Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-157/2025 24.07.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh borc pulun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh, aralarında yaranmış borc olan 10670 (on min altı yüz yetmiş) manat pulun və dövlət rüsumu üçün ödənilmiş olan 123 (bir yüz iyirmi üç manat ) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı borcun alınması tələbi üzrə iddiadan imtina etdiyini və iddia tələbi üzrə mülki işə xitam verilməsini məhkəmədən xahiş emişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə İddiaçı iddiadan imtina etməsi, iş üzrə icraata xitam verilməsi barədə ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır, həmin əsasa görə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Məhkəmə belə hesab edir ki, İddiaçı iddiasından imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixdə, Asan ödəniş portalı vasitəsi ilə **********76 nömrəli qəbzlə İddiaçı tərəfindən ödənilmiş 123 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh borcun ödənilməsi tələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı Cavabdeh borcun alınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixdə, **********76 nömrəli qəbzlə İddiaçı tərəfindən ödənilmiş 123 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-157/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-157/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver