Məhkəmə qərarları › İş №e-2(080)-165/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-165/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-165/2022 17.11.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdim: DəmirBank ASC nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh arasında 24 avqust 2017-ci il tarixli KM036T08170059S01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cəmi borcu 1854,24 (bir min səkkiz yüz əlli dörd manat, iyirmi dörd qəpik) manat -bundan 487,12 (dörd yüz səksən yeddi manat, on iki qəpik) manat əsas, 276,25 (iki yüz yetmiş altı manat, iyirmi beş qəpik) mamat faiz, 1018,42 (bir min on səkkiz manat, qırx iki qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72,45 (yetmiş iki manat, qırx beş qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 38.55 (otuz səkkiz manat, əlli beş qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. DəmirBank ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh arasında bağlanmış 177/41- AZN nömrəli (Hesabı:1118634) 09 fevral 2015-ci il tarixli Kredit Kartın verilməsi və İstifadəsi üzrə müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 1300 AZN məbləğində kredit xətti açılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh arasında 24 avqust 2017-ci il tarixli, 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən müqavilənin adında olan “Kredit kartının verilməsi və istifadəsi üzrə Müqavilə ifadəsi” “Kredit Müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Kredit xətti kreditə çevrilməklə restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı Kredit öhdəliyinin qalığının tərkibini 1254,64 AZN əsas borc və 799,46 AZN cərimə borcu hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********393 nömrəli, 21 iyun 2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2017-ci il tarixli KM036T08170059S01 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə Cavabdeh cəmi borcu 1854,24 (bir min səkkiz yüz əlli dörd manat, iyirmi dörd qəpik) manat təşkil edir. Bundan 487,12 (dörd yüz səksən yeddi manat, on iki qəpik) manat əsas, 276,25 (iki yüz yetmiş altı manat, iyirmi beş qəpik) manat faiz, 1018,42 (bir min on səkkiz manat, qırx iki qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72,45 (yetmiş iki manat, qırx beş qəpik) manat faiz borcu təşkil edir.. DəmirBank ASC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət etmiş iddianı müdafiə etdiklərini, iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin iştirakları olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtdı barədə məhkəmə bildirişləri göndərilərək xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, və gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı DəmirBank ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini, və işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir.Belə ki iddia tələbində göstərilmiş, 1018,42 (bir min on səkkiz manat, qırx iki qəpik) manat cərimə əsas borca münasibətdə mütənasib və ədalətli deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydad mütənəsib və ədalətli olmalıdır.Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadı vəziyyətinin nəzərə alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Bu səbəbdən də məhkəmə belə qənatə gəlir ki bu iş üzrə cərimə məbləgi 500 manat məbləğində müəyyən olunmalıdır. Mülki işə əlavə edilmiş xx.xx.2018-cı il tarixli, ********** saylı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrinin çıxarışına əsasən DəmirBank Açıq Səhimdar Cəmiyyəti xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə DİN-in BPQNİ-nin MAPS tərəfindən verilmiş arayışa əsasən Məmmədov X1 MR Ordubad rayonu Yuxarı Əylis kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh arasında 177/41- AZN nömrəli (Hesabı:1118634) 09 fevral 2015-ci il tarixli Kredit Kartın verilməsi və İstifadəsi üzrə müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, 1300 manat məbləğində kredit xətti açılmışdır. Mülki işə əlavə edilmiş"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2017-ci il tarixli, 1 nömrəli Əlavə Sazişə əsasən görünür ki, Cavabdeh tərəfindən 177/41- AZN nömrəli (Hesabı:1118634) 09 fevral 2015-ci il tarixli Kredit Kartın verilməsi və İstifadəsi müqaviləsi restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və tərəflər Əlavə Saziş bağlamışlar. Mülki işə əlavə edilmiş 24 Avqust 2017-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği uzrə 1254.64 manat əsas borc, 799.46 manat cərimə borcu olan, Kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. X3 əsasən kredit Restrukturizasiya edilmişdir Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 487,12 (dörd yüz səksən yeddi manat, on iki qəpik) manat əsas, 276,25 (iki yüz yetmiş altı manat, iyirmi beş qəpik) manat faiz, 1018,42 (bir min on səkkiz manat, qırx iki qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72,45 (yetmiş iki manat, qırx beş qəpik) manat faiz borcu təşkil edir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli cavabdehə göndərilmiş məhkəmədən kənar pretenziya qaydasında bildirişlərdən görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Etibarnamədən görünür ki Nümayəndə DəmirBank ASC-nin nümayəndəsidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə iddi qismən təmin təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 38.55 manat dövlət rüsumunun 28.15 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Mülki iş üzrə ödənilmiş 10.40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Şərh edilənləri nəzərə alaraq məhkəmə Cavabdeh iddiaçı DəmirBank ASC-nin xeyrinə 487.12 manat əsas, 276.25 mana faiz, 500 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72.45 manat faiz borcu, məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 28.15 manat dövlət rüsumunun tutulmasını məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən , məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin Cavabdeh 487.12 manat əsas borc, 276.25 manat faiz borcu, 500 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72.45 manat faiz borcu cəmi 1335.82 manat və 28.15 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 10.40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar