Məhkəmə qərarları › İş №e-2(080)-15/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-15/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-15/2023 12.01.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı, Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul borcunun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 41000.00 (qırx bir min) manat borc məbləğinin və iş üzrə ödəmiş olduğum 213.40 (iki yüz on üç manat qırx qəpik) məbləğində dövlət rüsumunun alınıb mənə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki Cavabdeh bir il, yarım olar ki, yaxın qohumu vasitəsilə tanımışdır. Bu müddətdə bir tanış kimi münasibətləri davam edib. Şahlara hansısa bir xarici ölkədən pul gəlməli idi və həmin istiqamətdə sənədləşməni aparmaq üçün Şahlar ondan pul borc istəmişdir. Eyni zamanda həmin pulun borc şəklində qısa zaman çərçivəsində qaytarmaq şərti ilə onları tanış edən həmin qohumu da xahiş etdiyinə görə iddiaçı 18 iyun 2022-ci il tarixdə 41000.00 (qırx bir min) manat məbləğində pulu notariusun vasitəsilə Cavabdeh borc vermişdir. Lakin vaxtdan bu günə kimi, Şahlardan dəfələrlə ona olan borcunu istəsə də hərdən bir bəhanə gətirməklə borcunu qaytarmaqdan yayınır. Son olaraq 03 oktyabr 2022-ci il tarixdə ona vhatsapp vasitəsilə səs atdı ki, 15 noyabr 2022-ci il tarixə kimi gözlə əgər gətirib verməsəm nə istəsən edə bilərsən, sən haqlısan.İddiaçı bir müddət yenə gözləmiş ancaq Cavabdeh borcunu qaytarmamışdır. Onun özünün həmin pula bu gün çox ehtiyacı var. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmədən onun pozulmuş hüquqlarımın bərpası və iddia tələbi tam təmin edilməklə, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməklə, 41000.00 (qırx bir min) manat borc məbləğinin və iş üzrə ödəmiş olduğu 213.40 (iki yüz on üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında vəkili və nümayəndəsi Vəkil vaistəsi ilə təmsil olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil ifadəsində bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh arasında 18 iyun 2022-ci il tarixdə notarial formada kredit muqaviləsi bağlanmış və İddiaçı 41000.00 (qırx bir min) manat məbləğində pulu Cavabdeh xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq borc vermişdir.lakin iddiaçı dəfələrlə borcunu istəsə də cavabdeh borcunu qaytarmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələblərinin təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək, Bakı şəhərində olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iddia tələbi ilə bağlı məlumatı olduğunu, iddianı qəbul etdiyini və orta əmək haqqını nəzərə alaraq mülki iş üzrə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir.Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 18 iyun 2022-ci il tarixdə 3M-168 reyestr nömrəsi ilə qeydə alınmış “Kredit müqaviləsi”ndən görünür ki, İddiaçı, Cavabdeh 41000.00 (qırx bir min) manat məbləğində borc pul vermiş, Ş. Cəfərov xx.xx.2022-ci il tarixədək borc məbləğini O. Kələntərova qaytarmağı öhdəsinə götürmüşdür. 14 noyabr 2022-ci il tarixli, 145 nömrəli arayışdan görünür ki, Cəfərov X1 rayon Tivi kəndində qeydiyyatdadır. 02 noyabr 2022-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 02 noyabr 2022-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 213.40 (iki yüz on üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək, Bakı şəhərində olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iddia tələbi ilə bağlı məlumatı olduğunu, iddianı qəbul etdiyini və orta əmək haqqını nəzərə alaraq mülki iş üzrə qərar qəbul edilməsini bildirərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək, Bakı şəhərində olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iddia tələbi ilə bağlı məlumatı olduğunu, iddianı qəbul etdiyini və orta əmək haqqını nəzərə alaraq mülki iş üzrə qərar qəbul edilməsini bildirərək iddianı etiraf etmişdir Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 41000 (qırx bir min) manat alınıb İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 18 iyun 2022-ci il tarixdə kredit müqaviləsi imzalanmış, İddiaçı Cavabdeh 41000 (qırx bir min) manat məbləğində borc pul vermiş, Cavabdeh borc məbləğini xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində cavabdehin müqavilədə qeyd edilmiş borc məbləğini qaytarmadığını bildirsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, qeyd edilən borc məbləğini iddiaçıya qaytarması barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə iddianı təmin edərkən, aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin- 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 41000 (qırx bir min) manat məbləğində borclandığını kredit müqaviləsini imzalamaqla təsdiq etmiş, həmin pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, kredit müqaviləsini cavabdehin imzalaması iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin olmasını və iddiaçının cavabdehdən qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, tərəflər arasında kredit müqaviləsi imzalandığından, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit üzrə borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 41000 (qırx bir min) manat məbləğində borc pul alınıb İddiaçı verilməlidir. Məhkəmə 213.40 (iki yüz on üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 213.40 (iki yüz on üç manat qırx qəpik) manat məbləğində dövlət rüsümunun əvəzi cavabdeh Ş. Cəfərovdan alınıb iddiaçı O. Kələntərova verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 41000 (qırx bir min) manat məbləğində pulun və 213.40(iki yüz on üç manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar