Məhkəmə qərarları › İş №e-2(080)-156/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-156/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-156/2024 14.06.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı « AGBANK « Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1058.67 manat əsas borc, 24.47 manat faiz borcu olmaqla ümumilikdə cəmi 1083.14 manat borcun və 31.23 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə Cavabdeh münasibətdə icraata xitam verilməlidir. AZ-İİ seriyalı 389127 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Qida borusunun döş hissəsinin bədxassəli yenitörəməsi” ilə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023cü il tarixdə 1246 nömrə ilə qeyd edilmişdir Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, Mülki-Prosessual Məcəlləsində "cavabdeh" prosesin tərəfi kimi müəyyən edilmiş və "cavabdehin" ümumi qaydada anlayışı verilmiş, bu kateqoriyaya aid şəxslərin hüquq və vəzifələri təsbit edilmişdir. Məhkəmə göstərilən maddələrin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh məhkəmədə xx.xx.2024-cü il tarixdə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxs kateqoriyasına aid edilə bilməz və ona qarşı iddia qaldırıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəm iddiaçıya izah etməlidir ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə hökümət ödəniş portalı vaistəsi ilə ********** nömrəli qəbz ilə ödənilmiş 31.23 (otuz bir manat iyirmi üç qəpik ) manat dövlət rüsumu iş üzrə icraata xitam verildiyindən iddiaçı "xxxx" ASC-yə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair içik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq tələbi cavabdehin prosessual hüquqi varisinə qarşı yönəltməklə iddia verə biləcəyi izah edilsin. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə hökümət ödəniş portalı vaistəsi ilə ********** nömrəli qəbz ilə ödənilmiş 31.23 (otuz bir manat iyirmi üç qəpik ) manat dövlət rüsumu iş üzrə icraata xitam verildiyindən İddiaçı ASC-yə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Haqverdiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar