Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-156/2025 13.08.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh ilə arasında 29 dekabr 2012-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə 14.700 (on dörd min yeddi yüz) manat məbləğində öhdəliyin onun tərəfindən tam icra olunması və borcun tamamilə ödənilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə, məhkəmənin elektron ünvanına göndərdiyi ərizəsində vəkil və nümayəndəsi olduğu İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə mübahisələr” tələbi barədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi-vəkili Vəkil1 ərizəsini nəzərə alaraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin -13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 13, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-156/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-156/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver