Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-166/2023 04.08.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 iclas katibliyi ilə, iddiaçı Dəmirbank ASC-in Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Dəmirbank ASC-i iddia ərizəsi ilə 0xx.xx.2020-ci il tarixdə Ordubad Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı 28 fevral 2017-ci il tarixli KM032T02170054S01 müqavilə üzrə 08.05. 2023-cü il tarixə 2932,52 manat əsas borc borcun və iş üzrə ödənilmiş 49,33 manat rüsumunun cavabdeh X1 tutularaq ləğv prosesində olan Dəmirbank ASC- odənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2023-ci il tarixə, saat 10:00-təyin edilmiş iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məktub-bildiriş göndərilərək xəbərdar olunmuşlar. xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclası zamanı məhkəmə tərəfindən Məhkəmədə tətbiq edilən “Azemis” elektron sistem vaistəsilə müəyyən edilmişdir ki iddiaçı X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bundan əlavə Ordubad rayon qeydiyyat şöbəsinə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh ölümü Ordubad rayon qeydiyyat şöbəsində qeydə alınmadığını lakin vətandaşlıq aktları üzrə yoxlama aparılarkən Cavabdeh ölüm tarixi xx.xx.2019-cu il, ölüm yeri Bakı şəhəri, ölümün qeydə alındığı yer Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi olduğunun müəyyən edildiyi barədə sorğuya cavab vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışı icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəm hesab edir ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyə yol vermədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən işin məhkəmə hazırlığı zamanı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Dəmirbank ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Dəmirbank ASC tərəfindən xx.xx.2023-cü il tarixdə hökümət ödəniş portalı vaistəsi ilə ********* nömrəli qəbz ilə Ordubad Rayon Məhkəməsinin hesabına ödənilmiş 49,33 (qırx doqquz manat otuz üç qəpik ) manat məbləğində dövlət rüsumu iddiaçı Dəmirbank ASC-yə geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim : Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-166/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-166/2023
04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver