imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh borcun alınması tələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh borcun alınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu “SF X1 Kredit Təşkilatı” MMC -yə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №e-2(080)-141/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-141/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver